Axtarış

The search found 105844 results in 0.088 seconds.

Search results

  1. Paşinyan hökuməti müvəqqətidir - onlar gəldiyi kimi də gedəcək

    Paşinyan hakimiyyəti müvəqqətidir: onlar çox tezliklə, elə gəldikləri kimi qəfildən gedəcəklər.
    Muxalifet.az xəbər verir ki, bu haqda Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan facebook səhifəsində yazıb.
    O, xüsusilə bu məsələyə toxunub: “Nəyə görə bu hakimiyyətin müvəqqəti olduğu haqda ümumi rəy var? Cavab belədir: insanlar hiss edirlər ki, ölkəni belə fərasətsiz şəkildə idarə etmək uzun sürməyəcək. Bəs bu nə qədər vaxt çəkəcək? Mənim fikrimə görə az qalıb.

    Muxalifet3 - 1-12-2019

  2. Sərnişin avtobusu körpüdən çaya DÜŞDÜ

    Rusiyanın Zabaykal diyarında sərnişin avtobusu körpüdən Kuenqa çayına düşüb.

    Muxalifet.az  “REN TV” telekanalına istinadən verdiyi məlumata görə, avtobusda 18 sərnişin olub.

    Hadisə yerinə xilasedicilər cəlb olunub.

    Muxalifet - 1-12-2019

  3. Ukrayna generalı: Rusiya NATO-nu Donbasda sınayır

    Donbasdakı müharibə ilə Rusiya NATO-nun müttəfiqlik imkanlarını sınaqdan keçirir.
     Muxalifet.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin keçmiş müavini general-leytenant İqor Romanenko deyib.

    Muxalifet3 - 1-12-2019

  4. Rusiya və Belarus arasında razılıq: Vahid hökumət planı reallaşacaq

    Rusiya və Belarus prezidentləri ittifaq dövlətinin inkişafı çərçivəsində ümumi hökumət və parlamentin yaradılmasıyla bağlı ilkin razılıq əldə ediblər. Muxalifet.az xəbər verir ki, bunu Belarusun Rusiyadakı səfiri Vladimir Semaşko deyib. Onun sözlərinə görə, Putin və Lukaşenko arasında razılaşma ölkələrin iqtisadi sistemlərinin 2021-ci ilin yanvarına qədər qismən birləşdirilməsini nəzərdə tutur. O, prezidentlərin razılaşdırdığı hədəflərin böyük olduğunu və onların dəyişməməsi gərəkdiyini bildirib. Muxalifet.az

    Muxalifet3 - 1-12-2019

  5. Rusiyanın "Sparta" gəmisi Suriyaya gedir: Gəmidə hərbi yüklər var?

    Rusiyaya məxsus yük gəmisi Sankt-Peterburq limanından Suriyaya doğru hərəkət edir.
    Muxalifet.az xəbər verir ki, "Sparta" gəmisinin ötən gün Aralıq dənizinə keçdiyi bildirilib.
    Gəminin Tartus limanına getdiyi və gəmidə hərbi ləvazimatların olduğu bildirilib.
    "Oboronloqistika "saytının məlumatına görə, "Sparta" hər biri 22 ton olan 450 konteyner daşıya bilir. Ölçüsü bir futbol meydançasından da böyük olan nəhəng gəmi Rusiyanın ən böyük gəmilərindən hesab edilir.
    Muxalifet.az

    Muxalifet3 - 1-12-2019

  6. Rusiya xarici casuslar ölkəsidir?

    Rusiyada istənilən adamı əcnəbilərlə əlaqəyə görə təqib etməyə imkan verən qanun qüvvəyə minə bilər. Parlament istənilən Rusiya vətəndaşını xarici casus elan etməyə imkan verən qanunu qəbul edib, prezidentin sənədi imzalaması qalıb. Eyni zamanda internetdə kampaniya başladılıb — prezidentə yazılan açıq məktubu imzalayanlar dövlət başçısından qanunu imzalamamağı xahiş edrilər. Məktubu 60 nəfər imzalayıb. Onlar əsasən hüquq müdafiəçiləridir, amma aralarında tanınmış mədəniyyət xadimlərinin, o cümlədən də musiqiçi Andrey Makareviç və yazıçı Viktor Şenderoviçin də imzaları var.

    Muxalifet3 - 1-12-2019

  7. Qar, intensiv yağış, duman - SABAHIN HAVASI

    Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşama doğru isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 9-12° isti, Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

    Muxalifet4 - 1-12-2019

  8. Bakıda məşhur marketin şokoladları qurdlu çıxdı – VİDEO

    “Oba” marketlər şəbəkəsinin Bakının Qaradağ rayonunda yerləşən satış nöqtəsində şokoladların hamısının qurdlu olması faktı üzə çıxıb.

    Axar.az xəbər verir ki, bu barədə alıcı Ruslan Məmmədov video yayıb. O bildirib ki, marketdən aldığı şokolada diqqət etməyib və evə aparıb. Nəticədə şokoladları yeyən övladı, 4 yaşlı Oksana Məmmədova zəhərlənib.

    Muxalifet4 - 1-12-2019

  9. Rusiyada dəhşətli avtobus qəzası: 19 ölü, 21 yaralı / YENİLƏNİB

    Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

    Muxalifet.az xəbər verir ki, avtobus körpüdən çaya aşıb.

    Qəza nəticəsində 15 nəfər həlak olub.

    Hadisəyə avtobusun ön təkərinin partlamasının səbəb olduğu bildirilir.

    ***

    Zabaykal diyarında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 19-a çatıb.

    Bu barədə jurnalistlərə vilayət rəhbərliyindən məlumat verilib.

    Daha 21 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Muxalifet4 - 1-12-2019

  10. Bakı-Pirşağı elektrik qatarı hərəkətə başlayır - BİLETLƏRİN QİYMƏTİ 40 QƏPİKDƏN 2 MANATADƏK DƏYİŞİR

    Sabahdan Bakı-Pirşağı-Bakı qatarı hərəkətə başlayır. “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır. Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq. Bakı-Pirşağı-Bakı marşrutu üzrə elektrik qatarının tarif cədvəli:

    Muxalifet4 - 1-12-2019

  11. Bakı-Sumqayıt yolu genişləndirilir - VİDEO

    Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri davam edir. "Xəzər xəbər"in məlumatına görə, bərkitmə işləri ilə yanaşı, ərazidə köçürmə də icra ediləcək. Qeyd edək ki, bir müddət əvvəl Bakı-Sumqayıt yolunda genişləndirmə işlərinin icrası ilə bağlı dövlət başçısı tərəfindən aidiyyatı qurumlara tapşırıq verilib. Dəyişikliklər nəticəsində ərazidə pik saatlarda yaranan böyük tıxacların qarşısının alınması hədəflənir:

    Muxalifet4 - 1-12-2019

  12. Bərdədə ağır qəza - 7 YARALI VAR

    Bərdədə 7 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    "Report" un məlumatına görə, hadisə Lək kəndində qeydə alınıb. Belə ki, iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

    Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Muxalifet4 - 1-12-2019

  13. Axundun oğlu içkili vəziyyətdə maşın sürdü, saxlanıldı - ZƏRDABDA

    Zərdabda axundun oğlu saxlanılıb. APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün rayonun mərkəzi küçəsində Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi “10 LF 572” dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Yoxlamalar zamanı məlum olub ki, M. Tağıyev içkili vəziyyətdə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edir. Saxlanılan şəxs barədə müvafiq qaydalar çərçivəsində tədbir görülüb. Qeyd edək ki, M. Tağıyev Zərdab rayon Cümə məçidinin axundu Feyzulla Tağıyevin oğludur.

    Muxalifet4 - 1-12-2019

  14. Aşiq olmaq istəyirsinizsə, şokolad yeyin - QİDA MÜTƏXƏSSİSİNDƏN AÇIQLAMA

    "Şokoladı yeyənlər, xüsusilə də qadınlarda serotonin hormonu çoxalır və insanlar özlərini daha yüksək əhval-ruhiyyədə hiss edirlər. Buna görə də şokolad çox yeyən şəxslərdə aşiq olma halları daha tez-tez baş verir".

    Muxalifet.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri qida mütəxəssisi İsa Əliyev deyib.

    Muxalifet4 - 1-12-2019

  15. “Bu ziyalılar güllələnməlidir, içində də mən olmaqla”- RƏŞİD MAHMUDOV

    “...Buradakı bəzi savadsız siyasətçilər gedib onların atasının qəbrinin üstünə işətdilər və bizim xalqımız haqda vəhşi bir obraz yaratdılar” “Dövlət başa düşməlidir ki, dövlətin də, millətin də sərvəti onun ziyalısıdır. Əgər bir ziyalı yalaqsa, yaltaqsa, bir it yalına hürürsə, vay, o millətin halına” Son vaxtlar istər mətbuatda, istər də sosial şəbəkələrdə çox biabırçı mənzərə yaranıb. Belə ki, hərə bir səhifə, yaxud “Youtube” kanalı açıb, siyasiləri, ayrı-ayrı ziyalıları təhqir edir, hətta bəzi hallarda onların ailə sirrlərini cəmiyyətə açıqlayırlar.

    Muxalifet4 - 1-12-2019

  16. Bidzina İvanişvili: "Rusiya ilə münasibətlərdə Saakaşvilinin etdiklərini biz etməməliyik"

    "Rusiyanın etdikləri dəlilikdir, ancaq bizlər Saakaşvilinin etdikləri kimi araya bir divar çəkib nifrət dilini istifadə etsək, vəziyyət heç vaxt dəyişməyəcək". Muxalifet.az xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişvili "Blomberg" agentliyinə verdiyi müsahibədə söyləyib. Dünyaca məşhur agentlik son illərdə Gürcüstanda baş verən hadisələrlə bağlı məqalə dərc edib və hakim partiyanın lideri Bidzina İvanişvilinin müsahibəsinə də yer verib.

    Muxalifet3 - 1-12-2019

  17. Giorgi Vaşadze: "Etiraz aksiyaları ölkənin regionlarında da başlayacaq"

    "Təqribən 2 həftəlik etiraz aksiyaları ölkənin bölgələrində də başlayacaq. Daha sonra isə paytaxt Tbilisidə izdihamlı askiya baş tutacaq".
    Muxalifet.az xəbər verir ki, bu bardə müxalif "Yeni Gürcüstan" partiyasını lideri Giorgi Vaşadze yerli mətbuata açıqlamasında bildirib.

    Muxalifet3 - 1-12-2019

  18. İranın müxalifət lideri ali ruhanini şaha bənzədir

    İranın uzun müddətdir həbsdə olan müxalifət lideri şənbə günü hökümətin ali ruhaninin rəhbərliyi altında benzin qiymətlərinin artımı səbəbilə etiraz edənlərə qarşı zorakı təqiblərini şahın əsgərlərinin İslam İnqilabı ilə nəticələnən hadisələr zamanı nümayişçilərə qarşı təqiblərinə bənzədib. Muxalifet.az bu barədə "Amerikanın səsi" nə istinadla bildirir. Xarici vebsaytda dərc olunan şərhlər Mir Hüseyn Musəvinin indiyədək ən kəskin şərhidir. 77 yaşlı siyasətçinin özünün 2009-cu ildə mübahisəli seçkidə məğlubiyyəti Yaşıl Hərəkat etirazlarına gətirib çıxarmışdı.

    Muxalifet3 - 1-12-2019

  19. "102-ci baza çıxsa, Azərbaycan ordusu 2 saata Yerevana çatacaq..." - ERMƏNİLƏR ƏNDİŞƏ İÇİNDƏ

    “Aprel döyüşləri araşdıran komissiya üzvləri kimlərdir, onların tərkibində orduda belə xidmət etməyən insanlar var, silahın nə qədər ağırlığı olduğu barədə heç bir məlumatları yoxdur, silah növlərini bilmirlər və onların bu məsələni müzakirə etməli olduqlarını, hansı qərarlar qəbul edəcəklərini belə anlamıram”.

    Muxalifet4 - 1-12-2019

  20. SOCAR DƏNİZDƏN İŞÇİLƏRİ TƏXLİYYƏ EDIR - Hava şəraiti kəskinləşəcək

    SOCAR dənizdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təxliyyə tədbirlərinə başlayıb.

    SOCAR-dan verilən məlumata görə, şirkət təhlükəsizlik tədbirlərini maksimum gücləndirib və dənizdə çalışan neftçilərin - işçilərinin təxliyyəsinə başlayıb.

    Muxalifet4 - 1-12-2019

Pages