Axtarış

The search found 105844 results in 0.029 seconds.

Search results

  1. Son 11 ayda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

    Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb.
    Ədliyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, siyahıda uşaqlara ən çox qoyulmuş 10 ad yer alıb:

    Muxalifet - 2-12-2019

  2. ABŞ-ın İngiltərə səfiri: "NATO ölkələri Çin və Rusiyaya qarşı birləşməlidir"

    NATO ölkələri Rusiya və Çinin qarşısında birləşməlidirlər, deyə ABŞ-ın Britaniyadakı səfiri Robert Wood Johnson "The Daily Telegraph" nəşrindəki məqaləsində yazır.
    Şimali Atlantika Alyansı 70 il əvvəl qurulmuş və bu müddət ərzində hər yeni nəsildə yeni çətinliklərlə üzləşmiş, onlara uyğunlaşmış və daha da güclənmişdir. Hərbi blokun müvəffəqiyyətinin göstəricisi əvvəlcə 12 ölkədən ibarət olmasına baxmayaraq indi 29 ölkəni öz tərkibiində birləşdirməsidir. Bundan başqa, hətta alyansının bəzi əleyhdarları da soyuq müharibə illərində NATO-ya üzv oldular.

    Muxalifet3 - 2-12-2019

  3. Parlamentin buraxılması üçün redaksiya heyəti yaradıldı - ADLAR

    Milli Məclisdə (MM) hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciətlə bağlı redaksiya heyəti yaradılıb.

    Bunu spiker Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında bildirib.

    Muxalifet - 2-12-2019

  4. Ukraynada deputatın 3 yaşlı oğlu öldürüldü - VİDEO

    Ukraynada Kiyev Vilayət Şurasının deputatı, biznesmen Vyaçeslav Sobolev silahlı hücuma məruz qalıb. Tsn.ua xəbər verir ki, deputatın avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub. Hadisə ötən gün axşam saatlarında Kiyev şəhərində Lev Tolstoy küçəsi ilə Tarasovskaya küçəsinin kəsişməsində, Donetskdən olan iş adamına məxsus “Mario” restoranının yaxınlığında baş verib. "Range Rover" markalı maşına silahlı hücum nəticəsində deputatın üç yaşlı oğlu Aleksandr və sürücü olub. Güllə yarası alan sürücü yaralanıb və azyaşlı isə xəstəxanaya aparılarkən yolda keçinib.

    Muxalifet - 2-12-2019

  5. Bakıda ŞOK OLAY: direktor və müəllimlər yoxa çıxdı

    Paytaxtda yerləşən Laçın rayon 35 saylı orta məktəbin direktoru və müəllim heyəti dərs saatlarında məktəbi tərk ediblər.
    Publika.az-ın xəbərinə görə, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
    Qeyd edilir ki, bu gün məktəbə gedən şagirdlər geri qayıdıblar:
    “Müəllim kollektivi kitab-dəftərlərini yığaraq, məktəbi tərk edib. Bunu görən şagirdlər də geri qayıdıblar. Valideynlər çox narahatdır. Direktora zəng edəndə bildirib ki, "Təhsil Nazirliyinin bundan xəbəri var, şikayət etməyin”.

    Muxalifet - 2-12-2019

  6. Azərbaycanda bu xəstələrin sayı 5 dəfədən çox artıb – PROFESSORDAN XƏBƏRDARLIQ

    Son 13 il ərzində Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan talassemiya xəstələrinin sayı artıb. Ötən il ölkədəki talassemiya xəstələrinin sayı 2017-ci illə müqayisədə azalsa da, ümumilikdə son 13 il ərzində göstərici 5 dəfədən çox artıb. 2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan talassemiya xəstələrinin sayı 3 700 olub. Bu say 2017-ci ildə 3 835, 2015-ci ildə 2 593, 2010-cu ildə 1 650, 2005-ci ildə 656 nəfər təşkil edib.

    Muxalifet - 2-12-2019

  7. Dilarə Seyidzadəyə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi

    Prezident İlham Əliyev Dilarə Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda göstərdiyi xidmətlərə görə Dilarə Bağır qızı Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

    Muxalifet - 2-12-2019

  8. Səməd Seyidov: “Biz xalqımız və prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq”

    Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin plenar iclasında çıxış edərkən parlamentin buraxılmasını zəruri edən məsələlərdən bəhs edib: “Heç kimə sirr deyil ki, bu gün Azərbaycan xalqının ən yüksək səviyyədə təqdim və müdafiə edən, faktiki milli maraqlarımızı təmsil edərək, milli dəyər səviyyəsinə yüksələn cənab Prezident bu işi peşəkar cəhətdən ən yüksək səviyyədə aparır”.

    Muxalifet - 2-12-2019

  9. Dağlıq Qarabağ münaqişəsi yalnız siyasi-diplomatik vasitələrlə həll oluna bilər - Lavrov Azərbaycana səfəröncəsi

    "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik səylərində fəal rol oynamağa davam edir". Muxalifet.az "Report"-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamasında bildirilib. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tərəflərə yardım etmək Rusiya xarici siyasətinin prioritetlərindən biridir və Rusiya prezidentinin diqqət mərkəzindədir. Hesab edirik ki, münaqişə yalnız siyasi-diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə həll oluna bilər.

    Muxalifet - 2-12-2019

  10. Vətəndaşlar görüşə getdi - Kəmaləddin Heydərov gəlmədi

    Məlum olduğu kimi, Prezidentin tapşırığına əsasən nazir və komitə sədrləri, eləcə də dövlət qurumlarının digər vəzifəli şəxsləri mütəmadi olaraq vətəndaşlarla görüşüb, onların problemlərini dinləyirlər. Fövqəladə hallar naziri Kəmaləddin Heydərova da görüş vaxtı təyin olunsa da, nazir vətəndaşları qəbul etmir. 

    Cəlilabad, Neftçala və Şəmkir rayonlarının sakinlərindən Unikal.org-a bildirilib ki, onlar Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla görüşə getsə də, nazir gəlməyib.

    Muxalifet - 2-12-2019

  11. Aygün Kazımova qardaşının yas mərasimində - FOTOLAR

    Xalq artisti Aygün Kazımovanın bir neçə gün öncə dünyasını dəyişən qardaşı Kazımov Kazım Ələsgər oğlunun yas mərasimi keçirilir. Mərhumun üç mərasimi Təzə Pir məscidində baş tutub.//axşam.az

    Muxalifet - 2-12-2019

  12. “Ölkəni tərk etmək ən pis çıxış yoludur” - Saakaşvilidən ETİRAF

    Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2013-cü ildə ölkəsini tərk etmək qərarından təəssüfləndiyini bildirib və bunun səhv addım olduğunu etiraf edib. Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, keçmiş prezident bu barədə Gürcüstan televiziyasına müsahibəsində deyib. "Bu gün mən 2013-cü ildə Gürcüstanı tərk etdiyimə görə çox təəssüflənirəm. Sadəcə hər şeyi buraxaraq getdim. Həbsxanaya düşməkdən qorxduğum üçün ayrılmadım. Bilirsiniz ki, məni Ukraynada da hədələdilər. Sadəcə ona görə getdim ki, yorulmuşdum, insanlar da məndən bezmişdilər. Hər kəsə dinclik verdim.

    Muxalifet - 2-12-2019

  13. SON DƏQİQƏ: NATO zirvəsi ərəfəsində Türkiyədən S-400 açıqlaması

    Türkiyə prezidentinin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü İsmayıl Safi bəyanat verdi. Bəyanatda deyilir ki,  Ankaranın aldığı S-400 lərin NATO-nun müdafiə qabiliyyətini möhkəmləndirəcək.
    Muxalifet.az
     bu barədə “Haber 7”-yə istinadla bildirir.
    “Türkiyə Rusiyadan S-400 sistemi almalıdır – o NATO-nun müdafiə qabiliyyətini zəiflətməyəcək, əksinə gücləndirəcək. Lakin biz bunu NATO üçün yox, öz raketdən müdafiə sistemimizi möhkəmləndirmək üçün edirik”, - o bildirib.

    Muxalifet3 - 2-12-2019

  14. SON DƏQİQƏ: Milli Məclis buraxıldı – 99 səslə

    Milli Məclisin iclasında parlamentin buraxılması ilə bağlı qərar layihəsi oxunub. Qərarda parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Prezidentinə müraciət edilib. Muxalifet.az xəbər verir ki, Milli Məclisin sədr müavini Bahar Muradova "Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin qərar layihəsi"ni oxuyub. Qərar layihəsi səsverməyə çıxarılıb və 99 deputat lehinə olmaqla qəbul edilib.

    Muxalifet - 2-12-2019

  15. Güclü külək nə vaxtadək davam edəcək? - FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

    Muxalifet - 2-12-2019

  16. Axund oğlunun sərxoş şəkildə maşın sürməyindən DANIŞDI: "Namaz qılan olub"

    Mətbuatda Zərdab rayon Cümə məscidinin axundunun oğlu içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayılmışdı. Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən axund Feyzulla Tağıyev oğlunun maşınının saxlanmasının təfərrüatlarını danışıb: "Yol polisinin saxladığı avtomobil həqiqətən də mənim oğlum Məzahir Tağıyevindir. O, işi ilə bağlı içmir. Oğlumun dostları bir günlük evə gəldiyi üçün ona deyiblər ki, gedək yeyib-içək. Hadisə də həmin məclisdən çıxanda baş verib.

    Muxalifet - 2-12-2019

  17. Kəmaləddin Heydərov Prezidentin tapşırıqlarına əməl etmir – Üç aydır…

    Məlum olduğu kimi, Prezidentin tapşırığına əsasən, nazir və komitə sədrləri, eləcə də, dövlət qurumlarının digər vəzifəli şəxsləri mütəmadi olaraq vətəndaşlarla görüşüb onların problemlərini dinləyirlər.

    Muxalifet.az xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüş vaxtı təyin olunmağına baxmayaraq, nazir vətəndaşları qəbul etmir. 

    Cəlilabad, Neftçala və Şəmkir rayonlarının sakinlərindən Unikal.org-a bildirilib ki, onlar Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüşə getsə də, nazir gəlməyib.

    Muxalifet - 2-12-2019

  18. Parlamentin qərarının mətni açıqlandı - TAM MƏTN

    Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə parlamentin qərarının mətni açıqlanıb. Muxalifet.az xəbər verir ki, qərarda deyilir: "Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

    Muxalifet - 2-12-2019

  19. Qarabağda bir düşmən əsgəri öldü, biri yaralandı - BAŞ QƏRARGAH RƏİSİ İNSİDENTİN BAŞ VERDİYİ ƏRAZİYƏ GƏLDİ

    Bu gün səhər saatlarında Ermənistan işğalçı qüvvələri təmas xəttinin Ağdərə-Tərtər istiqamətində itki veriblər. Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, işğalçı qüvvələrin bir hərbi qulluqçusu “hələlik aydınlaşdırılmayan səbəblərdən” həlak olub, digəri yaralanıb. İnsident saat 06.30 radələrində baş verib. Məlumata görə ölən hərbçi 21 yaşlı Artur İşxanoviç Acamyandır, yaralanan isə 20 yaşlı əsgər David Arutyunoviç Melibekyandır.

    Muxalifet - 2-12-2019

  20. Suriyada Bəşər Əsəd qüvvələrinə aid təyyarələr İdlibi bombaladı

    Bəşər Əsəd rejiminin İdlibdə gərginliyin aradan qaldırılması bölgəsində iki məntəqədə yerləşən bazarlara endirilən hava zərbələrində ilkin məlumatlara görə 11 mülki şəxs həlak oldu, ən azı 20 nəfər yaralandı. Muxalifet.az bu barədə "Haber7"-yə istinadla bildirir. Zərbələr İdlibin cənubunda Marratinnuman və Sərakib bölgələri, Hülübbə, Ruffa, Sırman, Kənais, Tel Krisyan ve Bərsə kəndlərinə endirildi. Xilasetmə qrupları hadisə yerində yaralıların oradan çxarılması işlərini aparır.

    Muxalifet3 - 2-12-2019

Pages