Axtarış

The search found 105844 results in 0.044 seconds.

Search results

  1. DAHA BİR DƏM QAZI FACİƏSİ - 23 yaşlı qadın boğulub öldü

    Kürdəmirdə 23 yaşlı qadın dəm qazından boğulub. Muxalifet.az-ın məlumatına görə, hadisə rayonun Füzuli küçəsi ev 24 ünvanından qeydə alınıb. Həmin mənzildə yaşayan, 1996-cı il təvəllüdlü Mənsimə Osmanova evin hamamında dəm qazından boğulub. Onun həyat yoldaşı onu ölü vəziyyətdə aşkarlayıb. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

    Muxalifet - 30-11-2019

  2. NATO-dan Türkiyəyə qarşı gözlənilməz addım

    “Türkiyə NATO-ya qarşı bütün öhdəliklərini yerinə yetirdi, amma alyans Türkiyəni tək qoydu”. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib. Gələn ay baş tutacaq NATO-nun Liderlər Zirvəsi ilə bağlı açıqlamalar verən nazir bildirib ki, YPG/PKK terror təşkilatı ilə mübarizə çərçivəsində təkliflər irəli sürülüb və ABŞ ilə razılaşmalar əldə olunsa da, qarşı tərəf vədinə xilaf çıxıb. Bundan sonra Türkiyə təkbaşına əməliyyat keçirməyə başlayıb.

    Muxalifet - 30-11-2019

  3. “Finoko” BOKT daha bir ailəni evsiz qoydu - “O yağışlı, soyuq gündə iti yiyəsi çölə qovmazdı, bizi küçəyə atdılar”

    Sevinc Həmzəzadə: ““Finoko” BOKT 23 min dollara görə kupçamı vermir” Bankların, eləcə də bank olmayan kredit təşkilatlarının insanların evini əlindən alması ilə bağlı mətbuatda dəfələrlə şikayətlər yazılsa da, bu, acınacaqlı vəziyyət hələ də davam edir. “Hürriyyət”ə şikayət edən Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 94-ün sahibi Həmzəzadə Sevinc Ramiz qızı da evi qanunsuz olaraq əlindən alınan vətəndaşlardan biridir. S. Həmzəzadənin sözlərinə görə, “Finoko” BOKT tərəfindən evi qanunsuz olaraq əlindən alınıb, küçəyə atılıb: “Anamın ürəyi xəstə idi.

    Muxalifet - 30-11-2019

  4. Əhaliyə hava ilə bağlı VACİB XƏBƏRDARLIQ: 2 dekabrdan...

    Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib.
    Muxalifet.az
    -a idarədən verilən məlumata görə, müraciətdə deyilir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, 02.12.2019-cu il tarixdən etibarən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında hava şəraitinin güclü küləklə müşayət olunan kəskin dəyişməsi gözlənilir.

    Muxalifet - 30-11-2019

  5. Bakı polisindən Lökbatanda keçirilən mitinqlə bağlı - Açıqlama

    Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Xalq Hərəkatının keçirdiyi aksiya ilə bağlı məlumat yayıb.

    İdarənin Mətbuat Xidmətindən Muxalifet.az-a daxil olan açıqlamada deyilir:

    "Noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

    Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

    Muxalifet - 30-11-2019

  6. Tolik deputat olmaq istəyir: Namizədliyini verəcək?

    Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev maraqlı paylaşım edib. O Parlament seçkilərində iştirak etmək istədiyini dilə gətirib. Tolik eyni zamanda bununla bağlı izləyicilərinə sual da ünvanlayıb: "Sizcə seçkilərdə iştirak edimmi?” Qeyd edək ki, Azərbaycanda Parlament seçkilərinin keçiriləcəyi gözlənilir.//azxeber.com

    Muxalifet - 30-11-2019

  7. Bakıda evli qadın Ramizlə “sevişdi”, axırda... - “DEYİRDİ YA MƏNİM OLACAQ, YA QARA TORPAĞIN”

    Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini qətlə yetirməkdə ittiham olunan Günel Qasımovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, prosesdə şahid qismində Nicat Abuşov dindirilib. O, ifadəsində mərhum Ramiz Hüseynovla yaxın qohum olduqlarını, Ramizin ona güvəndiyini, hər yerə birgə gedib-gəldiklərini deyib. Şahidin dediklərindən belə məlum olub ki, Ramizin Günel Qasımova ilə yaxın münasibət qurmasından onun ailə üzvləri xəbər tutub, nəticədə ər-arvad arasında söz-söhbət yaranıb. “Ona görə Ramiz hər yerə mənimlə gedirdi.

    Muxalifet - 30-11-2019

  8. İran vətəndaşı Azərbaycanda girov saxlanılır? - RƏSMİ

    Bəzi kütləvi informasiya vasitələrində İran İslam Respublikası vətəndaşı Atefeh Dehghanızadehin Azərbaycanda guya girov saxlanılması barədə məlumatlar yayılıb.
    Muxalifet.az-a Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan daxil olan birgə açıqlamada bildirilir ki, həmin məlumatlar əsassızdır:

    Muxalifet - 30-11-2019

  9. Keçmiş deputat milyonlarla borcunu ödəyə bilmir: 3 obyekti və bağçası satılacaq - TƏFƏRRÜAT

    Sabiq deputat Rafael Cəbrayılov borc qalmaqallarından qurtula bilmir. “AG Bank” ASC-yə külli miqdarda borcu olan Cəbrayılov özünə məxsus obyektlərin satılmaması üçün çalışır. Məhkəmə qərarı ilə onun mənzillərinin və uşaq bağçasının satılması ilə bağlı qərar çıxarılıb.

    Muxalifet4 - 30-11-2019

  10. "Bundan sonra da iki qardaş ölkə - Türkiyə və Azərbaycan çiyin-çiyinə irəliləyəcək" - İLHAM ƏLİYEV

    Bu gün Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 il bundan əvvəl təməli qoyulan TANAP-ın Avropa sərhədinə çatması münasibətilə təbriklərini çatdırıb. "Report"un xəbərinə görə, bu layihənin keçdiyi tarixi yoldan danışan dövlət başçısı TANAP-ın icrasında əsas texniki və maliyyə yükünün Azərbaycanın və Türkiyənin üzərinə düşdüyünü bildirib.

    Muxalifet4 - 30-11-2019

  11. Yol polisindən Gürcüstan nömrəli avtomobillərlə bağlı VACİB AÇIQLAMA

    Bu günlərdə bir neçə Gürcüstan vətəndaşları olan soydaşlarımız istifadə etdikləri xarici nömrəli avtomobillərin Azərbaycan Respublikasında qalma müddətinə tətbiq ediləcək məhdudiyyətə etirazlarını bildirmək üçün Gömrük orqanlarına müraciət ediblər. DİN Baş DYP İdarəsinin şöbə rəisi Kamran Əliyev məsələ ilə bağlı açıqlama verib.

    Muxalifet - 30-11-2019

  12. SON DƏQİQƏ: Aygün Kazımovaya ağır itki - FOTO

    Xalq artisti Aygün Kazımovaya ağır itki üz verib. Muxalifet.az xəbər verir ki, A.Kazımovanın bir həftə öncə azadlığa çıxan qardaşı Kazım Kazımzadə vəfat edib. Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib. Noyabrın 15-i isə Xalq artisti Aygün Kazımova Ədliyyə Nazirliyinin müalicə müəssisəsində olub. Xalq artisti orada ağır durumda olan qardaşı Kazım Ələsgər oğlu Kazımzadəyə baş çəkmişdi. /News24.az Allah rəhmət eləsin!

    Muxalifet - 30-11-2019

  13. Bakı-Sumqayıt yolunun bu hissəsi 10 metr genişləndiriləcək - VİDEO

    Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri davam edir.
    Bərkitmə işləri ilə yanaşı, ərazidə köçürmə də icra ediləcək.
    Qeyd edək ki, bir müddət əvvəl Bakı-Sumqayıt yolunda genişləndirmə işlərinin icrası ilə bağlı dövlət başçısı tərəfindən aidiyyatı qurumlara tapşırıq verilib.
    Dəyişikliklər nəticəsində ərazidə pik saatlarda yaranan böyük tıxacların qarşısının alınması hədəflənir.

    Muxalifet - 30-11-2019

  14. Sevdiyi qızla mübahisə etdi, qardaşının qanını tökdü - Cinayət işi

    Gəncədə sevdiyi qızın qardaşını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Fuad Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Fuad Əhmədov 2015-ci ilin yanvarından tanışlıq münasibətində olduğu Səbinə Məmmədova (ad və soyad şərti verilib – red.) ilə son vaxtlar aralarında mübahisə yaranıb.

    Sevdiyindən ayrıldı, barəsində xoşagəlməz sözlər yaydı

    Fuad Əhmədov Səbinə Məmmədovanı nalayiq sözlərlə söyüb, onun ünvanına başqa-başqa adamların yanında xoşagəlməz sözlər danışıb.

    Muxalifet - 30-11-2019

  15. Əhməd Obalı: İran Azərbaycanının demək olar hər yerində etirazlar olub

    Yerli müşahidəçilər və insan haqları müdafiəçiləri Iranda yanacaq qiymətlərinin artırılmasının ardınca başlamış etiraz nümayişlərində İran Azərbaycanı sakinləri arasında ölənlərlə bağlı məlumat verib. Beynəlxalq hüquq müdafiə təşkilatları son etirazlar zamanı 140-dan çox insanın həyatını itirdiyini bildirir.
    Muxalifet.az bu barədə "Amerikanın səsi"nə istinadla xəbər verir. 

    Muxalifet3 - 30-11-2019

  16. “BƏYƏM ONLAR İSLAHATA DƏSTƏK VERMİRLƏR?...” – “Onda desinlər ki, biz etimadı doğrultmamışıq”

    Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının qərarı ilə ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. İndi əsas diqqət bu qərarın hansı zərurətdən yaranması və yeni parlamentin kimlərdən təşkil oluna biləcəyi mövzularına yönəlib. 

    “AzPolitika.info” bu mövzuda Milli Məclisin bitərəf deputatı, politoloq Rasim Musabəyovla söhbət edib.

    Muxalifet - 30-11-2019

  17. Söyüş üstündə kafedə tanımadığı şəxsi öldürən Turxanın cinayət işi

    Bakıda söyüş üstündə qətl törətməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 1992-ci il təvəllüdlü İsmayılov Turxan İlham oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Samir Əliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Muxalifet - 30-11-2019

  18. İranda etirazlar səngiməyəcək...ABŞ İranı qarışdırmağa davam edəcəkmi?

    İrandakı sərt-xətt tərəfdarları arasında belə hökumətin benzinin qiymətini qaldırmasına səbəb olan genişmiqyaslı etirazlar, zorakılıqlar və təhlükəsizlik qüvvələrinin basqılarından sonra bir faktı anlayanlar var - bu, nümayişçilərin küçələrə son çıxışları olmayacaq.

    Muxalifet3 - 30-11-2019

  19. İşğal altındakı Şuşanın ən son FOTOLARI

    Ermənistan mediası 27 ildir ki, Azərbaycanın işğal altında Şuşa şəhərinin yeni görüntülərini yayımlayıblar.
    Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, yeni görüntüdə Şuşanın simasının xeyli deformasiyaya uğradığı aydın seçilir.

    Muxalifet - 30-11-2019

  20. İraqda baş nazirin istefa açıqlamasına baxmayaraq etirazlar davam edir

    İraqın baş nazirinin vəzifədən istefa edəcəyini elan etməsinə baxmayaraq, etirazçılar şənbə günü cənubda yerləşən Nəsiriyə şəhərində üç körpü üzərində təkərlər yandırıb. Adil Əbdül Mehdi həftərlərlə davam edən etirazlardan sonra cümə günü bildirib ki, o, ölkə parlamentinə istefasını təqdim edəcək. İraqın yarı-rəsmi İnsan Haqları Komissiyası şənbə günü yaydığı bəyanatda bildirib ki, etirazçıların öldürülməsinə görə cavabdeh olanlar məsuliyyətə cəlb olunmalıdırlar.

    Muxalifet3 - 30-11-2019

Pages