Axtarış

The search found 105844 results in 0.076 seconds.

Search results

  1. "Azərbaycanda rus dilinin inkişafı və tədrisi üçün minnətdarıq" - Lavrov

    "Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə çox zəngin və ətraflı söhbət etdik. Prezidentlərimizin münasibətlərimizi belə səviyyədə müəyyənləşdirməsi çox yaxşıdır". Muxalifet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda Moskvaya etdiyi səfər səmərəli olub. "Hökumətlərarası iqtisadi komissiyanın işi müzakirə edildi.

    Muxalifet - 3-12-2019

  2. Mədət Quliyevin yeni iş otağından İLK FOTOSU

    Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyevin iş otağından yeni fotosu yayılıb. Muxalifet.az xəbər verir ki, fotonu nazirliyin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov feyzbuk hesabında paylaşıb. Qeyd edək ki, Mədət Quliyev bu vəzifəyə 2019-cu ilin iyununda təyin olunub.

    Muxalifet - 3-12-2019

  3. Azərbaycanda yeni medal təsis edildi

    Azərbaycanda yeni medal təsis edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

    Layihəyə əsasən, “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis ediləcək.

    Muxalifet - 3-12-2019

  4. Ərdoğan Rusiya ilə NATO arasında SEÇİM ETDİ - TARİXİ ÇIXIŞ

    "Türkiyənin Rusiya ilə olan münasibətləri NATO ilə əlaqələrə alternativ deyil". Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan deyib: "NATO-nun Londonda keçiriləcək sammitində Çinlə Rusiya münasibətlərinin gündəmdə olacağı gözlənilir. Biz Çinlə anlaşmaya əsaslanan danışıqların tərəfdarıyıq. Rusiya beynəlxalq arenada əsas tərəfdaşlardan biridir. Lakin onunla və digər ölkələrlə olan münasibətlər müttəfiqlərlə əlaqələrimizə alternativ deyil, onun tamamlanmasıdır".

    Muxalifet - 3-12-2019

  5. İrəvanda rus diplomatı Aleksandr Qriboyedovun heykəli qırmızı rəngə boyadıldı

    Irəvanda Qriboyedovun heykəli qırmızı rənglə boyadılıb. “Tseqakron” radikal hərəkatının liderinin oğlu Şaqen Arutunyan rus diplomatı Aleksandr Qriboyedovun heykəlini qırmızı rənglə boyadığını etiraf edib və polis tərəfindən həbs edilib.
    Muxalifet.az 
    bu barədə "armenianreport" saytına istinadla bildirir.

    Muxalifet3 - 3-12-2019

  6. İbrahimoviç "Milan"a qayıdır - Qərarını verdi

    Bu ayın sonu "Los-Anceles Qelaksi"dən ayrılacaq Zlatan İbrahimoviçin yeni klubu müəyyənləşmək üzrədir.

    Qol.az "The Telegraph"a istinadən yaydığı xəbərə görə, 38 yaşlı hücumçu karyerasını "Milan"da davam etdirməyə yaxındır. İsveçli oyunçu uzun müddət düşündükdən sonra sabiq klubuna qayıtmağa qərar verib. Artıq bununla bağlı tərəflər arasında razılıq əldə olunub.

    Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illərdə də "Milan"da oynayıb.

    Muxalifet - 3-12-2019

  7. Prezident daha bir yüksək vəzifəli şəxsi işdən çıxardı - SƏRƏNCAM

    Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov vəzifəsindən azad olunub. Muxalifet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Vəli Allahverdi oğlu Hüseynov Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsindən azad edilib. Ali Attestasiya Komissiyasından "Report"a fakt təsdiqlənib. Qeyd edək ki, V.Hüseynov 2010-cu ildən bu vəzifədə çalışırdı.

    Muxalifet - 3-12-2019

  8. Trampdan kritik Türkiyə AÇIQLAMASI: "Ərdoğanla görüşmək istəyirəm, qırıcıları onlara verməsək..."

    “Rəcəb Tayyib Ərdoğan ilə görüşə bilərəm”.
    Muxalifet.az
    publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

    Muxalifet - 3-12-2019

  9. Lavrov və Məmmədyarovun Qarabağ bəyanatları - KOMPROMİS İMKANLARI VƏ TƏHLÜKƏSİZLİK MƏSƏLƏSİ HAQDA...

    “Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması  məsələsində kompromis imkanı olduğunu anlayırıq. Bu, çox uzun müddətdir davam edən münaqişədir, MDB məkanında ən uzunmüddətli münaqişələrdən biridir".

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi brifinqdə belə deyib.  Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə tam töhfə verəcək. "Ümid edirik ki, nəticələr olacaq", - rusiyalı nazir vurğulayıb.

    Muxalifet - 3-12-2019

  10. Deputatların xarici səfərləri ləğv olundu

    Milli Məclis deputatlarının xarici səfərləri ləğv olunub.

    Muxalifet.az report-a istinadn xəbər verir ki, buna səbəb parlamentin buraxılması ilə bağlı gözləntilərin böyük olmasıdır. 

    ATƏT Parlament Assambleyasının sabah Slovakiyada keçirilməsi nəzərdə tutulan büro iclasında və ATƏT-in Nazirlər Şurasının iclasında da Azərbaycandan olan nümayəndə heyəti iştirak etməyəcək. Həmin iclasda Milli Məclisin iki deputatının iştirakı nəzərdə tutulurdu.

    Muxalifet - 3-12-2019

  11. Tramp Londonda Makronun bəyanatını "çox ayıb" və "iyrənc" adlandırdı

    NATO-nun London zirvəsindən əvvəl ABŞ prezidenti Tramp Fransa prezidenti Makronun “ABŞ-ın laqeydliyi NATO-nun beyin ölümünə səbəb olur” açıqlamasını “çox iyrənc” və “ayıb” adlandıraraq, ona qarşı hücuma keçib. Muxalifet.az bu barədə CNN xəbər agentliyinə istinadla bildirir. Sonra isə ABŞ-ın alyans üçün “müqayisə olunmaz qədər çox məbləğ” xərclədiyini qabardaraq, bildirib ki, “NATO Fransadan çox heç kimə lazım deyil və “onun ən az xeyir verdiyi ölkə ABŞ-dır”.

    Muxalifet3 - 3-12-2019

  12. SON DƏQİQƏ: Xaos partladı, ABŞ Türkiyəyə sanksiya tətbiq edir

    ABŞ Konqresinin senatorları Lindsi Qraham və Kris Van Hollen Türkiyəyə qarşı CAATSA sanksiyalarının işə salınmasını tələb edib.

    Senatorlar bu tələbin yer aldığı məktubu Dövlət Departamentinin rəhbəri Mayk Pompeoya göndərib.

    Muxalifet - 3-12-2019

  13. Rafael Dadaşovun səhhəti ağırlaşdı - FOTO

    Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhəti ağırlaşıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Lent.az -a açıqlamasında 73 yaşlı xalq artistinin qızı müğənni Səidə Dadaşova məlumat verib. Onun sözlərinə görə, atasının vəziyyəti yaxşı deyil:

    “Atamın vəziyyəti heç də yaxşı deyil. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Dəqiq hansı xəstəlikdən əziyyət çəkdiyini bilmirik. Gah dedilər, problem ürəyində, gah da ağ ciyərindədir. Həkim nəzarətindədir, amma səhhəti ağırdır”.

    Muxalifet - 3-12-2019

  14. “FÖVQƏLNAZİR” üçün gerisayım başladı - YOLA SALINIR

    Prezident İlham Əliyevin başlatdığı kadr islahatları Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdan da yan keçməyə bilər. Muxalifet.az Yenisabah.az xəbər verir ki, artıq bu barədə məlumatlar dövriyyəyə buraxılıb. Kəmaləddin Heydərovun nəzarətində olduğu bildirilən “Gilan Holdinq”in məhkəməyə verilməsi, “Benkons Group”un Bosniyada tikdiyi 30 milyon avroluq layihəsini başa çatdıra bilməməsi, Tatarıstanda isə 85 milyon dollarlıq iki layihəsinin iflasa uğradığı barədə yayılan məlumatlar Fövqəladə Hallar nazirinin yola salınacağı ilə izah edilir.

    Muxalifet - 3-12-2019

  15. ​Baş Nazir ona YÜKSƏK VƏZİFƏ verdi

    Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi vəzifəsinə təyinat olub. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. İ.Məmmədov bildirib ki, bu vəzifəyə Ələsgər Ələsgərov təyin edilib.

    Muxalifet - 3-12-2019

  16. Azərbaycanda nazirlərin yüksək vəzifədə işləyən qardaşları - SİYAHI

    Mətbuatda nazirlərin yüksək vəzifə tutan qohumları barədə mütəmadi olaraq məlumatlar yayılır.
    Muxalifet.az
    yeniavaz.com-a istinadən xəbər verir ki, yüksək vəzifələrdə çalışan qohumlar arasında bəzən nazirlərin qardaşlarına da rast gəlmək olur.

    Muxalifet - 3-12-2019

  17. Qubada maskalı basqına gedən dostlara 39 il cəza kəsildi

    Qubada maskalı basqına gedən dostlar hakim qarşısına çıxarılıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqla ittiham edilən Hörmət Hətəmov, Zahir İsmayılov, Məhəmməd Tağıyev və Ülvi Əmirlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Hökmə əsasən Hörmət Hətəmov 10 il, Zahir İsmayılov 9 il, Məhəmməd Tağıyev 10 il, Ülvi Əmirli isə 10 il müddətinə azadlıqdsn məhrum edilib.

    Məlumata görə, soyuq silahlarla silahlanmış bir qrup maskalı şəxs Quba rayonunun Birinci Nügədi kənd sakini Hamlet İbrahimovun evinə basqın edib.

    Muxalifet - 3-12-2019

  18. Prezident sərəncam imzaladı - 7 milyon 500 min manat ayrıldı

    Prezident İlham Əliyev Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Muxalifet - 3-12-2019

  19. İlham Əliyev Elşad Mirbəşiroğluna YÜKSƏK VƏZİFƏ VERDİ

    Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinə yeni üzv təyin edilib. Muxalifet.az xəbər verir ki, Prezident İlham Əliyev Elşad Mirbəşir oğlunun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb. Elşad Mirbəşir oğlu siyasi elmləri üzrə fəlsəfə doktoru, tanınmış siyasi şərhçidir. Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi ölkə başçısının fərmanı ilə bu ilin 8 fevral tarixində yaradılıb və İdarə Heyətinin sədri millət vəkili Zahid Orucdur. Muxalifet.az

    Muxalifet3 - 3-12-2019

  20. Üztanıma mobil telefonlara da yetişdi

    Dekabrın 1-dən Çində yeni qaydalar qüvvəyə minib. Ölkənin telekommunikasiya şirkətləri yeni mobil telefon xidmətlərini qeydiyyatdan keçirənlərin üzlərini "skan" edəcək.
    Muxalifet.az
    bu barədə "Azadlıq.org"-a istinadla bildirir.

    Muxalifet3 - 3-12-2019

Pages