Axtarış
The search found 105844 results in 0.077 seconds.
Search results
Paşinyan Bakıya nümayəndə heyəti göndərir
Ermənistan hökumətinin nümayəndə heyəti Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin (TRASECA) 14-cü illik iclasında iştirak etmək üçün Bakıya gələcək.
İclas strukturun 20 illiyinə həsr edilib.
Ermənistan baş naziri Nikol Paşinyanın qərarı ilə Bakıya ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan, həmin nazirliyin avtomobil nəqliyyatı departamentinin şöbə rəisi Arman Karapetyan və XİN-in əməkdaşı Artyom Aznauryandan ibarət nümayəndə heyəti göndərilir.Muxalifet3 - 3-12-2019
"Amnesty İnternational" İranda azı 208 nəfərin öldürüldüyünü dəqiqləşdirdi
Amnesty International beynəlxalq insan haqları təşkilatı dekabrın 2-də bildirib ki, ötən ay İranın 100-dən çox şəhərini bürümüş etiraz aksiyalarında çox sayda insanın öldüyü təxmin edilir.
Londonda mənzillənmiş təşkilat deyir ki, etibarlı mənbələrdən alınmış məlumatlar İranda noyabrın 15-də başlanmış etiraz aksiyaları zamanı azı 208 nəfərin öldüyünü göstərir.
Amnesty bildirir ki, ölənlərin real sayı bundan qat-qat çox ola bilər.
Etirazlar noyabrın 15-də hökumət yanacaq qiymətlərini artırdığını elan edəndən sonra başlanmışdı.Muxalifet3 - 3-12-2019
Tofiq Zülfüqarov: Lavrovun Bakıya qarşı qərəzli mövqeyi...
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvanda verdiyi bəyanatlardan sonra sözçüsü Mariya Zaxarova onun dediklərinə düzəlişlər edərək, bildirdi ki, danışıqlar iki ölkə arasında aparılmalıdır. Bakıda buna aid, yaxud Azərbaycanı narahat edən məsələ ilə bağlı hansısa bəyanatlar səslənəcəyi gözlənilirdi. Biz isə onun şahidi olmadıq.
Muxalifet.az bu sözləri Teleqraf.com-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Lavrovun Bakıya səfəri zamanı səsləndirdiyi fikirləri şərh edərkən dediyini bildirib.Muxalifet3 - 3-12-2019
Keçmiş ərini ölümlə hədələdi, yeni doğulan uşağını... - Tərtərdə qadından ŞOK ƏMƏL
Tərtər rayonunda kişi keçmiş arvadı tərəfindən ölümlə hədələnib.
Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə Tərtər rayonu, Babək küçəsi ev 35-də yaşayan, 1991-ci il təvəllüdlü Həşimov Elşən İman oğlu məlumat verib.
Muxalifet - 3-12-2019
Azərbaycandakı ölümcül virusla bağlı dəhşətli faktları açıqladı: “Sirr kimi gizlədilir”
Xəbər verdiyimiz kimi, İran Səhiyyə Nazirliyinin açıqlamasına görə bu il quş qripi ölkədə çox geniş formada yayılıb. İlin əvvəlindən indiyədək quş qripindən 37 nəfər ölüb, çox sayda insan xəstəxanaya yerləşdirilib.
Nəzərə alsaq ki, İran qonşu ölkələrimizdən biridir, xəstəliyin ölkəmizdə yayılması fikri əhali arasında böyük təşvişə səbəb olur.
Bununla bağlı “Yeni Sabah”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, məsul qurumlar bu ehtimalın qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirmirlər:
Muxalifet - 3-12-2019
SON DƏQİQƏ: AzTV-nin əməkdaşları ermənilərin hücumuna məruz qaldılar - VİDEO
Rusiya Federasiyasının Krasnodar vilayətinin Armavir şəhərinə ezam olunmuş Azərbaycan televiziyasının jurnalisti Zakir Musayev və operatoru Səfər Səfərov ermənilərin hücumunə məruz qalıblar.
KONKRET.az-a daxil olan məlumata görə, jurnalistlər Armavir şəhərində Erməni Apostol Kilsəsinin həyətində Qareqin Njdenin xatirə lövhəsinin söküldüyü yerdən reportaj hazırlamaq istəyirlərmiş. Amma kilsənin qulluqçuları jurnalistlərə qarşı güc tətbiq ediblər.
Hazırda jurnalistlər yerli xəstəxanada müayinə olduqdan sonra polisə müraciət etməyə yollanıblar.
Muxalifet - 3-12-2019
Nə Lavrovun səfərləri, nə Azərbaycanın KTMT-yə daxil olmaq ehtimalı Qarabağ münaqiəsinin həllinə kömək etməyəcək
Muxalifet.az hüquq professoru İlham Rəhimovun “Yeni Müsavat”a müsahibəsini təqdim edir:
- Professor, bu gün (dünən – red.) Milli Məclis buraxıldı. Siz Azərbaycanda gedən sürətli dəyişikliklər fonunda belə bir addımın atılacağını gözləyirdinizmi?Muxalifet3 - 3-12-2019
SON DƏQİQƏ: Azərbaycanda yüksək vəzifəli şəxs HƏBS OLUNDU
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan biri kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılır. Təhsil Nazirliyi və Baş Prokurorluqdan Muxalifet.az-a daxil olan birgə məlumata görə, bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Muxalifet - 3-12-2019
SON DƏQİQƏ: İlham Əliyev iki REKTORU İŞDƏN ÇIXARDI
Prezident İlham Əliyev Elbrus İsayevin Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilsin. *** Prezident İlham Əliyev Elbrus İsayevin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. *** Prezident İlham Əliyev Saleh Məhərrəmovun Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet - 3-12-2019
Nazir idarə rəisini işdən çıxardı
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub. Bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov vəzifəsindən azad edilib. Onun işdən azad edilməsinin səbəbi xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilməsidir. //oxu.az
Muxalifet - 3-12-2019
Cavid Qurbanov necə “ən fəal” deputat oldu? – “A tövbə!”
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun 2019-cu iin ən aktiv deputatı seçilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. “Yeni Sabah” xatırladır ki, “İslahatçı Gənclər” İctimai Birliyi deputatların fəaliyyətinə internet istifadəçisi olan vətəndaşların münasibətini öyrənmək məqsədi ilə virtual sorğu keçirib.
Muxalifet - 3-12-2019
Baş Nazirin Katibliyinin yeni rəisi kimdir? - TƏRCÜMEYİ-HAL
Dekabrın 3-də Baş Nazir Əli Əsədovun sərəncamı ilə Ələsgər Ələsgərov Baş Nazirin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.
Muxalifet.az "report"a istinadla xəbər verir ki, Ə.Ələsgərov 2019-cu il oktyabrın 22-dən Baş Nazirin köməkçisi vəzifəsində çalışırdı.Muxalifet - 3-12-2019
“Bağışlasın!" - Röya qalmaqalı bitirdi
Xalq artisti Röya Ayxanın İTV-də yayımlanan “3D” proqramında Brilliant Dadaşova barədə işlətdiyi fikirlər qalmaqala səbəb olmuşdu. Muxalifet.az xəbər verir ki, Brilliant Dadaşova isə Röyanın bu sözlərindən məyus olduğunu dilə gətirmişdi. Sənətçi bununla bağlı açıqlama yayaraq, B.Dadaşovanı incitmək istəmədiyini dilə gətirib: “Mən sadəcə öz fikrimi söylədim və əsla Brilliant xanımı incitmək kimi bir fikrim olmadı, ola da bilməz. Doğrudan da, fikrim onu incitdisə, bağışlasın! Hər zaman hörmətlə, böyük sevgi il onun yanında olmuşam və olacam da! Bu söz-söhbət artıq bitsin, xahiş edirəm!”.
Muxalifet - 3-12-2019
Millimizin 5 futbolçusu “qumar işi”ndə - ŞOK FAKTLAR - Video
Bir müddət əvvəl xəbər vermişdik ki, AFFA 21 yaşlılardan ibarət yığmayla bağlı ciddi təhqiqata başlayıb. Federasiya UEFA-dan daxil olan növbəti siqnalın arxasınca düşüb. Məsələ ondadır ki, komandamızın Fransayla səfər oyununa (0:5) külli miqdarda pul qoyuluşu edilib. Təkcə ev sahiblərinin yığmamıza 4-dən artıq top vuracağına isə 200 min dollar yatırılıb. Məlumat ciddi və düşündürücü olduğundan, UEFA AFFA-dan araşdırmada iştirak etməsini istəyib. Muxalifet.az xəbər verir ki, Sportinfo.az-a bununla bağlı yeni və kifayət qədər narahatlıq yaradacaq xəbər daxil olub.
Muxalifet - 3-12-2019
Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub
Gəncə Şəhər İcra Hakimiyyətinə məxsus “Gəncə Nəqliyyat” MMC-yə yeni direktor təyin edilib.
Muxalifet.az “report”a istinadla xəbər verir ki, bu, direktoru əvəz edən Araz Rəfibəylidir.
O, sözügedən vəzifədə Murad Səttarovu əvəz edib.
Xatırladaq ki, “Gəncə Nəqliyyat” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 manatdır.Muxalifet - 3-12-2019
"Hamı başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq lazımdır" - Elmar Məmmədyarov
«Mən ümid edirəm ki, Bratislavada biz irəli addım atacağıq. Hazırki “status-kvo” heç kimi təmin etmədiyinə görə irəli hərəkət etməliyik”.
Muxalifet.az xəbər verir ki, bu haqda Azərbaycanın XİN naziri Elmar Məmmədyarov Lavrovla keçirdiyi görüşdən sonra mətbuat konfransında bildirib. Onun sözlərinə görə bu məsələdə çıxış yolu tapmaq lazımdır. 4 dekabrda Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Muxalifet.azMuxalifet3 - 3-12-2019
Məmmədyarov erməni həmkarı ilə görüşmək üçün Bratislavaya yollandı
Xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın paytaxtı Bratislava şəhərinə yola düşüb. XİN-dən Muxalifet.az-a verilən məlumata görə, E. Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak edəcək. Qeyd edək ki, dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş də olacaq.
Muxalifet - 3-12-2019
Ermənistan MTX: Ordumuz barədə sosial şəbəkədə yazışmayın
“Ordumuz barədə yazışmayın, istifadəçi özünü erməni kimi təqdim edən azərbaycanlı ola bilər”.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu xəbərdarlıq Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) “Facebook” səhifəsində yazılıb.
MTX ölkənin bütün vətəndaşlarını sosial şəbəkədə tanış olmayanlarla hərbi mövzuda yazışmaqdan çəkinməyə çağırır: "Bu istiqamətdə problem olarsa, Milli Təhlükəsizlik Xidmətinə müraciət edin”.
Muxalifet - 3-12-2019
“Mən bacarmıram, amma Musa incə-incə ...” - Təranə - VİDEO
ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı müğənni cütlüklər Təranə Qumral və Musa Musayev olub.
Milli.Az bildirir ki, Təranə Qumral veriliş əsnasında aparıcılarla birlikdə salat hazırlayıb. Hazırlıq prosesində maraqlı söhbət baş tutub:
"Evdə bütün hər şeyi özüm edirəm bir göyərtini doğraya bilmirəm deyə, Musaya verirəm doğrasın. İncə-incə, elə gözəl doğrayır ki... Musa ancaq məni əzizləyir: həyatım, canım, ürəyim, balım, yağım, cigərim, oy, oy, aşkım".Muxalifet - 3-12-2019
İran prezidenti Ruhani Səudiyyə Ərəbistanı ilə əlaqələrin bərpasını istəyir
İran prezidenti Ruhani “İran üçün bölgə ölkələri və Səudiyyə Ərəbistanı ilə yenidən əlqələrin qurulmasında problem yoxdur”, dedi. İran prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Oman XİN naziri Yusuf bin Alevini qəbul edən Ruhani, Yəməndəki müharibə və Səudiyyə Ərəbistanı – İran əlaqlərinə toxundu. Muxalifet.az bu barədə "Hürriyet"ə istinadla xəbər verir. Ruhani, ABŞ və AB birliyi ölklərinin verdiyi açıqlamalara baxmayaraq, onların Yəməndə sülhün bərqərar olmasında maraqlı olmadıqlarını və müharibə sayəsində xeyli silah satmağı planlaşdırdıqlarını söylədi.
Muxalifet3 - 3-12-2019