Axtarış
The search found 105844 results in 0.047 seconds.
Search results
ŞƏMKİRDƏ DƏHŞƏT: Bir ailənin 5 üzvü öldü - ÖLƏNLƏRİN ADLARI / Yenilənib
Şəmkirdə baş verən qəzada ölənlərin kimliyi məlum olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, hadisə zamanı Şəmkir sakinləri, Əliyeva Həyat Rəşad qızı (təqribən 1yaş), 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci il təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-ci il təvəllüdlü Orucova Rəsmiyyə Nürəddin qızı vəfat edib.
***
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet4 - 1-12-2019
“Qalatasaray” “Trabzonspor”la bərabərə qaldı - 1:1
Türkiyə Super Liqasında XIII turun oyunları keçirilir.
Muxalifet.az xəbər verir ki, turun mərkəzi oyununda "Trabzonspor" "Qalatasaray"ı qəbul edib.
Oyunda hesabı meydan sahibləri açsa da, Fatih Terimin komandası son dəqiqədə bərabərlik qolunu vurub. Qarşılaşma 1:1 hesabıyla başa çatıb.
Türkiyə Super Liqası
“Trabzonspor” – “Qalatasaray” – 1:1
Sorlot, 50 – Naqatomo, 90Muxalifet4 - 1-12-2019
“Kimsə Qurban Qurbanovun adına ləkə gətirə bilməz” - Aftandil Hacıyev
"Bizi çətin oyun gözlədiyini bilirdik. Heyətimizdə də itkilər vardı. Buna baxmayaraq, meydanda istədiyim "Səbail"i gördüm". Muxalifet.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XIII turunda evdə "Neftçi" ilə qolsuz bərabərlikdən sonra söyləyib. 38 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə 2 real qol şansları olub: "İkinci yarıda isə penaltidən yararlana bilmədik. Üç xal daha yaxşı olardı. Amma bu gün bir xal qazandığımızı düşünürəm. Çünki "Neftçi" kimi rəqibə qarşı oynadıq".
Muxalifet - 1-12-2019
Peskov: Putin və Zelenskinin görüşü mütləq baş tutacaq
Kremlin sözçüsü Dmitri Peskov dekabrın 9-da Parisdə “Normandiya formatında” Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüşün “mütləq baş tutacağını” bildirib. Peskov bu açıqlamaları “Rossiya 1” telekanalında çıxışı zamanı verib. Onun sözlərinə görə, iktərəfli görüşün dəqiq formatı daha sonra müəyyən ediləcək. Normandiya formatında sammit dörd dövlətin - Fransa, Almaniya, Rusiya və Ukrayna liderlərinin Rusiya-Ukrayna münasibətlərinə, ilk növbədə Donbasdakı münaqişənin nizamlanmasına həsr olunmuş görüşüdür.
Muxalifet3 - 1-12-2019
"Binaların yaşı artıqca..." - Bu beşmərtəbəli binalar SÖKÜLƏCƏK
“Binaların vəziyyətindən asılı olaraq, onların hər biri ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən qərarlar veriləcək”. Bakıda beşmərtəbəli binaların sökülməsi məsələsi zaman-zaman gündəmə gəlsə də, hələ də proses baş tutmayıb. Evlərinin plana düşəcəyi, söküləcəyi ilə bağlı xəbərlər isə həmin ərazilərdə yaşayan insanların narahatlığına səbəb olur. Son illərdə Bakı şəhərinin müxtəlif ərazilərində yaşayan əhali qrupu “evimiz plana düşəcək, nəticəsini gözləyirik, görək növbəti mənzilimizi haradan alırıq” kimi sözləri tez-tez işlədir.
Muxalifet - 1-12-2019
Mirşahin Cümşüd Nuriyevi belə müdafiə etdi - VİDEO
REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu "Mir Şahinin vaxtı" verilişində sabiq millət vəkili Cümşüd Nuriyevi müdafiə edib.
"Qafqazinfo" xəbər verir ki, o, Cümşüd Nuriyevin AzTV-də qadınlarla bağlı səsləndirdiyi fikirləri şərh edib. Mirşahin Ağayev çıxışında bildirib ki, C.Nuriyevin kontekstdən çıxarılmış bir fikri kütləvi lənət, təhqir və təhdidə səbəb olub:Muxalifet - 1-12-2019
Əli Həsənov yeni vəzifəyə gətirildi - TƏSDİQLƏNDİ
Baş nazirin sabiq müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov Dağlıq Qarabağın Azərbaycanlı icmasının idarə heyətinə üzv qəbul edilib. Bu barədə məlumatı icmanın idarə heyətinin üzvü, deputat Elman Məmmədov da təsdiqləyib. O qeyd edib ki, Əli Həsənovun idarə heyətinə üzv qəbul edilməsi ayın əvvəlində keçirilən iclasda təsdiq edilib: “Ayın əvvəlində idarə heyətinin iclası çağırıldı. Həmin iclasda Əli Həsənov özü də iştirak edirdi və onun idarə heyətinə üzv qəbul edilməsi təsdiqləndi”.
Muxalifet - 1-12-2019
Azərbaycanda partlayış - Xəsarət alanlar var
Goranboy rayonunda yaşayış evində partlayış baş verib.
"Report"un məlumatına görə, partlayış nəticəsində üçü azyaşlı olmaqla dörd nəfər yanıq xəsarətləri alıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Muxalifet - 2-12-2019
Avropa Parlamentinin deputatı Lars Patrik Bergdən həddini aşan təxribatçı bəyanat: qondarma "Dağlıq Qarabağ xalqı"nın yanında olmalıyıq
Avropa Parlamentinin deputatı Lars Patrik Bergi Qarabağa etdiyi səfərdən sonra Azərbaycan tərəfindən “qara siyahı”ya daxil olmaq barədə xəbərdarlıqlar qorxutmadı, yenidən ziyarət edəcək, amma bu bölgənin gözəl olduğuna əmindir. Berg burada inkişaf üçün böyük potensial görür və eyni zamanda üzvü olduğu Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində qondarma"Dağlıq Qarabağ Respublikası" məsələsini qaldırmağı planlaşdırır. O əmindir ki, “Almaniya üçün alternativ” partiyasının digər üzvləri qondarma "Dağlıq Qarabağ xalqı"nın yanında olmalıdır.
Muxalifet3 - 2-12-2019
Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ: Evdən çıxmayın, TƏHLÜKƏLİDİR
İranın Səhiyyə Nazirliyi Tehran şəhərində bütün əhaliyə uzun müddətə və ağır fəaliyyətlər üçün mənzildən çıxmamaları haqda xəbərdarlıq edib.
Bunu İranın Səhiyyə Nazirliyinin Ətraf Mühit Sağlamlığı və Əmək Mərkəzinin hava təmizliyi və iqlim dəyişikliyi qrupunun sədri doktor Abbas Şahsevəni deyib.
A.Şahsevəninin sözlərinə görə, ürək-damar xəstələri, uşaqlar, yaşlılar və hamilə qadınlara mənzildən çıxmamaq məsləhət görülür.
Ötən sutka ərzində Tehran şəhərində havanın keyfiyyət indeksi ilə orta hesabla çirklilik 157 mikrondur.Muxalifet - 2-12-2019
Rusiya baş diplomatı Bakıda - Lavrova veriləcək əsas sual
Azərbaycan Qarabağ məsələsində Moskvadan daha ədalətli yanaşma gözləməyi haqq edir; Rusiya Bakının “borcu”nu qaytaracaqmı?
Bu gün - dekabrın 2-də Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya gələcək. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, iki gün çəkəcək səfər zamanı onun Azərbaycan rəhbərliyi ilə, habelə xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.
Muxalifet - 2-12-2019
Bakı hücuma hazırlaşır, Rusiya Ermənistana dəstək olsa, Türkiyə də... - Rus ekspertdən ŞOK AÇIQLAMA
Qarabağda müharibə qaçılmazdır, çünki problem həll olunmamış qalıb. Mxalifet.az-ın məlumatına görə, bu sözləri Moskva Siyasət və Təhlil İnstitutunun direktor müavini, tanınmış hərbi ekspert Aleksandr Xramçixin Ermənistan mətbuatına Qarabağ münaqişəsi ilə bağlı müsahibəsi zamanı deyib. “Bakı hücuma hazırlaşır. Azərbaycan öz torpaqları saydığı Qarabağı qaytarmağı düşünür. Başqa variant yoxdur. Əgər bu baş versə, Moskva qarışmayacaq. Rusiya yalnız o halda Ermənistana kömək edə bilər ki, Azərbaycan Ermənistan Respublikası ərazisinə təcavüz etsin.
Muxalifet - 2-12-2019
Tanınmış azərbaycanlı alim vəfat etdi - 71 YAŞINDA
AMEA Zoologiya İnstitutunun Quru Onurğasızları laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru Xalid Əli Ağa oğlu Əliyev ömrünün 71-ci ilində vəfat edib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, professor xəstəlik səbəbindən dünyasını dəyişib Qeyd edək ki, Xalid Əli Ağa oğlu Əliyev 07 fevral 1949-ci ildə Bakı şəhəri Əmircan qəsəbəsində anadan olub.1973-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini bitirib.
Muxalifet - 2-12-2019
2020-ci ildə bu bürclərin bəxti bütün sahələrdə gətirəcək
2020-ci il bəzi bürclər üçün xüsusilə düşərli olacaq. Münəccimlərin proqnozlarına görə, 2020-ci il ərzində Buğa, Şir, Əkizlər və Oxatan bürcləri həyatın bütün sahələrində şanslı olacaqlar. Buğa Astroloqlar Buğa bürcünün nümayəndələrini 2020-ci ilin ən şanslı insanları adlandırıb. Ənənəvi olaraq praqmatik və ehtiyatlı Buğa bürcləri Kainatdan öz faydalarını alacaq. Hər işdə şanslı olacaqlar. Ən başlıcası, Buğa bürcləri maliyyə və biznes sahələrində uğur qazanacaq. Gələn il bu zodiak işarəsinin nümayəndələri öz bilik və bacarıqlarını göstərə biləcək.
Muxalifet - 2-12-2019
Rayan Giqqz: "Azərbaycan ikinci ölkəmiz olacaq"
"Bu yaxınlarda Bakıda oynamış və qalib gələrək, yaxşı təcrübə əldə etmişik". Muxalifet.az xəbər verir ki, bunu Uels millisinin baş məşqçisi Rayan Giqqz AVRO-2020-nin püşkünün nəticəsi barədə danışarkən deyib. Noyabrın 16-da Azərbaycan yığması ilə seçmə mərhələ oyununda üz-üzə gəldiklərini xatırladan 46 yaşlı mütəxəssis Avropa çempionatında da İsveçrə və Türkiyə ilə ilk iki oyunu Bakıda keçirəcəklərinə diqqət çəkib: "Yerli şərait və isti havalardan asılı olmayaraq, Bakıda qalacağıq. Bu səbəbdən, daha yaxşı seçim ola bilməzdi. Biz oyunlar keçirəcək və idman obyektləri ilə tanış olacağıq.
Muxalifet - 2-12-2019
"BU PARLAMENT YENİ SEÇKİYƏ QƏDƏR FƏALİYYƏT GÖSTƏRƏ BİLMƏZ" – Tanınmış hüquqşünasın şərhi
Yeni Azərbaycan Partiyasının (YAP) parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməsi hüquqşünaslar arasında müəyyən fikir ayrılıqlarına səbəb olub. Fərqli mövqelərdən biri də, yeni parlament fəaliyyətə başlayana qədər köhnə heyətin fəaliyyətini davam etdirəcəyi ilə bağlıdır. Bu barədə hakim partiya funksioneri Siyavuş Novruzov bildirib. Tanınmış hüquqşünas, seçki məsələləri üzrə mütəxəssis Hafiz Həsənov isə bildirib ki, buraxılmış parlament heç bir halda səlahiyyətlərinin icrasını davam etdirə bilməz.
Muxalifet - 2-12-2019
Əhaliyə güclü küləklə bağlı XƏBƏRDARLIQ
Bakı Nəqliyyat Agentliyi paytaxtda hökm sürən küləkli hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Muxalifet.az xəbər verir ki, müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilir: "Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.
Muxalifet - 2-12-2019
Bakıda avtomobil məşhur otelə çırpıldı - VİDEO
Bakıda ağır yol qəzası baş verib. Muxalifet.az xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb. Belə ki, prospektdə hərəkətdə olarkən idarəetməni itirən "BMW" markalı avtomobil əvvəlcə iki maşına dəyib, daha sonra “Park İNN” otelinin giriş qapısına çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə "BMW"-nin sürücüsü ağır xəsarətlə xəstəxanaya aparılıb. Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 2-12-2019
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Toydan sonra ailənin 5 üzvü öldü - FOTOLAR
Ötən gecə Şəmkir rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Şəmkir şəhəri Səməd Vurğun küçəsində "Mitsubishi Pajero" ilə “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində həlak olan 5 nəfər rayonun Morul kəndinin sakinləri olub. Onlar dünən Şəmkir şəhərindəki “Gold Qafqaz” şadlıq evində yaxın qohumlarının toy mərasimində iştirak ediblər. toydan çıxıb kəndə qayıdarkən 2 avtomobil toqquşub və “VAZ 21011”də olan bir ailənin 5 üzvü vəfat edib.
Muxalifet - 2-12-2019
SON DƏQİQƏ: güclü zəlzələ BAŞ VERDİ
ABŞ-da zəlzələ olub.
Alyaska ştatının Berinq dənizində yerləşən Andreanof arxipelaqında 6 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Yerli vaxtla saat 05:01-də baş verən zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.Muxalifet - 2-12-2019