Axtarış
The search found 105844 results in 0.042 seconds.
Search results
Kutaisidə növbəti qarşıdurma - "Gürcü Arzusu"nun tərəfdarları müxalifətin ofisini süpürgə və yumurta atəşinə tutublar
Bu gün Kutaisi şəhərində növbəti gərginlik yaşanıb.
Muxalifet.az xəbər verir ki, hakim "Gürcü Arzusu" partiyasının üzvləri və tərəfdarları Kutaisidə müxalif "Vahid Milli Hərəkat" (VMH) partiyasının ofisinin qarşısına gedərək binaya doğru süpürgə və yumurta atıblar.
Hakim partriyanın tərəfdarları VMH partiyasının ofisindəkilərə "Saakaşvilinin qulları" deyə şüarlar səsləndiriblər.
Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Hadisə zamanı fiziki qarşıdurmanın yaşanmadığı bildirib.
Muxalifet.azMuxalifet3 - 1-12-2019
Qriqol Vaşadze Kutaisidə baş verənlərlə əlaqədar mətbuat konfarnsı keçirib
Vahid Milli Hərəkat" (VMH) partiyasının sədri Qriqol Vaşadze bu gun Kutaisi şəhərində əllərində yumurta və süpürgələrlə VMH partiyasının binası qarşısına toplaşan hakim "Gürcü Arzusu" partiyasının tərəfdarları və müxalifət tərəfdarları arasında yaranmış növbəti gərginlik barədə mətbuat konfransı keçirib. Muxalifet.az xəbər verir ki, müxalifət lideri baş verən hadisələrlə əlaqədar hakim partiyanı ittiham edib. "Kutaisidə kütləvi ümidsizlik hökm sürür. Bu o şəhərdir hansı ki, artıq boşalıb. Aksiyaya dövlət sektorunda çalışanları gətirərək VMH partiyasının ofisi qarşısında qışqırdırlar.
Muxalifet3 - 1-12-2019
Rusiyada dəhşətli qəza: 19 ölü, 21 yaralı
Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Muxalifet.az xarici mənbələrə istinadən xəbər verir ki, avtobus körpüdən çaya aşıb.
Qəza nəticəsində 19 nəfər həlak olarkən, daha 21 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisəyə avtobusun ön təkərinin partlamasının səbəb olduğu bildirilir.
Muxalifet.azMuxalifet3 - 1-12-2019
SON DƏQİQƏ: Qaradağda dəhşətli QƏZA - 10-a yaxın şəxs... - VİDEO
Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 42-ci kilomertliyində qeydə alınıb Belə ki, “Lexus” markalı “10 00 325” dövlət nömrə nişanlı avtomobillə “Hyundai” markalı “90 ZV 032” və “Mercedes” markalı “99 GS 623” dövlət nömrə nişanlı maşınlar toqquşub. Qəza zamanı 10 nəfərə yaxın insan xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Muxalifet - 1-12-2019
DİQQƏT: Ölkəmizdə bu maşınların qiyməti kəskin artacaq
Gömrük Komitəsinin yaydığı məlumata gör, ölkəyə idxal olunan istehsal tarixi 7 ildən yuxarı avtomobillərə yüksək rüsum qoyulacaq. Artıq bununla bağlı hökumətə müraciət edilib. İrəli sürülən təklifin ekologiyanın təmiz saxlanmasına xidmət edəcəyi qeyd olunur. Bundan əlavə, xarici dövlətlərdə qeydiyyatda olan maşınların da Azərbaycanda 90 gündən artıq sürülməsinə məhdudiyyətlər qoyulub. Bəs görək, yeniliklər ölkənin avtomobil bazarına necə təsir edəcək? Muxalifet.az xəbər verir ki, mövzu ilə əlaqədar avtomobil eksperti Elməddin Muradlı Lent.az-a münasibət bildirib.
Muxalifet - 1-12-2019
Rəfael Piriyev Fransada özünü doğradı
Avropada miqrant həyatı yaşayan Rəfael Piriyev bu dəqiqələrdə intihara cəhd edib.
Muxalifet.az xəbər verir ki, bu barədə demokrat.az-a Avropada yaşayan azərbaycanlılardan məlumat daxil olub.
Məlumata görə, hadisə bu gün Fransada baş verib. Belə ki, Rəfael Piriyev özünə bıçaqla xəsarətlər yetirib.
İlkin ehtimala görə, Rəfael Piriyev Azərbaycana deportasiya olunmamaq üçün bu addımı atıb. Bildirilir ki, intihara cəhd edən azərbaycanlı miqrant Rəfael Piriyev Parisdə yerləşən həbsxananın tibb məntəqəsinə yerləşdirilib.Muxalifet - 1-12-2019
Parlament seçkiləri 2020-ci il fevralın 2-də keçirləcək?
Sabah yeni-növbədənkənar parlament seçkiləri ilə bağlı Sərəncamın verilməsi nəzərdə tutulur. Muxalifet.az etikxeber.az-a istinadən xəbər verir ki, Milli Məclisin (MM) sabahkı toplantısından-dövlət başçısına yeni seçkilərin keçirilməsini nəzərdə tutan müraciətin ünvanlamasından sonra ölkə Prezidenti tərəfindən axşam saatlarında növbədənkənar seçkilərlə bağlı Sərəncamın verilməsi gözlənilir. Əgər sabah Sərəncam verilərsə, seçki (səsvermə) günü gələn ilin fevral ayının 2-nə təyin ediləcək.
Muxalifet - 1-12-2019
Kim “Milli Məclis özünü çoxdan buraxıb” yazırsa, o, axmaqdır” - Mehman Hüseynovun sualı deputatı ÖZÜNDƏN ÇIXARDI - VİDEO
Tanınmış bloqer Mehman Hüseynov bu dəfə Milli Məclisdə növbədən kənar seçkilərin keçirilməsi ilə bağlı məsələyə münasibət öyrənmək üçün deputatlara üz tutub.
Muxalifet.az xəbər verir ki, bloqerin “Milli Məclis özünü buraxır yoxsa yox?” və "Milli Məclis qocalar evinə bənzəyir" tipli atmacalı suallarına ilk cavabı Aqil Abbas verib:Muxalifet - 1-12-2019
Milli Şura parlament seçkilərinə qatılacaq? – BƏYANAT
Azərbaycanda gözlənilən erkən parlament seçkiləri ilə bağlı Demokratik Qüvvələrin Milli Şurası (MŞ) növbədənkənar toplantı keçirib və müzakirələrin sonunda bəyanat qəbul edib. Muxalifet.az az Politika.info-a istinadən xəbər verir ki, qəbul olunan bəyanatda deyilir ki, gözlənilən yeni seçkilər ölkədə çox ciddi sosial, siyasi gərginlik dövrünə təsadüf edib. MŞ ehtimal edir ki, məqsəd demokratikləşmə yox, müxalifəti qəfil yaxalayıb seçkiləri daha asan qalib gəlməkdir. “Milli Şura bu ehtimalların həqiqət payının yüksək olduğunu düşünür və bunu nəzərə alır.
Muxalifet - 1-12-2019
ŞƏMKİRDƏ DƏHŞƏT: Bir ailənin 5 üzvü öldü
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Vaz-21011"lə "Pajero" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza zamanı "Vaz-21011"də olan bir ailənin 5 üzvü ölüb.
Faklta bağlı araşdırma aparılır.
Muxalifet4 - 1-12-2019
2020-ci il ən çox kimləri SEVİNDİRƏCƏK? - Ağ Siçan ilinin bürclər üzrə PROQNOZU
2020-ci il yaxınlaşır, bu o deməkdir ki, gələn ilin sahibi - Ağ Metal Siçanın açdığı 12 illik dövrün astanasındayıq. Yeni ilin gəlişinin hər zaman yenilənmə və yeni dövrün başlanğıcı olduğunu nəzərə alsaq, ən kəskin dəyişikliklərə inanmağa haqqımız var! Buraya ili iddialı, çalışqan və sürətli Siçanın idarə edəcəyi faktını əlavə edin. Publika.az oxucuları 2020-ci ilin astroloji proqnozu ilə tanış edir. Qoç (21 mart - 20 aprel) Yeni qələbələrin vaxtıdır! Əvvəlki illərdə çox yaxşı işləyib əhəmiyyətli bir şey əldə etməmisinizsə, narahat olmayın. Bütün uğurlar qarşıdadır.
Muxalifet - 1-12-2019
İngiltərə nəşrindən ŞOK İDDİA: Ərdoğan nüvə proqramına başlamaq qərarı verə bilər
İngiltərədə dərc edilən “The Economist” jurnalı, Türkiyədə yerləşdirilmiş ABŞ-a məxsus nüvə silahlarının ABŞ və avropalı NATO müttəfiqlərinin narahatlığına səbəb olduğunu yazıb. Jurnalda qeyd edilir ki, gələn həftə Londonda keçiriləcək NATO sammitində bir çox dünya liderinin ağlında Türkiyədəki nüvə bombaları mövzusu olacaq.
Muxalifet4 - 1-12-2019
Bankir Zeynalovun heyrətamiz fırıldaqları - VƏ ONA İNANIB YAXŞI FAİZ GÖTÜRMƏK İSTƏYƏN SADƏLÖVHLƏR...
Ötən həftə "Günaybank" ın keçmiş sədr müavini Emin Zeynalovun on milyonlarla dollarlıq dələduzluq əməli ilə bağlı məhkəmə istintaqının növbəti iclası keçirilib. İclas zərərçəkmiş İlqar Abbasovun ifadəsi ilə başlayıb. O, E. Zeynalova cəmi 600 min dollar verdiyini açıqlayıb. “Pulları Zeynalov “Günaybank”da işləyərkən köçürdüm. Emin mənə izah etdi ki, bütün əməliyyatlar onun nəzarəti çərçivəsində həyata keçir və əmanətimi bankın dövriyyəsinə buraxa, yaxşı gəlir verə bilər. Əvvəlcə 200 min, sonra 400 min dollar köçürdüm. Pulu birbaşa banka təhvil verdi, amma imzalamaq üçün sənəd vermədilər.
Muxalifet - 1-12-2019
Almaniya və Fransadan ABŞ-a qarşı ŞOK HƏMLƏ: NATO DAĞILIR, YERİNƏ...
Əvvəl, NATO-nun açıq bir rəqibi - SSRİ-nin başçılığı ilə Varşava Paktı Təşkilatı var idi, “Deutsche Wirtschafts Nachrichten” nəşri yazır. Ancaq 30 ildir Varşava Paktı mövcud deyil və NATO isə ümumiyyətlə dəyişməyib. Bundan əlavə, təşkilatın baş katibi Yens Stoltenberq, Sovet İttifaqının varisi olan Rusiyanı düşmən kimi təqdim etmək üçün əlindən gələni edir, çünki bu olmadan NATO var olmasının mənasını itirəcək, məqalənin müəllifi Ronald Barazon izah edir.
Muxalifet3 - 1-12-2019
Prezident Administrasiyasında “Həsənov-Mehdiyev” tandeminin çöküşü - DAHA NƏLƏR GÖZLƏNİLİR...
Prezident Administrasiyasında son qlobal dəyişikliklər bir istisna olmaqla, ölkənin əsas idarəetmə orqanının bütün şöbələrini əhatə etdi.
Bir neçə şöbə ləğv edildi, digərlərində sıravi heyətdə ixtisarlar edildi və ya onların rəhbərləri dəyişdirildi.
Muxalifet4 - 1-12-2019
Yoxa çıxan azərbaycanlı fəal 13 gün sonra tapıldı
Noyabrın 17-də yoxa çıxan güney azərbaycanlı tanınmış milli-mədəni fəal Meysəm Colaninin Ərdəbilin mərkəzi zindanında saxlanıldığı məlum olub. Axar.az xəbər verir ki, bu barədə fəalın yaxınları məlumat yayıblar. M.Colaninin İranda keçirilən son etiraz aksiyaları zamanı tutulduğu bildirilib. Fəalın təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyü də qeyd edilib.
Muxalifet4 - 1-12-2019
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib - GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
"Azərişıq" ASC gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Muxalifet.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, bununla əlaqədar "Azərişıq" ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov xüsusi göstəriş verib. Göstərişə əsasən bütün ölkə üzrə şəbəkə rəisləri və texniki departamentik əməkdaşlarının iştirakı ilə növbətçilik müəyyən edilib.
Muxalifet4 - 1-12-2019
Deputat parlamentdə sevgilisinə evlilik təklifi etdi - VİDEO
İtaliya parlamentində maraqlı anlar yaşanıb.
"Qafqazinfo" xəbər verir ki, millət vəkili Flavio Di Muro çıxışı zamanı sevgilisi Elisa adlı qıza evlənmə təklifi edib. Bu zaman onun sevgilisi ziyarətçilər sırasında əyləşib.
Həmkarları Flavionu alqışlasa da, spiker Roberto Fiko narazılığını bildirib. O, parlamentdə çıxışdan bu məqsədlə istifadə etməyi doğru hesab etməyib.
Muxalifet4 - 1-12-2019
“Gözlə bizi, can Azərbaycan” - BİNƏLİ YILDIRIM
Xəbər verdiyimiz kimi, AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanan Türkiyə yığması püşkatmanın nəticəsinə əsasən iki oyununu Bakıda keçirirəcək. "Qafqazinfo"nun məlumatına görə, bununla bağlı türkiyəli millət vəkili Binəli Yıldırım şəxsi tvitter hesabında paylaşım edib. "İtaliya, İsveçrə və Uels qarşısında "ay-ulduzlular"ımıza uğurlar diləyirəm. İki matçımızı Bakıda oynamaq üçün səbrsizlənirəm. Gözlə bizi, can Azərbaycan",-deyə sabiq Baş Nazir paylaşımda qeyd edib. Qeyd edək ki, Türkiyə - Uels matçı 17 iyun tarixində, İsveçrə - Türkiyə qarşılaşması isə ondan 4 gün sonra baş tutacaq.
Muxalifet4 - 1-12-2019
“Forbes” azərbaycanlı milyarderlərin Moskvadakı savaşından yazdı - SENSASİON İDDİALAR
İş adamları ilə bağlı dünya çapında nüfuz sahibi olan “Forbes” jurnalında azərbaycanlı iş adamları haqqında maraqlı bir yazı gedib. Məqalədə adı hallanan şəxslər rəsmən milyarderlər kimi tanınırlar. “Forbes” yazır ki, Rusiyada birgə iş görən iki azərbaycanlı milyarder arasında qarşıdurma yaranıb və milyarderlərdən biri o birinin üstünə silahlı birləşmə göndərib...
Muxalifet - 1-12-2019