Axtarış
The search found 105844 results in 0.035 seconds.
Search results
Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb
Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Muxalifet.az-a verilən xəbərə görə, qış fəsli Azərbaycana dekabrın 22-si saat 08:19 dəqiqədə daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin an üfüqdən minimum hündürlükdə olur. Həmin gün ən qısa gündüz, ən uzun gecə qeydə alınır.
Muxalifet - 2-12-2019
İnternetin qiyməti qalxır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda internetin qiymətinin artması ilə bağlı bəzi mətbuat səhifələrində məlumatlar yayılıb. İddialara görə, gələn il internetin qiyməti qalxacaq.
Modern.az məsələni dəqiqləşdirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə müraciət edib.
Qurumun mətbuat katibi Günel Gözəlova saytımıza açıqlamasında qiymətlərdə dəyişiklik olmadığını bildirib:
Muxalifet - 2-12-2019
Bu gün Milli Məclisin buraxılması gözlənilir
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə cəmi bir məsələ daxildir - parlamentin buraxılması. Məlumata görə, deputatlar Yeni Azərbaycan Partiyasını təmsil edən parlament üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevə Milli Məclisin ləğvi ilə bağlı müraciətini müzakirə edəcəklər. Qeyd edək ki, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisi ləğv etmək təşəbbüsü ilə çıxış etmək tövsiyə olunub.//virtualaz
Muxalifet - 2-12-2019
Gürcüstan nömrəli avtomobillərlə bağlı yeni qadağalar nədən qaynaqlanır?
Ekspertlərdən ölkənin avtomobil parkının yenilənməsi üçün mühüm təkliflər
Gürcüstan nömrəli avtomobillərin Azərbaycanda qalma müddətinə tətbiq edilən məhdudiyyət etirazlara səbəb olub. İctimaiyyət nümayəndələri, iqtisadçı ekspertlər, nəqliyyat ekspertləri də hesab edir ki, insanların məcburiyyətdən əl atdığı bu yolun qarşısı kəsilirsə, avtomobillərin ölkəyə gətirilməsi üçün başqa güzəştlər tətbiq edilməlidir.
Muxalifet - 2-12-2019
Bakıda kişi sevgilisini maşının üstündə oturdub videosunu çəkdi, oğluna göndərdi - VİDEO
Zamiq Sevda ilə birlikdə çəkilmiş görüntüləri efirə təqdim edib
Ötən gün Space TV-də yayımlanan "Gəl, dərdini danış" verilişinə müraciət edən Zamiq adlı şəxsin problemi hər kəsin diqqətini çəkib.Muxalifet - 2-12-2019
Şəmkirdə 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlandı - Sürücü sərxoş imiş
Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb. Muxalifet.az-ın məlumatına görə, fakta görə Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində sürücü Abiyev Tural Aydın oğlu saxlanılıb. Xatırladaq ki, hadisə Şəmkir-Gədəbəy avtomagistralında baş verib.
Muxalifet - 2-12-2019
İşığı borca görə kəsilən mənzildə bədbəxt hadisə - Şam yandırılması yanğına səbəb olub
Bakıda evdə baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
“Report”un xəbərinə görə, hadisə noyabrın 30-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, ev 7-də qeydə alınıb.
Muxalifet - 2-12-2019
Qorbaçovdan xəbərdarlıq: Bəşəriyyət məhv ola bilər
SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov “qaynar müharibə” ilə bağlı ABŞ və Rusiyaya xəbərdarlıq edib.
Muxalifet.az bildirir ki, Qorbaçov silahlanmaya nəzarətin əsla əldən verilməməsi gərəkdiyini vurğuladı.Qorbaçov indi Moskva-Vaşinqton əlaqələrinin Soyuq müharibədən sonra daha bərbad olduğunu bildirib:
“Soyuq müharibənin müasir dövrdə təkrarlanması “qaynar savaş”a gətirib çıxaracaq. Belə olan təqdirdə bütün bəşəriyyət məhv olacaq. Nüvə silahından tam imtina edilməlidir”.
Muxalifet.azMuxalifet3 - 2-12-2019
Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı... - FOTO / VİDEO
Xəbər verildiyi kimi işğalçı ölkənin baş naziri Nikol Paşinyan noyabrın 30-da növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhəddini pozaraq işğal altındakı torpaqlarımızda sülənib.
Muxalifet - 2-12-2019
Məmmədyarov və Mnatsakanyan Bratislavada görüşəcəklər - ERMƏNİSTAN XİN BƏYANATI
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixi məlum olub. Muxalifet.az rus mətbuatına istinadən bildirir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislava şəhərində görüşəcəklər. Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.
Muxalifet - 2-12-2019
Tale Heydərovun Bakıdakı mağazaları bağlandı - FOTOLAR
Bakıda fəaliyyət göstərən kitab mağazalarından ikisi fəaliyyətini dayandırıb.
Muxalifet.az xəbər verir ki, Xətai rayonunda və metronun 20 Yanvar stansiyasının yaxınlığındakı “Bravo” marketlərində olan “LIBRAFF” kitab mağazaları bağlanıb. Onların icarəyə götürdükləri dükanlar tamamilə boşaldılıb.
Məlumata görə, yaxın vaxtlarda LIBRAFF-ın daha bir neçə mağazası fəaliyyətini dayandıracaq.Muxalifet - 2-12-2019
Türk futbolçu üçün İNANILMAZ TƏKLİF
İngiltərənin “Mançester Siti” klubu, türk futbolçu Çağlar Söyüncünü heyətinə qatmaq üçün hərəkətə keçib. Muxalifet.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Türkiyə Millisi və İngiltərənin “Lester Siti” klubunun futbolçusu Çağlar Söyüncünün yanvar ayında transfer edilməsi üçün təlimat verib. İngiltərə mətbuatı “Lester Siti”nin 80 milyon avro təklif qarşılığında Çağlar Söyüncünü mövsüm fasiləsində göndərə biləcəyini yazıb. Qeyd edək ki, Çağlar Söyüncü “Mançester Siti”yə transfer olacağı təqdirdə ən bahalı türk futbolçu kimi tarixə düşəcək.
Muxalifet - 2-12-2019
Pərvin və polis sevgilisinin daha bir QALMAQALLI VİDEOsu - Renka Muradın qarşısında...
Məşhur aktrisa Pərvin Abıyevnına 26 yaşlı polis sevgilisi Murad Abdullayevlə ad günü məclisində çəkilən yeni görüntüsü yayılıb. Muxalifet.az BAKU.WS-a istinadən xəbər verir ki, yayılan görüntülərdə aktrisa və rəqqasə Renka Muradın qarşısında oriyental oynayıb. Hətta səbəbkar rəqs edən xanımın sinəsinə pul da basıb. Pərvin Abıyevanın Muradın qarşısında rəqs etməsi diqqət çəkib. Qeyd edək ki, M.Abdullayev Pərvin Abıyeva ilə olan görüntülərinə görə işdən çıxarılıb.
Muxalifet - 2-12-2019
Həftəsonu baş verən yol qəzalarında 9 nəfər ölüb
Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Muxalifet - 2-12-2019
Millət vəkili xanım jurnalistə vəzifə verdi - FOTO
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı özünə daha bir müşavir təyin edib. Tanınmış jurnalist Jalə Mütəllimova partiya sədrinin müşaviri təyin olunub. Bu barədə həmkarımız özü məlumat yayıb. Qeyd edək ki, Jalə Mütəllimova son olaraq APA TV-də redaktor kimi fəaliyyət göstərib. O, əvvəllər Az.TV və media orqanlarında çalışıb.//Qaynarinfo
Muxalifet - 2-12-2019
Azərbaycanda bütün gözlər ORA DİKİLDİ - İclas BAŞLADI / YENİLƏNİR
Milli Məclisin iclası başlayıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələyə baxılır.
Gündəlik qəbul edildikdən sonra Milli Məclisin sədri Oqtay Əsədov çıxış edib.Muxalifet - 2-12-2019
Bakıda kafedə silahlı insident – BİR NƏFƏR GÜLLƏLƏNDİ
Bakıda güllələnmə hadisəsi baş verib.
Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində 2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetiriblər.
Xəsarət almış F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.Muxalifet - 2-12-2019
Afaq Bəşirqızının Milli Məclisdə Zeynəb Xanlarovanı əvəzləməsi istənilir - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, son bir neçə gündür Xalq artisti Afaq Bəşirqızının növbəti Parlament seçkilərində iştirak etməsi üçün kampaniya başladılıb. Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilib, onlar A.Bəşirqızını Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın əvəzinə Milli Məclisdə görmək istədiklərini bildiriblər: “Əziz həmvətənlər, dəyərli soydaşlarımız! Gəlin, Afaq Bəşirqızını Milli məclisə əsl millətini sevən biri olduğuna rəğmən, millət vəkili seçilməyə çağıraq! Razı olanlar, rica edirəm, dəstəkləyib paylaşaq.
Muxalifet - 2-12-2019
Siyavuş Novruzov parlamentin buraxılmasından DANIŞDI
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin buraxılması haqda qərara müxalifətin verdiyi reaksiyaya münasibət bildirib.
S.Novruzov partiyanın saytında dərc olunan məqaləsində qeyd edib ki, təkmil və mütərəqqi siyasi sistemə malik olan ölkələrdə, demokratik dəyərləri mənimsəmiş cəmiyyətlərdə islahatlar konsepsiyasının tərkib hissəsi kimi parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ənənəsi mövcuddur.Muxalifet - 2-12-2019
Əli Hüseynli: “Konstitusiyanın 98-1 maddəsi Milli Məclisin buraxılması məsələsini həll etmiş olur”
Milli Məclisin plenar iclası öz işini davam etdirir. İclasda Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini müzakirə olunur.
Hüquq siyasəti və dövlət qurucuğulu komitəsinin sədri Əli Hüseynli dedi ki, parlamentin buraxılması ilə bağlı addımın atılmasının hüquqi əsaslarının olmadığı barədə iddialar əsassızdır.
Muxalifet - 2-12-2019