Axtarış
The search found 105844 results in 0.12 seconds.
Search results
Nazirlər Kabinetində struktur dəyişikliyi: Yeni şöbələr yaradıldı
Nazirlər Kabinetində struktur dəyişikliyi olub. Muxaalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, Kabinetin Aparatının yeni strukturu təsdiqlənib.
Muxalifet - 2-12-2019
Prezident: "Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq"
"Hörmətli Dilarə xanım, bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir". Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Dilarə Seyidzadəni qəbul edən zaman deyib. "Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır.
Muxalifet - 2-12-2019
İlham Əliyev Putinə başsağlığı verdi
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.
Başsağlığında deyilir: "Hörmətli Vladimir Vladimiroviç, Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".
Muxalifet - 2-12-2019
Azərbaycanda ŞOK OLAY: Təzə bəy toy gecəsi ailəsindən imtina etdi – SƏBƏB / FOTO
Dünən toyu olan "Kanal 13" internet televiziyasının müxbiri Nurla Libre ailəsindən imtina edib. Nurlan bu barədə sosial şəbəkədə elan edib: "Siz heç toylara yazdırdığı pulu geri yığmaq üçün saxta məclis təşkil edən sonda isə bəylə gəlini döyərək evdən qovan ailə eşitmişdiz? Bəli "Xoşqədəm ssenarisi"nə oxşayan əhvalat təəssüf ki, dünən başıma gəldi. Ailəm toya yazdırdığı pulu yığmaq üçün Əsli və məni aldatdı. Bu hadisəni ictimailəşdirməkdə məqsədim bəlkə də öz doğmalarınızın qədrini anlamağınız üçündür. Ailəm ilk başdan mənim Əsli ilə izdivacıma qarşı idi.
Muxalifet - 2-12-2019
Bakıda arvad ərini döyüb küçəyə atdı - VİDEO
Space Tv-də yayımlanan «Olar? Olmaz!» verilişində çıxış edən Sarvan adlı şəxs arvadı tərəfindən şiddətə məruz qaldığını və evdən qovulduğunu bildirib. Muxalifet.az xəbər verir ki, ərin sözlərinə görə arvadı səhər çıxıb axşam evə qayıdırmış. Ev işlərini özü görər, uşaqları isə məktəbə aparıb gətirərmiş. Amil Xəlil onun yaşadığı məhəlləyə yollanıb. Binəqədi qəsəbəsində qalan Sarvanın dediklərini onun qonşuları da təsdiq edib. İş o yerə gəlib ki, qonşuları Sarvanın tərəfini saxladığı üçün qarşı tərəfin təzyiqləri ilə üzləşib. Sarvanın qayınanası da açıqlama verib.
Muxalifet - 2-12-2019
Qaçqın düşərgəsi yandırıldı: 200 ailə... - DƏHŞƏTLİ HADİSƏ
PKK/YPG terror təşkilatı Suriyanın Deyr-əz-Zor əyalətində yerləşən qaçqın düşərgəsini yandırıb.
Düşərgədə qalan 200 ailə ətraf kəndlərə qaçmağa məcbur olub.
Yerli qaynaqlardan əldə olunan məlumata görə, terrorçuların düşərgəni yandırma səbəbi təşkilatın bir üzvünün ölü tapılması və onun qisasının alınması olub.
Sözügedən düşərgədə rejimin nəzarətindəki bölgədən qaçanlar yaşayırdı.//PublikaMuxalifet - 2-12-2019
Çində benzinin və dizeli yanacağının qiyməti yenidən bahalaşıb
Çində benzinlə dizel yanacağının topdan və pərakəndə satış qiymətləri yenidən bahalaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Milli İnkişaf və İslahat Komissiyası qərar qəbul edib. Bahalaşmaya səbəb dünya bazarında xam neftin qiymətinin artması göstərilir. Qərara əsasən, dekabrın 3-dən benzinin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 55 yuan (7,83 ABŞ dolları) və 50 yuan (7,12 dollar) artırılıb.
Ölkənin neft emalı və satışı şirkətlərindən yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması xahiş edilib.
Muxalifet - 2-12-2019
SON DƏQİQƏ: İlham Əliyev parlamentin buraxılması ilə bağlı məhkəməyə sorğu göndərdi
Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Muxalifet.az-ın xəbərinə görə, sorğuda deyilir:Muxalifet - 2-12-2019
Növbədənkənar parlament seçkiləri ilə bağlı bu TARİXDƏ QƏRAR VERİLƏCƏK
Dekabrın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.
Muxalifet - 2-12-2019
Konstitusiya Məhkəməsindən Prezidentin sorğusu ilə bağlı AÇIQLAMA
Dekabrın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.
Muxalifet - 2-12-2019
Türkiyə sərhədlərini DƏYİŞDİRDİ - Qardaş ölkə tarixdə İLKİ BACARDI/FOTO
Aralıq dənizində güc balansı Türkiyənin xeyrinə dəyişib. Daxili İşlər Nazirliyi İkili Siyasi məsələlər və Dənizçilik Aviasiya Sərhəd baş direktorunun köməkçisi səfir Çağatay Erciyes Şərqi Aralıq dənizindəki kontinental şelf və xüsusi iqtisadi zona (MEB) sərhədlərini göstərən xəritəni tvitter hesabından paylaşıb. Xəritə Liviya Milli Barışıq Hökuməti Prezident Şurasının sədri Fəyaz Əl Sərracla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan memorandum əsasında dəyişib.
Muxalifet - 2-12-2019
Baş Nazirdən bayram günləri ilə bağlı vacib - Sərəncam
Baş Nazir Əli Əsədov 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet - 2-12-2019
“Məgər biz indiyədək...” - Deputat Oqtay Əsədovla söz davasına çıxdı
Milli Məclisin buraxılması ilə bağlı parlamentin Prezidentə müraciət etməsindən sonra komitə sədri Arif Rəhimzadə israrla söz istəyib. Spiker artıq müzakirələrin bitdiyini desə də, ona söz verib.
Muxalifet - 2-12-2019
Xalq artisti MODELLƏRƏ BƏNZƏYƏN QIZInı BELƏ təbrik etdi - FOTOLAR
Xalq artisti Nəzakət Teymurova qızı Nigarın fotolarını özünün 79 minə yaxın izləyicisi olan "İnstagram" səhifəsində paylaşıb. BiG.AZ-ın verdiyi xəbərə görə, xanəndə qızı Nigarı doğum günü münasibətilə təbrik edib: "Gözəl qızım, canım qızım. Nə yaxşı, dünyama gəlmisən , dünyamı gözəlləşdirmisən...Ad günün mübarək ! Doğum günün mübarək!! Allahım yar və yardımçın olsun heyatda!" Son zamanlar tanınmaz dərəcədə dəyişən Nəzakət Teymurovanın modellərə bənzər qızının şəkillərini oxuculara təqdim edirik.
Muxalifet - 2-12-2019
Pərvizlə Türkan barışdı: “Diqqətsizliyə görə aramız dəymişdi”
Duet ortaqlığına son qoyduğunu açıqlayan meyxanaçı Pərviz Bülbülə və müğənni Türkan Vəlizadə barışıb.
Muxalifet.az xəbər verir ki, onlar birlikdə “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramına çıxıb.
Pərviz barışığa belə münasibət bildirib: “Elə çox darıxırdım. Türkan çörək tapacaq. Mən onun xətrinə dəyməmişəm. Oldu, keçdi. İstəmirəm, çox sıxılsın. Onun atası-anası məni çox istəyir. Əsas bu, şou deyildi. Türkanla diqqətsizliyə görə aramız dəymişdi. Diqqətli olmağa görə də barışmışıq”.
Muxalifet - 2-12-2019
Bakıda məşhur şirniyyat evinə SİLAHLI BASQIN - FOTO
Bakıda şirniyyat dükanına basqın edilib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 70-də baş verib.
Naməlum şəxs həmin ünvanda yerləşən "AZZA" şirniyyat dükanına daxil olaraq orada işləyən Atakişiyev Ülvi Elşad oğlunu bıçaqla öldürməklə hədələyib.
Naməlum şəxs satıcıdan kassadakı pulları tələb edib.
Nəticədə həmin şəxs kassadan 950 manat və 1 ədəd "Alpha Line" içkisini götürərək hadisə yerindən qaçıb.Muxalifet - 2-12-2019
Azərbaycanlı xanım jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir - FOTOLAR
Rossiya-1 televiziyasının aparıcısı, əslən azərbaycanlı Nailə Əsgərzadə “Bombardier Global 6000” təyyarəsi və 62 metrlik yaxtadan istifadə edir. Bu məlumatı rusiyalı müxalif bloger Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondu yayıb. Məlumata görə, Əsgərzadə bütün bunlardan “VTB Bank”ın prezidenti Andrey Kostinlə yaxınlığı sayəsində istifadə edir. Belə ki, Əsgərzadənin 2018-ci ildən Kostinin VTB-nin törəmə şirkəti vasitəsiylə sahibləndiyi təyyarədən istifadə etdiyi bildirilib. Hazırda bu təyyarənin VTB-yə heç bir aidiyyəti olmayan ofşor şirkətə məxsus olduğu vurğulanıb.
Muxalifet - 2-12-2019
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol nişanları dəyişdi - Cərimələnə bilərsiniz / FOTOLAR
Paytaxtın Yasamal rayonu Kənar Dairəvi yolda hərəkətin təşkilinə dəyişiklik edilib. Muxalifet.az xəbər verir ki, Kənar Dairəvi yolunun sağ hərəkət hissəsində (Yeni Yasamala gedən hissədə) yerləşən dairədə hərəkət üstünlüyü dəyişdirilib. Belə ki, əvvəllər hər üç istiqamətdən dairəyə daxil olan sürücülər, dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkət edirdilər. Səhər saatlarında Yeni Yasamaldan gələn avtomobillərin sayı çox olduğuna görə həmin yolda tıxac yaranırdı.
Muxalifet - 2-12-2019
“750 dollara aldığım maşına 7 min rüsum aldılar” - VİDEO
Son vaxtlar ölkəyə gətirilən avtomobillərin qiymətində artım müşahidə olunur. Bu isə paytaxtın avtomobil bazarlarında durğunluğa gətirib çıxarıb.
Muxalifet.az Baku.TV-yə istinadən xəbər verir ki, buna əsas səbəb kimi isə gömrük rüsumlarının yüksək olması göstərilir. Mütəmadi olaraq, gömrük postundan avtomobil keçirən şəxslər gətirdikləri avtomobilə görə həm ödənilən gömrük rüsümunun çox olduğunu, həm də rüsumdan əlavə pul alındığını deyirlər.
Muxalifet - 2-12-2019
Neft Fondunun yeni direktorunun qardaşları: Nazir müşaviri, Baş prokurorun müavini və SOCAR... - FOTOLAR
Xəbər verdiyimiz kimi, bu günlərdə prezident İlham Əliyev İsrafil Məmmədovu Dövlət Neft Fonduna yeni icraçı direktor təyin edib. Məmmədovlar ailəsinin üzvlərinin yüksək vəzifələrdə çalışması heç də İsrafil Məmmədovla yekunlaşmır. Belə ki, İ.Məmmədovun qardaşlarından biri Ukraynanın Baş prokurorunun müavini olan Gündüz Məmmədovdur. Kiçik qardaşları Elçin Məmmədov isə SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” şirkətinin baş direktorudur.
Muxalifet - 2-12-2019