Axtarış
The search found 105844 results in 0.082 seconds.
Search results
Milli Məclisin SON İCLASI başladı - YENİLƏNİR
Milli Məclisin sonuncu plenar iclası başlayıb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, iclası parlamentin sədri Oqtay Əsədov aparır. *** Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Parlamentin iclasının gündəliyinə 15 məsələ daxildir. Həmin məsələlər bunlardır: 1. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş) 2.
Muxalifet - 3-12-2019
ABŞ Fransanı 2,4 milyard dollarlıq məhsullara rüsum tətbiq edəcəyi ilə hədələyib
Fransanın ABŞ şirkətləri ilə bağlı vergi tətbiq etməsinə cavab olaraq Birləşmiş Ştatlar təxminən 2,4 milyard dollar məbləğində fransız mallarına rüsum tətbiq edə bilər.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsinin bəyanatında deyilir.Muxalifet3 - 3-12-2019
QONŞU ÖLKƏ “AYRI METODLARA” ƏL ATIR - “Hətta dost ölkələr də bizdən neft almağa qorxur...”
İran vise-prezidenti Eshaq Cahangiri deyib ki, hətta dost ölkələr də ABŞ sanksiyalarının qorxusundan İrandan neft almağı dayandırıb. Amma o əlavə edib ki, İran təzyiqlərə baxmayaraq müəyyən qədər neft sata bilir. Lakin vise-prezident neftin hansı ölkələrə satıldığını deməyib. Azadlıq Radiosunun Fars xidməti bildirir ki, Cahangiri İranın öz neftini satmaq üçün müxtəlif vasitələrdən istifadə etdiyini deyib: "Düşmən bizim neft ixracatımızı sıfra endirə bilməyib, amma onların təzyiqi altında hətta bizə dost ölkələr, bu vaxtadək bizə ən yaxın olmuş ölkələr də İrandan neft almağa cəsarət etmir.
Muxalifet - 3-12-2019
Azərbaycanda iki qanun ləğv edildi
Azərbaycanda iki qanun ləğv edilib.
Muxalifet.az xəbər verir ki, “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların ləğv edilməsi barədə qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb.
Muxalifet - 3-12-2019
Prezidentin yüksək vəzifə verdiyi Səadət Yusifova kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub. Bu vəzifəyə Səadət Yusifova təyin edilib. Muxalifet.az xəbər verir ki, 1974-cü ildə anadan olan Yusifova Səadət Vidadi qızı buna qədər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. Bir neçə gün əvvəl - noyabrın 29-da Prezident Administrasiyasında ləğv edilən şöbələrdən biri də Strateji araşdırma və planlaşdırma şöbəsi oldu.
Muxalifet - 3-12-2019
Bakıda bu qəsəbə plana düşüb? - SİYAHIYAALMA BAŞLADI
Bakının Nərimanov rayonunda yerləşən Böyükşor qəsəbəsində evlərin siyahıya alınmasına başlanıb. Muxalifet.az redaktor.az-a istinadən xəbər verir ki, sakinlər bu ərazidə yerləşən evlərin söküləcəyini, yeni metro stansiyası tikiləcəyini iddia ediblər. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "Dərnəgül"dən sonra üç stansiya inşa olunacaq ki, onlardan biri "Y1" adlandırdığımız stansiyadır. Bu stansiya "Koroğlu"ya yaxın ərazidə yerləşəcək. Yəni, Böyükşor qəsəbəsinin yaxınlığında olacaq.
Muxalifet - 3-12-2019
Milli Məclis “Tibbi sığorta haqqında” qanuna dəyişiklikləri qəbul etdi
Milli Məclis “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edib.
Muxalifet.az xəbər verir ki, dəyişiklik barədə Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
O qeyd edib ki, 2020-ci ilin yanvarın 1-dən dövlət tərəfindən bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur.
Muxalifet - 3-12-2019
"ABŞ-la İran arasında gizli danışıqlar prosesi gedir" - POLİTOLOQDAN SENSASİON AÇIQLAMA
Bu ilin yanvar ayında İngiltərə, Fransa və Almaniya (E3) İranla ticarəti asanlaşdırmaq, Avropa şirkətlərini ABŞ-ın sanksiyalarından qorumaq məqsədilə maliyyə tranzaksiyaları mexanizmini (İNSTEX) qurub. İran da öz növbəsində, Avropa ilə əməliyyatlar aparmaq üçün analoji kanal açıb. ABŞ isə Avropa Birliyi ölkələrinin bu addımına etiraz edib və onu pisləyib. Lakin buna baxmayaraq, Belçika, Danimarka, Finlandiya, Hollandiya, Norveç və İsveç də bugünlərdə İNSTEX-ə qatılıb.
Muxalifet - 3-12-2019
ATƏT Füzulidə monitorinq keçirəcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 4-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.Muxalifet - 3-12-2019
Bu şəxslər xarici dil üzrə qəbul imtahanından azad ediləcək - NAZİR AÇIQLADI
"Bu ilin oktyabrında "Doktoranturaların yaradılması və doktoranturaya qəbul" qaydalarında dəyişikliklər edilib".
Muxalifet.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.Muxalifet - 3-12-2019
Azərbaycanda daha 5 tələbə zəhərləndi
Qazaxda zəhərlənmə hadisəsi baş verib.
Rayonda fəaliyyət göstərən Qazax Dövlət Sosial-İqtisadi Kollecininin 5 tələbəsi 19 yaşlı Əfsanə Səfərəli, Güləndam Həsənova, Xavər Məmmədova, Arzu Əlizadə, Mahizər Süleymanova zəhərlənmə diaqnozu ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Onlara yardım göstərilib vəziyyətləri kafi qiymətləndirilir.
Tələbələrin qaz sobasının tüstüsündən zəhərləndiyi ehtimal edilir.//qafqazinfoMuxalifet - 3-12-2019
Prezident türkiyəli naziri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Muxalifet - 3-12-2019
"NATO Türkiyədən üz döndərə bilməz" - sabiq NATO baş katibi bəyanat verdi
NATO sabiq Baş Katibi Anders Fogh Rasmussen, alyansın 70-ci ildönümü ərəfəsində İngilis nəşri “The Times”a açıqlama verdi. Muxalifet.az bu barədə "Hürriyet"ə istinadla xəbər verir. Anders Fogh Rasmussen, NATO-da tarixdə ən çox indi siyasi fikir ayrılıqlarının olduğunu bildirdi. ABŞ prezidenti Donald Trampın NATO-ya üzv olan bəzi ölkələrin ittifaqa kifayət qədər maddi yardım etmədiyi barədə açıqlamalarına toxunan Anders Fogh Rasmussen, ABŞ-ın NATO-ya üzv olan ölkələrin öhdəçiliyinə dair şübhə yaratdığını söylədi.
Muxalifet3 - 3-12-2019
GÖMRÜK KOMİTƏSİ LƏĞV OLUNA BİLƏR - Səfər Mehdiyevdən narazıların sayı artır
Prezident İlham Əliyev Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edərkən ölkəmizin hər yerində islahatlar aparıldığına diqqət çəkərək, yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturunun təsdiq olunacağını vurğuladı. Bu isə Nazirlər Kabinetində ciddi struktur islahatların olacağı anlamına gəlir. Ölkənin işgüzar dairələrində ümid edirlər ki, yeni struktur islahatlar Dövlət Gömürk Komitəsindən də yan keçməyəcək. İş adamlarının bu istəyi sadə vətəndaşlara da sirayət etməkdədir.
Muxalifet4 - 3-12-2019
Azərbaycanda toy günü gəlinin DƏHŞƏTLİ SİRRİNİN ÜSTÜ AÇILDI: Demə, bəyin dostu ilə...
Lerik rayonunda dostunun nişanlısına təcavüz etməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Rasif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, Rasif Ağayev 2015-ci ilin iyulun ortalarında, gecə saat 1 radələrində həmkəndlisi, 2000-ci il təvəllüdlü Səbinə Vəliyeva (ad və soyad şərti verilib – red.) ilə cinsi əlaqədə olub. O, həmin gün Səbinə Vəliyevanın nişanlısı Samir Babayevə məxsus evin həyətinə gəlib. Orada Rasif Ağayev Səbinə Vəliyevanı görüb. Rasif Ağayev Səbinə ilə cinsi əlaqədə olmaq istədiyini deyib.
Muxalifet - 3-12-2019
“Təlxəkləri bizə şəxsi nümunə kimi göstərirlər” - RÜSTƏM BEHRUDİ
“Azərbaycan xalqının başına gələn bütün fəlakətlərin səbəkarı Rusiya imperiyasıdır” Son vaxtlar Azərbaycanda milli-mənəvi dəyərlərimiz aşınmaya məruz qoyulub. Burada isə əksər televiziya kanalları başda olmaqla, çap mətbuatı və saytların, eləcə də sosial şəbəkələrin rolu az deyil. Hansı ki, insanlar bu şəbəkələrin imkanlarından yararlanaraq bir-birini aşağılayır, təhqir edir, söyüş söyür, hətta dəyərli ziyalılara, siyasətçilərə, dövlət məmurlarına qarşı da qaralama kampaniyası aparılır.
Muxalifet4 - 3-12-2019
Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI: temperatur kəskin dəyişəcək və 6 dekabradək...
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Muxalifet.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.
Muxalifet - 3-12-2019
Tramp Livanı İrandan qopartmaq üçün ona yardım verəcək
ABŞ administrasiyası, oktyabrda Livana yönəlmiş hərbi yardımı təxirə salsa da, 105 milyon dollarlıq hərbi-müdafiə xarakterli yardımını yenidən işə salmaq qərarı verdi.
ABŞ Konqresisində bəzi rəsmilərin verdiyi məlumata görə, Tramp administrasiyası bu qərar barədə Konqress üzvlərini məlumatlandırdı. Bildirilir ki, oktyabr ayında bu yardımın kəsilməsi açıqlansa da, səbəb haqda məlumat verilməmişdi.Muxalifet3 - 3-12-2019
Beyləqana polis rəisi təyin edildi – Paytaxt polisinin idarə rəisi isə təqaüdə göndərildi
Daxili İşlər Nazirliyində kadr islahatları davam edir. Muxalifet.az strateq.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Rüstəm Cəfərov Beyləqan rayon Polis Şöbəsinin rəisi təyin olunub. Xatırladaq ki, Beyləqanın əvvəlki rəisi Rəşid Piriyev bu ilin oktyabr ayında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Muxalifet - 3-12-2019
"Belə məsələləri şişirtmək lazım deyil" - BDU rektoru tələbələrin zəhərlənməsi haqda
'Hadisə yataqxana ilə bağlı deyil, tələbələrin kirayə qaldıqları evdə baş verib''. Muxalifet.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev səhər saatlarında Kliniki Tibbi Mərkəzə aparılan iki tələbənin durumuna münasibət bildirərkən deyib. Rektor hesab edir ki, belə məsələləri şişirtmək lazım deyil: ''Çünki bu hamıya psixoloji təsir göstərir. Onlardan biri bizim, digəri isə başqa universitetin tələbəsidir''. E.Babayev noyabrın 21-də BDU-nun yataqxanasında baş verən hadisə ilə bağlı yayıln məlumatlara da aydınlıq gətirib.
Muxalifet - 3-12-2019