Axtarış

The search found 105844 results in 0.035 seconds.

Search results

  1. Bütün proqnozları düz çıxan ekspertdən ŞOK XƏBƏRDARLIQ: Yeni böhran gəlir, ABŞ və Çin müharibəsi...

    İqtisadiyyat ilə bağlı açıqladığı əksər proqnozları özünü doğruldan dünyaca məşhur iqtisadçı ekspert Nouriel Roubini yeni açıqlamaları ilə diqqət çəkib. Ekspert "Anadolu Agentliyi"nə açıqlamasında ABŞ və İran arasında neftin qiymətini artıra biləcək gərginliyin olmadığını deyib. Ekspert qeyd edib ki, ABŞ və Çin arasında yaşanan ticarət müharibəsi və texnoloji gərginliklər, sərt "Breksit" ehtimalı və Yaxın Şərqdəki geosiyasi risklərin artmasından dolayı mərkəzi banklar tərəfindən genişləndirilən valyuta siyasəti qlobal maliyyə durumunu yüngülləşdirib, qlobal durğunluq riskini azaldıb.

    Muxalifet - 2-12-2019

  2. Toydan qayıdanlar qəzaya düşdü - YARALILAR VAR

    Yevlaxda avtomobil qəzası qeydə alınıb, xəsarət alanlar var.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndi yaxınlığında baş verib.

    "VAZ 2107" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar - Yevlax sakinləri, 1987-ci il təvəllüdlü Oqtay Talıbov, 1992-ci il təvəllüdlü Teymur İsmayılov və 1992-ci il təvəllüdlü Xəyal Hüseynov xəstəxanaya yerləşdirilib. Məlumata görə, avtomobildə olanlar toy məclisindən qayıdırmış.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 2-12-2019

  3. Yeni ildə 7 gün iş olmayacaq - QƏRAR

    Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar verib. Muxalifet.az xəbər verir ki, müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Muxalifet - 2-12-2019

  4. Sergey Lavrov Bakıda, İlham Əliyevlə görüşdə - "MEHRİBAN ƏLİYEVANIN SƏFƏRİNİN DAHA BİR MÜHÜM NƏTİCƏSİ BUDUR Kİ..."

    Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya ötən həftə anons edilən rəsmi səfəri başlayıb. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Lavrov Bakıda prezident İlham Əliyevlə görüşüb, Rusiya XİN onun görüşdəki giriş nitqinin stenoqramını bu dəqiqələrdə yayıb. Lavrov deyib ki, dost Azərbaycana növbəti səfəri zamanı prezidentlə görüşmək imkanına görə təşəkkür edir.

    Muxalifet - 2-12-2019

  5. Qaxda 30 yaşlı qadın itkin düşüb - FOTO

    Qax şəhər Üzeyir Hacıbəyov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Bahar Fidayıl qızı Cəmilova evdən çıxıb və geri qayıtmayıb. Muxalifet.az xəbər verir ki, bu barədə B.Cəmilovanın həyat yoldaşı Şəmil Cəmilov məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşı bugün günorta saatlarında ikinci sinifdə oxuyan övladını məktəbdən gətirmək üçün evdən çıxıb və geri qayıtmayıb. Anasının gəlmədiyini görən övladı isə məktəbdən özü evə gəlib. B.Cəmilova evdən çıxarkən əynində yaşıl rəngli gödəkcə, ayağında isə idman ayaqqabısı olub.

    Muxalifet - 2-12-2019

  6. İranda “quş qripi”ndən 37 nəfər ölüb

    İranda “quş qripi” (H1N1) 37 nəfərin ölümünə səbəb olub.

    APA-nın Tehran bürosunun məlumatına görə, İran Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, bu il “quş qripi” ölkədə çox geniş formada yayılıb.

    İlin əvvəlindən indiyədək "quş qripi"ndən 37 nəfər ölüb, çox sayda insan xəstəxanaya yerləşdirilib.

    Kohgiluyə və Boyer-Əhməd, Gülüstan, Mazandaran, Kirman və Xuzistan əyalətlərində bu virusa yoluxanların sayı digər əyalətlərə nisbətən daha çoxdur.

    Xəstəxanalarda “quş qripi”nə yoluxan insanlar üçün xüsusi palatalar ayrılıb.

    Muxalifet - 2-12-2019

  7. "Qarabağa qayıtdıqda Bakı ilə əlaqə saxlamaq istədim, lakin..." - ERMƏNİ JURNALİST KİMDƏN NARAZIDIR...

    Xəbər verdiyimiz kimi, noyabrın 17-21-də Ermənistan jurnalistləri Azərbaycana, azərbaycanlı jurnalistlər də qarşılıqlı şəkildə Ermənsitana səfər ediblər. Erməni KİV-lərinin yazdıqlarından aydın olur ki, səfər Rusiya XİN başçısı Lavrov tərəfindən "Ermənistan, qondarma “DQR” və Azərbaycan jurnalistlərinin tədbiri" kimi planlaşdırılıb. Lavrovun təşkil etdiyi iddia olunan bu səfərin dövlətimizə qarşı nə qədər təxribat xarakter daşıdığını göstərmək üçün Bakıya gələn erməni jurnalistin dediklərinə diqqət edək. Hansı ki, bu jurnalist Lavrovdan ilham alıb, bizi “dırnaqarası” belə, adlandıra bilir.

    Muxalifet4 - 2-12-2019

  8. Milli Məclisin sabahkı iclasının gündəliyi AÇIQLANDI

    Sabah Milli Məclis növbəti plenar icasını keçirəcək.

    Bu barədə Modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

    Onun sözlərinə görə, iclasın gündəliyinə 15 məsələ daxildir.

    Gündəlikdə Ailə, Mülki Prosessual Əmək Məcəllələrinə, o cümlədən “Uşaq hüquqları haqqında”, "İcbari sığortalar haqqında”, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və s. qanunlarla dəyişiklik layihələri müzakirə olunacaq.

    Qeyd edək ki, sabah Milli Məclisin sonuncu plenar iclası ola bilər. 

    Muxalifet - 2-12-2019

  9. Kreml Krımla bağlı mübahisələrə SON QOYDU

    Rusiya rəhbərliyi Krım məsələsini Ukrayna ilə istənilən formatda müzakirə etməyin mümkün olmadığını düşünür.

    Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov bildirib.

    Peskov bildirib ki, Normand formatında keçiriləcək görüşdə Ukrayna Prezidenti Vladimir Zelenski Krım məsələsini qaldırarsa, buna reaksiya verilməyəcək:

    "Krım məsələsini heç bir şəkildə müzakirə etmək mümkün deyil. Bu, dəfələrlə müxtəlif səviyyələrdə bəyan edilib. Buna görə bu məsələnin gündəmə hansı formatda qoyulmasının əhəmiyyəti yoxdur".

    Muxalifet - 2-12-2019

  10. ERMƏNİLƏR GÜRCÜ TORPAQLARINI QARIŞ-QARIŞ ƏLƏ KEÇİRİR - Abxaziya da Ermənistana "daxil edildi"

    "Separatçı Abxaziyada çox tez-tez erməni bayramları keçirilirdi. Noyabrın 7-də ermənilərin tam məskunlaşdığı, amma bir vaxtlar gürcü kəndi olmuş Tavisuplebada "Amshen" bayramı da təmtaraqlı şəkildə  keçirildi. Ancaq bir ay belə keçmədi, burada yeni bir erməni bayramı başladı. Bu dəfə  1 dekabr 2019-cu ildə Qudauta rayonunun Mtsara kəndində Türkiyədən gələn erməni mühacirlərinin məskunlaşmasının ildönümü qeyd olundu".
    Muxalifet.az bu haqda "Sputnik Abxaziya"ya istinadən xəbər verir. 

    Muxalifet4 - 2-12-2019

  11. Jirinovski illər sonra etiraf etdi - "Narkotik çəkmişəm"

    “Cavanlıqda narkotikdən istifadə etmişəm. Nəsə turş dadı var idi, amma onun aludəçisi olmadım”. Muxalifet.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski Dövlət Dumasının “İnternetdə narkotiklərin təbliği və yayılması təhlükəsi” mövzusunda keçirilən iclasda deyib. O bildirib ki, ona narkotik maddəni yaşca ondan böyük olan dostları təklif edib və nə olduğunu belə bilməyib: Jirinovski narkotik alverçilərini ölkənin ucqar regionlarına göndərməyi təklif edib.//Teleqraf

    Muxalifet - 2-12-2019

  12. Nazirlə Spikerin müəmmalı tender oyunu - Araş Medical Company MMC 250 milyon manatdan çox dövlət satınalması əldə edib

    "Milli Məclisin sədri Oqtay Əsədov nəinki spiker, bəlkə də bir daha deputat seçilməyəcək. Amma onun nazir adaşı Oqtay Şirəliyevlə birgə tamah ucbatından Azərbaycan səhiyyəsinə vurduğu zərəri illərlə kompensasiya etmək mümkün olmayacaq." Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli facebook səhifəsində paylaşıb. Sonra araşdırmaçı jurnalist Cavanşir Həsənli bildiri ki, səhiyyədə monopoliya təkcə böyük pullar demək deyil, həm də minlərlə, on minlərlə insanın həyatı deməkdir: "Aşağıda hövsələnizi daraldacaq, yəqin ki, heç sonuna qədər gedib çıxa bilməzəcəyiniz upuzun bir siyahı təqdim edirəm.

    Muxalifet - 2-12-2019

  13. SON DƏQİQƏ: "Azərbaycan KTMT-yə və Avrasiya iqtisadi birliyinə QOŞULUR" -rus politoloqdan ŞOK BƏYANAT

    Azərbaycan üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyinin qapıları bağlı deyil.
    Muxalifet.az xəbər verir ki, bu haqda dekabrın 2-də “News.am” saytının müxbiri ilə söhbətində, politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov bəyan edib.
    Onun sözlərinə görə, buna yalnız Ermənistan qarşı çıxa bilər, ancaq son zamanlar Ermənistan-Azərbaycan münaqişəsində daha çox artan bəzi pərdəarxası razılaşmalar nəticəsində bəzi məsələlərə dair ümumi danışıq masasında oturmaq mümkündür.

    Muxalifet3 - 3-12-2019

  14. Bakıda marşrut avtobusu qəzaya uğradı - FOTO

    Bakı-Sumqayıt yolunda qəza baş verib. Trend-in məlumatına görə, hadisə Bakı-Quba yolunun Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Bakı istiqamətində hərəkətdə olan “Toyota” markalı 50 DP 566 dövlət nömrə nişanlı avtomobillə 135 nömrəli müntəzəm xətt marşurutu ilə hərəkət edən sərnişin avtobusu toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, Bakı-Sumqayıt yolunda tıxac yaranıb.

    Muxalifet - 3-12-2019

  15. Nazirliklə sahibkar arasında 322 minlik borc QALMAQALI

    Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi (RNYTN) “Azər-Rabitə” MMC-yə olan 322 min manat borcunu vermir. Bu barədə Yenisabah.az-a MMC-nin direktoru, rabitə mühəndisi Fikrət Fərzəliyev bildirib. Onun sözlərinə görə, 2013-cü ildə “Aztelekom” MMC-yə dəvət olunub. Qurumun texniki direktoru Zahir Vəliyev Fikrət Fərzəliyevə bildirib ki, ölkənin şəhər və rayonlarında əhalinin sosial problemlərinin həlli üçün nəzərdə tutulmuş proqrama əsasən elektron ATS-lərin (EATS) xətt qurğularının tikintisi aparılmalıdır.

    Muxalifet - 3-12-2019

  16. Paşinyan Qarabağa gəldi, Azərbaycan təlimlərə başladı, düşmən itki verdi...

    Ermənistanın siyasi-hərbi rəhbərliyi işğal altındakı ərazilərimizdə ikən ordumuz növbəti hərbi təlimlərə başladı; bu təlimlər hər an real əməliyyatlara keçə bilər, əgər...; rusiyalı tanınmış ekspert: “Azərbaycan Qarabağı qaytarmaq istəsə, Rusiya qarışmayacaq...” Son günlər Ermənistandan işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfərlərin sayı artıb. Belə ki, öncə baş nazir Nikol Paşinyan noyabrın 30-dan dekabrın 2-dək Xankəndində olub. Azərbaycan ərazilərində o, təmas xəttinə, erməni ordusunun mövqelərinə baş çəkib.

    Muxalifet - 3-12-2019

  17. Türkiyənin Ermənistana qarşı hərbi əməliyyatlar planı - "QƏRİBƏ BU OLARDI Kİ, BELƏ PLAN OLMASIN..."

    Türkiyə Silahlı Qüvvələrinin Ermənistana qarşı “Altay” kod adlı irimiqyaslı hərbi əməliyyatlar planının mövcud olması barədə İsveçdə mənzillənmiş “Nordic Monitor” saytında yayılmış sənədlər İrəvanda təşvişə səbəb olub.
    Xarici işlər naziri Zöhrab Mnatsakanyan ötən gün iordaniyalı həmkarı Ayman əs-Safadi ilə İrəvanda keçirdiyi brifinqdə deyib ki, Ermənistan hakimiyyəti Türkiyənin hərbi əməliyyatlar planı ilə bağlı qalmaqallı məqalə ətrafında situasiyanı diqqətlə izləyir.

    Muxalifet - 3-12-2019

  18. Türkiyə ordusu Suriyada iki şəhid verib

    Suriyada aparılan antiterror əməliyyatları zamanı Türkiyə ordusunun iki əsgəri şəhid olub.

    Muxalifet.az-ın xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

    Məlumata əsasən, əsgərlərdən biri “Sülh çeşməsi”, digəri isə “Pəncə-3” antiterror əməliyyatlarının aparıldığı bölgələrdə terrorçular tərəfindən vurulub. Bir əsgər də yaralı halda xəstəxanaya çatdırılıb.

    Hadisə zamanı terror qruplaşmalarına aid hədəflər məhv edilib.

    Muxalifet - 3-12-2019

  19. İsrail ərazisini genişləndirmək niyyətindədir – Tramp xeyir-dua verib...

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netenyahu ilə telefon danışığı aparıb. Söhbət zamanı liderlər Təl-Əvivin İordan çayının qərb sahilindəki mübahisəli ərazilərin «yenidən fəth» elilməsi planını müzakirə ediblər.

    Netenyahunun sözlərinə görə, Ağ Evin başçısı «İordan dərəsinin İsrailin tanınmış şərq sərhədi elan olunması» ideyasını dəstəkləyib.

    Muxalifet - 3-12-2019

  20. Bakıda yaşayış binasında DƏHŞƏTLİ HADİSƏ - Liftin şaxtasına...

    Bakı şəhər Binəqədi rayonu 8-ci mikrorayon ərazisində tikilən çoxmərtəbəli binada bədbəxt hadisə baş verib.
    Muxalifet.az
    publika.az-a istinadən xəbər verir ki, Naxçıvani küçəsi 103 ünvanında yerləşən "Naxçıvan Residence" yaşayış binasında qarovulçu işləyən Qurbanov Canpolad Xəlil oğlu yuxarı mərtəbədən liftin şaxtasına yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
    Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

    Muxalifet - 3-12-2019

Pages