Axtarış
The search found 105844 results in 0.037 seconds.
Search results
SON DƏQİQƏ: Prezidentdən SOCAR rəhbərliyinə yeni TƏYİNAT - FOTO
“Azneft” İstehsalat Birliyində kadr dəyişikliyi olub. Muxalifet.az Modern.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub. D.İskəndərov göstərilən böyük etimada görə, Prezidentə dərin minnətdarlığını bildirib.
Muxalifet - 3-12-2019
Bu gün Milli Məclisin sonuncu plenar iclası keçiriləcək – Gündəliyə hansı məsələlər daxildir?
Bu gün Milli Məclisin (MM) son plenar iclası keçiriləcək.
Muxalifet.az xəbər verir ki, iclasın gündəliyinə 15 məsələnin müzakirəsi daxil edilib.Həmin məsələlər bunlardır:
Muxalifet - 3-12-2019
Vilayət Eyvazovdan daha bir TƏYİNAT
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Muxalifet.az-ın Oxu.az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Şahlar Cəfərov Tovuz Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Tovuz RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Elçin Əsgərov rayonun Regional Mühafizə İdarəsinə rəis təyin edilib.Muxalifet - 3-12-2019
“Abşeron Construction”un qarovulçusu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
Bakıda şirkət binasının qarovulçusu lift şaxtasına düşərək ölüb.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, hadisə dekabrın 2-də paytaxtın Binəqədi rayon ərazisində baş verib.
Belə ki, Canpolad Qurbanov qarovulçu qismində işlədiyi “Abşeron Construction” inşaat şirkətinə məxsus Naxçıvani küçəsi 103 ünvanında yerləşən “Nakhchivani Residence” binasında lift şaxtasına düşməsi nəticəsində vəfat edib.
Muxalifet - 3-12-2019
Prezidentin yüksək vəzifə verdiyi Daşqın İskəndərov kimdir? - DOSYE
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub. Daşqın İskəndərovun tərcümeyi-halını təqdim edirik: Daşqın İskəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olub.
Muxalifet - 3-12-2019
500 min sənədsiz evlə bağlı Bakı Şəhəri İcra Hakimiyyətindən AÇIQLAMA
“Sənədsiz evlər ilə bağlı yaradılmış komissiyalar öz işini davam etdirirlər”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında Bakı Şəhəri İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib. O bildirib ki, komissiyalar tərəfindən hər rayon üzrə aidiyyəti ərazilərə dair araşdırmalar aparılır:
“Komissiyaların işləri yekunlaşdıqdan sonra bizə məlumat veriləcək və tərəfimizdən lazımi işlərə başlanılacaq”.
Muxalifet - 3-12-2019
Məşhurların əsl adları belə imiş - Renka, Orxan, Fazlı... - SİYAHI
Çox zaman sənətçinin, kino aktyorunun əsl adlarını eşidəndə təəccüblənirik. Çünki onların bəzilərinin, əsl adları səhnə adları ilə üst-üstə düşmür.
Muxalifet - 3-12-2019
Nazirlik: Prezidentin son sərəncamı sosial müdafiə sahəsinə xüsusi qayğının növbəti təzahürüdür
Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamı ölkədə sosial müdafiə və tibbi-sosial reabilitasiya əhəmiyyətli müəssisələr şəbəkəsinin genişləndirilməsinə və bu sahədə müasir tələblərə uyğun infrastrukturun qurulmasına xüsusi qayğının növbəti təzahürüdür. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Muxalifet - 3-12-2019
Sərvət uduzan məşhur qumara necə başladığını AÇIQLADI
Məşhur müğənni Serdar Ortaç qumara necə başlamasına dair açıqlamalar verib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni ilk dəfə 1997-ci ildə at yarışlarına pul qoyduğunu və beləliklə qumara “dadandığını” etiraf edib.
“Orkestrdən Fuad adlı bir dostum var idi, mənə at yarışlarını öyrətdi. Həmişə sonda qalırdım. Sonra atlardan qumar oyunlarına keçdim. Əvvəlcə rulet, sonra poker öyrəndim”.Muxalifet - 3-12-2019
Türkiyə millisinin Bakıda keçiriləcək oyunlarına bilet satışı BU TARİXDƏN başlayır
UEFA AVRO-2020-nin ümumi bilet satışına dekabrın 4-dən başlayacaq.
Biletlərin hamısı Avropa futbol qurumu tərəfindən satılacaq. İyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə yığmaları arasında keçiriləcək açılış oyununu canlı izləmək istəyənlər ən azı 50 avro ödəyəcək. Türkiyə millisinin azarkeşlərinə 24 min bilet veriləcək. Lakin İtaliya vətəndaşı olan və Avropa ölkələrində yaşayan çoxlu sayda türkün də "ay-ulduzlular"a dəstək verəcəyi gözlənilir.Muxalifet - 3-12-2019
Azərbaycan DSX İran və Rusiya gəmiçilərini XİLAS ETDİ
Dövlət Sərhəd Xidməti tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi tədbirləri davam etdirilir.
Muxalifet - 3-12-2019
DİQQƏT: Bu marşrutda gediş haqqı ARTIRILDI
Bakı Nəqliyyat Agentliyi (BNA) dekabrın 1-dən 125 saylı marşrutda gediş qiymətinin 35 qəpikdən 40 qəpiyə qaldırılmasına aydınlıq gətirib. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Tarif Şurasının qiymət tənzimlənməsi ilə bağlı son qərarından sonra 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqı 28 May-Lökbatan dairəsinədək 40 qəpik müəyyən edilmişdi.
Muxalifet - 3-12-2019
XƏBƏRİNİZ OLSUN - Bazar günü iş günü elan edildi
Xəbər verdiyimiz kimi, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar verib. Baş Nazir Əli Əsədov isə müvafiq qərarı imzalayıb.
Qərara əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.
Bu, qərar sadə izahını oxucularımıza təqdim edirik.Muxalifet - 3-12-2019
DAHA İKİ TƏLƏBƏ QIZ XƏSTƏXANAYA APARILDI - BDU-nun yataqxanasında nə baş verir...
Bakı Dövlət Universitetinin yataqxanasında daha iki tələbənin vəziyyəti pisləşib. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, tələbələrlə bağlı təcili yardıma səhər saat 08.15- də məlumat daxil olub. Yasamal rayonu, Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (Mədə soyuqlaması, ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Klinik Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub.
Muxalifet - 3-12-2019
Bakıda dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Bakının Binəqədi rayonunda, Ziya Bünyadov prospektində baş verən ağır yol nəqliyyat hadisəsinin görüntüsü yayılıb.
Muxalifet.az xəbər verir ki, qəza nəticəsində "BMW" və "Opel" markalı avtomobillər toqquşub və nəticədə 6 nəfər xəsarət alıb.
Hadisə yerindən görüntünü təqdim edirik://unikal
Muxalifet - 3-12-2019
Səadət Yusifova yüksək vəzifəyə təyin edildi
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub. Muxalifet.az xəbər verir ki, bu vəzifəyə Səadət Yusifova təyin edilib. Qeyd edək ki, son struktur islahatlarına qədər S.Yusifova Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri olub. Prezident Administrasiyasının yeni strukturu formalaşdırılarkən bu şöbə ləğv edilib. /APA
Muxalifet - 3-12-2019
YAPONUN OĞLU HAKİM QARŞISINDA - adam öldürməkdə suçlanır
Sumqayıtda Fövqəladə Hallar Nazirliyinin əməkdaşını qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb. Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən İbrahimov Şəmsəddin Yapon oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Qətl hadisəsi bu ilin may ayında baş verib.
Muxalifet - 3-12-2019
Yakob Meriin: “Bitməyən əzab” sənədli filmində əsir və girov götürülmüş şahidlərin söylədikləri dəhşətdir
Avropa xalqları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrdən birtərəfli xəbərdar olmamalıdır, onlar hər iki tərəfi dinləməlidirlər. Filmdə əsir və girov götürülmüş şahidlərin söylədikləri dəhşətdir. Qadınlara, uşaqlara verilən bu işgəncələr dözülməz və qəbuledilməzdir.
Bu fikri Rotterdamda “Bitməyən əzab” sənədli filminin təqdimatından sonra Yakob Meriin AZƏRTAC-a müsahibəsində söyləyib.
Bildirib ki, filmdə mülki insanların ağla gəlməyəcək dəhşətlərlə üzləşdiyini görüb və çox mütəəssir olub.Muxalifet - 3-12-2019
Azərbaycanda NÖVBƏTİ BİABIRÇILIQ: Ailəli qadın üç uşaq atasına qoşulub qaçdı
Ötən gün Qax rayonunda itkin düşən 1989-cu il təvəllüdlü Bahar Fidayıl qızı Cəmilova tapılıb.
Ailəli olan Bahar Cəmilova ailə qurmaq məqsədi ilə Oğuz rayonu Kərimli kəndində yaşayan kişiyə könüllü olaraq qoşulub qaçıb.
B.Cəmilova bu barədə atasına zəng edərək öz istəyi ilə getdiyini deyib.
B.Cəmilovanın qoşulub qaçdığı kişinin 3 uşağı var.
Xatırladaq ki, Qax şəhər Üzeyir Hacıbəyov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Bahar Fidayıl qızı Cəmilova evdən çıxıb və geri qayıtmayıb. B.Cəmilova evlidir, 1 övladı var. //report
Muxalifet - 3-12-2019
Kəmaləddin Heydərov hardadır? - Görüşlərin heç birinə getməyib
Xəbər verdiyimiz kimi, Bakıda Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus olan "LİBRAFF" mağazalar şəbəkəsinin bir-neçə şöbəsi bağlanıb. Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, "LİBRAFF" mağazalar şəbəkəsinin rəhbəri Cəlalə Nəzəroğlu öz feyzbuk səhifəsində bu barədə yazıb. Cəlalə Nəzəroğlu yazıb ki, mağazlar şəbəkəsinin "Bravo" supermarketlərində yerləşən filialları bağlanıb.
Muxalifet - 3-12-2019