Axtarış
The search found 105844 results in 0.098 seconds.
Search results
MOSKVADA NƏQLİYYAT BÖHRANI: Üç hava limanında reyslər ləğv edildi
Moskvada hava nəqliyyatının təşkilində problemlər davam edir. Ölkənin üç hava limanında daha 20-ə qədər reys təxirə salınıb və ya ləğv edilib. Belə ki, “Vnukovo”, “Şeremetyevo” və “Domodedovo”da bu gün səhərə olan bəzi gedişlər dayandırılıb. Problemin əlverişsiz hava şərtləri səbəbindən yarandığı ehtimal olunur.//oxu.az
Muxalifet - 1-12-2019
HAKİMİYYƏTİN PARLAMENT SEÇİMİ – Yeni Məclis kimlərdən və necə formalaşdırılacaq?
Növbədənkənar parlament seçikilərinin gündəmə gəlməsi ölkədə siyasi canlanma yaradıb. İctimaiyyətdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu barədə qərarı ətrafında ciddi müzakirələr gedir. Prosesin gedişində son illərdə nümayiş olunmayan pozitiv notları da seyr etmək mümkündür. Cəmiyyətdə tanınan çoxlu sayda simalar seçkilərdə iştirak etmək niyyətini ifadə ediblər. Müxalifət partiyaları da hökuməti sərt tənqid etsələr də, ciddi müzakirə içərisindədirlər. Çünki ortada həm yeni fürsətlər, həm də ənənəvi yenilmək qorxusu var.
Muxalifet - 1-12-2019
ABŞ-da təyyarə qəzaya uğrayıb: 9 ölü
ABŞ-ın Cənubi Dakota ştatında birmühərrikli "Pilatus PC-12" təyyarəsi qəzaya uğrayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Çemberlen şəhərindən havaya qalxan təyyarənin göyərtəsində 9 nəfər həlak olub.
Bildirilir ki, təyyarədə 12 nəfər olub.
Qəzanın səbəbi barədə məlumat verilmir.Muxalifet - 1-12-2019
RUSİYA ABŞ-ÇİN MÜNAQİŞƏSİNDƏ HANSI ROLU OYNAYACAQ? – “Seçim etmək vaxtıdır”
Baxmayaraq ki, Rusiya-Çin münasibətləri heç zaman indiki kimi yaxşı olmayıb, amma Moskva və Pekinin qarşıya qoyduqları hədəflərin müxtəlifliyini də unutmayaq. İkinci Dünya Müharibəsindən sonra ümumdünya ticarətindəki təhlükəsizliyin təminatçısı rolunda ABŞ çıxış edib. ABŞ-ın rəhbərliyi ilə qurulan sistemdə və dünyanın qloballaşmasından ən çox udan tərəflərdən biri Çin olub. Çin Amerika tərəfindən yaradılmış strukturda malların və xidmətin sərbəst şəkildə hərəkətindən fayda götürür. Pekin bu dünya nizamını dəyişmək istəmir və ondan hərtərəfli formada yararlanmaqda davam edir.
Muxalifet - 1-12-2019
Xalq artistindən ŞOK SÖZLƏR: “Sürünə-sürünə ondan-bundan xahiş edirdim ki...”
Dünən Elektra Hall səhnəsində türkiyəli həmkarları Ersay Üner və Feride Hilan Akın ilə birlikdə çıxış edən Xalq artisti Röya Ayxan jurnalistlərin suallarını cavablandırıb.
Muxalifet.az xəbər verir ki, Publika.az-a açıqlama verən ulduz fəxri adı daşımağın məsuliyyətli və bir o qədər şərəfli olduğunu dilə gətirib.
- Röya xanım, Xalq artisti adının yükünü daşıya bilirsiniz?Muxalifet - 1-12-2019
Bu rayonda yaşayan 68 min nəfərə ŞAD XƏBƏR - İŞLƏR BAŞLADI
Dövlət başçısının sərəncamlarına əsasən, vətəndaşların gediş-gəlişinin rahat təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgələrdə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq iri miqyaslı yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Muxalifet.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu cür layihələrdən biri 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulmasıdır.
Muxalifet - 1-12-2019
"YAP bu ölkədə səlahiyyət sahibi deyil, qərarı partiyanın sədri verib" - MEHMAN ƏLİYEV / Video
"BBC Azərbaycanca"nın "Sual vaxtı" YouTube proqramının qonağı "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevdir.
O, Milli Məclisin buraxılması, növbədənkənar parlament seçkilərinin keçirilməsi, Mehriban Əliyevanın prezidentlik yolunda irəliləməsi iddiaları, Azərbaycanda siyasi dəyişikliklərin səbəbləri kimi mövzulardan danışıb:
Muxalifet4 - 1-12-2019
Tarixin 10 ən zəngin cinayətkarı - SİYAHI
Əksəriyyətimiz çoxlu pul qazanmaq istəyirik. Bəs insanlar sərvət yolunda nələrə hazırdırlar?
Beləliklə, aşağıda sərvət yolunda dəhşətli cinayətlər törədən ən zəngin canilər haqqında danışacağıq:
10. Dennis Kozlovski
Sərvəti: 600 mln dollar
Muxalifet - 1-12-2019
İtaliyada daha bir şəhər 1 avroya ev satır
İtaliyada əhali sayının azalmasına qarşı mübarizə üçün daha bir ev 1 avroya satılır. Siciliya adasındakı Bivona şəhərində sahibsiz bir ev təmir ediləcəyi ilə bağlı öhdəlik qarşılığında 1 avroya satılır.
Son aylarda İtaliyada əhalisinin sayının azaldığına görə yox olma təhlükəsi ilə üzləşmiş şəhərlərdə bir çox evlər 1 avrodan başlayaraq satışa çıxarılır.
Bütün dünyada bu təşəbbüsə marağın böyük olduğuna görə, "1 avroluq ev" layihəsində iştirak edənlərin sayı artır.
Muxalifet4 - 1-12-2019
Rusiyada erməni faşistin xatirə lövhəsi söküldü - VİDEO
Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində faşist Qaregin Njdeyə erməni kilsəsinin həyətində qoyulmuş xatirə lövhəsi sökülüb. Bu barədə millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov Rusiyanın “Cənub xəbərlər agentliyi” saytına açıqlamasında deyib. “Njdenin Armavirdəki xatirə lövhəsi ilə bağlı situasiya özünün məntiqi sonluğunu tapdı. Bu, Böyük Vətən müharibəsini unutmayan və onunla fəxr edən Azərbaycan və Rusiya hakimiyyətlərinin ümumi qələbəsidir”, - Mixaylov qeyd edib.
Muxalifet4 - 1-12-2019
Gürcüstan nömrəli avtomobillərlə bağlı növbəti açıqlama - "Sahibkarlar narazılıq edirdi..."
Bu günlərdə bir neçə Gürcüstan vətəndaşı olan soydaşlarımız istifadə etdikləri xarici nömrəli avtomobillərin Azərbaycanda qalma müddətinə tətbiq ediləcək məhdudiyyətə etirazlarını bildirmək üçün Gömrük orqanlarına müraciət ediblər.
Muxalifet4 - 1-12-2019
Tanınmış futbolçudan ŞOK ETİRAF: Bir neçə arvadım var - FOTO
"Qalatasaray"ın Belçikanın "Brügge" klubuna icarəyə verdiyi Mbaye Diagnenin etirafı yenidən gündəmə gəlib. Muxalifet.az Fanat.az-a istinadən xəbər verir ki, seneqallı futbolçusu çoxarvadlı olduğunu bildirib. O, hazırkı həyat yoldaşının bunu bildiyini də qeyd edib. İtalyan komediyaçı Soumboulou Batili ilə evlənən və daha sonra boşanan 27 yaşındakı futbolçu keçmiş həyat yoldaşını aldatma iddialarını rədd edərk çoxarvadlı bir insan olduğunu söyləyib: "Soumboulou Batili ilə Çində oynayarkən evlənmişdim. Ona bir gün Seneqala dönərək evliliyimizi qeyd edəcəyimizi söz vrmişdim.
Muxalifet - 1-12-2019
Putinlə görüşmək istəyən macərapərəst ərəb səyyah 7 ay at belində qaldı - FOTO
At üstündə yeddi aydır yol gedən ərəb səyyah Rostova çatıb: Məqsəd Putinlə görüşməkdir.
Suriyalı səyahətçi Adnan Azzam Rostova çatıb.
RİA Novosti xəbər verir ki, yeddi aydır ölkəsindən atla yola çıxan və hədəfi Moskvaya getmək olan Azzamın məqsədi Vladimir Putinə cins ərəb atı hədiyyə etməkdir.
Səyahətə Dəməşqin mərkəzindəki Omeyadov meydanından başlayan və aylardır yoluna davam edən Azzam İraq, İran və Azərbaycanda olub.
Onun əsas hədəfi yanvarın 15-də Moskvaya çatmaqdır.
Muxalifet4 - 1-12-2019
Oqtay Güləliyevlə bağlı hadisənin şahidi QƏZADAN DANIŞDI
Oqtay Gülalıyevlə bağlı baş verən bədbəxt hadisənin ilk şahidi tanınmış jurnalist danışıb. Hadisənin şahidlərindən biri də «Gündəm-Xəbər» qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfərlidir. - «Mənə Oqtay bəyin telefonundan zəng gəldi. Açanda başqa bir adam dedi ki, bu telefonun sahibini maşın vurub. Həmin anda çıxıb gördüm ki, yolun ortasında insanlar toplaşıb. Oqtay bəy yerdə uzanıqlı vəziyyətdə idi. Sürücü də qaçmamışdı, oradaydı. Sürücü qorxmuş, həyəcanlı vəziyyətdə idi. Soruşdum ki, necə oldu? Dedi, «asta sürətlə gəlirdim, tini dönəndə oldu».
Muxalifet4 - 1-12-2019
Bu məmurlar niyə istefaya göndərildi... - SƏBƏBLƏR
Noyabrın 29-da Prezident Administrasiyasının yeni strukturu təsdiq olundu. Məlum oldu ki, yeni strukturda bəzi dəyişiklik edilib və bir sıra şöbələr ləğv edilib. Ölkə başçısının müvafiq sərəncamları ilə Prezidentin yeni köməkçiləri və Administrasiyanın yeni şöbə müdirləri təyin olundu. Modern.az saytı Prezident Administrasiyasında ləğv edilən şöbələr və onların rəhbərləri barədə kiçik bir araşdıarma aparıb. Onlar vəzifələrini niyə itirdilər?.. Sualın birmənalı cavabı yoxdur. Prezident Administrasiyasın ləğv edilən şöbələrindən biri İctimai-siyasi məsələlər şöbəsi oldu.
Muxalifet4 - 1-12-2019
Napoleonun ailəsi haqda 7 maraqlı fakt
Napoleon Bonapart bütün dövrlərin ən məşhur sərkərdələrindən biridir. Onu ailəsi Avropa tarixində əhəmiyyətli yer tutur.
Muxalifet.az bizimyol.info-ya istinadən Napoleonun ailəsi haqda 7 maraqlı faktı təqdim edir.
Letitsiya (Napoleonun anası). Letitsiya ilə Napoleonun atası Karlo Buonaparte arasında toy 1764-cü il iyunun 2-də baş tutmuşdu. Onda qadının cəmi 13 yaşı vardı. Bir il sonra dünyaya gələn oğlan uşağı erkən yaşlarında ölmüşdü. 8 övlad böyütməyi bacarmışdı. 86 yaşında vəfat edən qadın Napoleonun ölümündən 15 il sonra həyatla vidalaşmışdı.
Muxalifet4 - 1-12-2019
Sabah Konqresdə Trampın impiçment məsələsi SƏSVERMƏYƏ ÇIXARILACAQ
ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyatı üzrə xüsusi komitəsi prezident Donald Trampın impiçmenti üzrə araşdırma ilə bağlı məruzəni dekabrın 2-də öyrənəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Politico" qəzeti bildirib.
Məlumata görə, növbəti gün bununla bağlı səsvermə keçiriləcək.
Gözlənildiyi kimi, sənədin öyrənilməsinin başlanğıcından bir sutkadan sonra komitədə əksəriyyətə malik olan demokratlar hesabatı dəstəkləyəcəklər. Qəzetin məlumatına görə, bu, prosesdə əhəmiyyətli addım olacaq.
Muxalifet4 - 1-12-2019
NATO Rusiyanı əsas təhlükə adlandırdı - VİDEO
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın ittifaq üçün əsas təhlükə olduğunu bildirib.
Bu barədə "France 24" xəbər verib.
O, bildirib ki, Rusiya nüvə silahının müasirləşdirilməsi ilə məşğul olur, orta və kiçik mənzilli raketlərinin zərərsizləşdirilməsi haqqında müqaviləyə riayət etmir. Bundan başqa, NATO baş katibi rəsmi Moskvanı öz hərəkətlərində inadlı adlandırıb.
Stoltenberq ittifaqın özünü "tarixdə ən güclü və müvəffəqiyyətli" kimi qiymətləndirib.
Muxalifet4 - 1-12-2019
"AMERİKALI QADINLA EVLİDİR" - "Polat Alemdar"ın həyat yoldaşından ŞOK İDDİA
"Kurtlar Vadisi" serialında Polat Alemdar obrazı ilə məşhurlaşan Necati Şaşmazın həyat yoldaşı Naqehan Şaşmaz şok iddia ilə çıxış edib.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, o, boşanma prosesinin davam etdiyi ərinin amerikalı bir qadınla evli olduğunu bilirib. Naqehan Şaşmaz bununla bağlı prokurorluğa şikayət edib. O, aktyorun "birdən çox evlilik" və "saxtakarlıq" maddələri ilə ittiham olunmasını istəyib.
Muxalifet4 - 1-12-2019
Vaşinqton niyə paytaxt seçildi? - GİZLİ MƏQAMLAR üzə çıxdı
Vaşinqton bu gün paytaxt statusu almasının 219 illiyini qeyd edir.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, şəhərə paytaxt statusu 1 dekabr 1800-cü ildə verilib.
Vaşinqtonun ərazisini isə ölkənin ilk prezidenti Corc Vaşinqton seçib. Şəhər məhz onun şərəfinə adlandırılıb.
Pensilvaniyada yerləşən Filadelfiya isə ABŞ-ın ilk paytaxtı olub. "İstiqlaliyyət Bəyannaməsi" məhz orada imzalanıb. Filadelfiya hazırda əhalisinin sayına görə ABŞ-ın 6-cı şəhəridir.Muxalifet - 1-12-2019