Axtarış
The search found 105844 results in 0.109 seconds.
Search results
Qarabağ üçün ilin akkord görüşü - nə dəyişəcək?
Azərbaycan və Ermənistan XİN başçıları bu gün Avropada bir araya gələcəklər; Rusiya konfliktin dinc həlli üçün nə vaxt hərəkətə keçəcək? Ermənistan üçün tək qurtuluş ünvanı - Türkiyə, Azərbaycan...
Muxalifet - 4-12-2019
SON DƏQİQƏ: ABŞ-ın türklərə görə atdığı addım təəccübləndirdi
ABŞ Konqresinin Nümayəndələr Palatası Çinə sanksiyaları genişləndirib. Sincan Uyğur Muxtar Vilayətində yaşayan uyğur türklərinə qarşı təzyiq siyasəti yürüdən çinli rəsmilərə qarşı sanksiya paketi qəbul edilib. Kaliforniya senatoru Bred Şerman tərəfindən təqdim olunan paket respublikaçı və demokratların böyük dəstəyini toplayıb. Nümayəndələr Palatası və Senatda qəbul edilən qanunun əvvəlcə birləşdirilməsi, daha sonra imzalanmaq üçün Ağ Evə göndərilməsi gözlənilir.
Muxalifet - 4-12-2019
Vilayət Eyvazov bu rayona yeni rəis təyin etdi
Daxili İşlər Nazirliyində yeni təyinat olub. Muxalifet.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə görə, polis polkovniki Rüstəm Cəfərov Beyləqan Rayon Polis Şöbəsinə rəis təyin edilib. O, bundan əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi işləyib. Qeyd edək ki, bir müddət əvvəl Beyləqan RPŞ-nin rəisi, polkovnik-leytenant Rəşid Piriyev Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə rəis müavini təyin olunub.
Muxalifet - 4-12-2019
"Azərbaycan xalqı o qədər qürurlu, xoşbəxt idi ki..." - UEFA prezidenti
"Finalda Azərbaycanın iki komandası oynasaydı və biz bu görüşün Londonda keçirilməsinə qərar versəydik, heç kim şikayətlənməyəcəkdi. İngiltərə Premyer Liqasının prezidenti mənə söyləmişdi ki, Dumanlı Albion klubları ən ucuz bilet və ən bahalı oyunçular istəyirlər. Demək olmaz ki, final məhz İngiltərədə keçirilməli idi. Kim bilərdi ki, həlledici qarşılaşmada İngiltərənin iki komandası üz-üzə gələcək"?
Muxalifet - 4-12-2019
Bu gün Konstitusiya Məhkəməsi parlamentin buraxılması qərarını elan edəcək
Əliməmməd Nuriyev: “Qərar hansı formada olacaqsa, görəcəyik...”
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev ölkə parlamentinin buraxılması ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Dövlət başçısı tərəfindən Milli Məclisin Azərbaycan Respublikası Konstitusiyasının 98-1-ci maddəsinə əsasən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilir.Muxalifet - 4-12-2019
Gəncə-Qazax-Gürcüstan magistralı 4 hərəkət zolağına genişləndirilir
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının müasir səviyyədə yenidən qurulması və bu istiqamətdə aparılan islahatlar nəticəsində son 15 ildə I texniki dərəcəli yolların uzunluğu 8 dəfəyə qədər artaraq 890 km təşkil edir.
Muxalifet - 4-12-2019
“Allaha inanmaq istəmirəm. Ona inandım...” - Dilarə Kazımova
Yeni dalğa" festivlaında olanda bizə, "açıq geyinin" deyəndə əsəbiləşirdik. Ancaq getdikcə, başa düşdüm ki, qadın olmaq mənim xoşuma gəlir və qadın olmağın üstünlüklərindən istifadə etməyə başladım. Geyindiklərim açıq-saçıq yox, orta-açıq sayılır. Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova Samir Bayramlının aparıcısı olduğu "Söhbətsiz" proqramında deyib. Sənətçi atasının ölümündən sonra Allaha olan inamını itirdiyini söyləyib: "Atam dünyasını dəyişəndən sonra Allahdan küsdüm. Nənəm Allaha çox inanırdı. Mən də 12 yaşımda namaz qılmaq istəyirdim.
Muxalifet - 4-12-2019
Moskva yeni sazişin imzalanacağına ümid edir - Rusiya-Türkiyə-NATO üçbucağında paradoksal əlaqələr
Rusiya və Türkiyə, ABŞ-ın sanksiya təhdidinə baxmayaraq, Ankaranın daha çox “S-400” raket sistemləri satın alması ilə əlaqədar yeni razılaşmanı nəzərdən keçirdiklərini təsdiqləyib. Ancaq Türkiyənin ABŞ-a güzəşt təklif etdiyi də güman olunur.
Rusiyanın dövlət silah ixracatçısı “Rosoboronexport”-un baş direktoru Aleksandr Mixeyev noyabrın 26-da bildirib ki, Moskva gələn ilin ilk yarısında “S-400” raket sistemlərinin Türkiyəyə satılması ilə bağlı yeni sazişin imzalanacağına ümid edir.
Muxalifet - 4-12-2019
Yevda Abramovun səhhəti ilə bağlı qızından AÇIQLAMA
Yevda Abramov hələ də reanimasiyadadır. Həkimlərin sözlərinə görə, vəziyyəti stabilləşib.
Bu sözləri Axar.az-a açıqlamasında ötən gündən vəziyyəti ağırlaşan millət vəkili Yevda Abramovun qızı Bəsti Yusifova deyib. O, atasının ölümü ilə bağlı ötən gün yayılan məlumatlara reaksiya verib:Muxalifet - 4-12-2019
Tanınmış hüquqşünasdan Gürcüstan nömrəli avtomobillərin qadağasına SƏRT REAKSİYA - Bu kobud qanun pozuntusudu
Tanınmış hüquqşünas Aslan İsmayılov Dövlət Gömrük Komitəsini (DGK) tənqid atəşinə tutub. Muxalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, Aslan İsmayılov xüsusilə Gürcüstan nömrəli avtomobillərlə bağlı DGK sədrinin qadağasına diqqət çəkib. O, bu qadağanı kobud qanun pozuntusu adlandırıb: “Yadınızdadırsa yazmışdım ki, Gömrük Komitəsi ancaq vətəndaşlardan hansı yolla olursa olsun pul toplamağı düşünür. Bunun da islahata heç bir aidiyyatı yoxdur. İslahatın əsas məqsədi vətəndaşların vəziyyətini yaxşılaşdırmaq, yığılmış narazılıqları aradan qaldırmaqdır.
Muxalifet - 4-12-2019
SON DƏQİQƏ: İsrailə qarşı ŞOK QƏRAR, 91 ölkə "hə" dedi
BMT Baş Assambleyası İsraildən işğal edilmiş Qolan təpələrini tərk etməyi tələb edən qətnamə qəbul edib.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, qətnamədə BMT Baş Assambleyasının yenidən Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Suriyanın Qolan təpələrindən 4 iyun 1967-ci ildə mövcud olmuş xəttə əsasən bütün işğal edilmiş ərazilərdən geri çəkilməsi tələb olunur.
Layihə 91 səslə qəbul edilib. 9 dövlət isə qətnaməyə qarşı çıxıb. 65 ölkə səsvermədə bitərəf qalıb.Muxalifet - 4-12-2019
Misir Mərdanov da deputat olmaq istəyir - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Növbədən kənar seçkilərdə bir sıra “supriz” insanların da qatılacağı istisna edilmir. Bu namizədlər arasında sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanovun da adı çəkilir. Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Misir Mərdanov deputat olmaq arzusunu gizlətməyib: “Bəli, İnşallah mənsub olduğum Yeni Azərbaycan Partiyası (YAP) nazmizədliyimi irəli sürərsə, mən namizədliyimi verə bilərəm. Bu barədə danışmaq hələlik tezdir.
Muxalifet - 4-12-2019
İrandan SON DƏQİQƏ nüvə açıqlaması: "Biz hazırıq"
İran Hərtərəfli Birgə Fəaliyyət Planını tərk etmək istəmir.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, İran nüvə razılaşmasını tərk etmək istəmir və ona tətbiq edilən sanksiyalar qaldırıldıqdan sonra razılaşmadakı öhdəliklərinə sadiq qalmağa hazırdır.
Prezident Həsən Ruhani verdiyi açıqlamada ABŞ-ın iqtisadi təzyiqini dayandırması şərtilə nüvə proqramı ilə bağlı müzakirələrə qatılmağa hazır olduğunu dilə gətirmişdi.Muxalifet - 4-12-2019
Azərbaycanda dollar yenə bahalaşır? - “İlk dəfə olaraq alış kursunu 1.7020-dək yüksəlib”
“2019-cu ilin ilk 11 ayında 5 milyard 707 milyon dollar valyuta satan Dövlət Neft Fondu (ARDNF) ötən ilin analoji dövrü ilə müqayisədə satışı 1,3 faiz azaltsa da, bu aydan etibarən dollara tələbin artması müşahidə olunmaqdadır. Bəzi banklarda son aylar ilk dəfə olaraq 1 dolların alış kursunu 1.7020-dək yüksəlib”.
Muxalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O sözlərinə belə davam edib:
Muxalifet - 4-12-2019
Bakıda oğlan qrup yoldaşını kafeyə çağırıb təcavüz etdi
Bakıda kollec tələbəsi olan qıza kafedə təcavüz edilib.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə noyabrın 27-də paytaxtın Nəsimi rayon ərazisində baş verib.
Belə ki, Bakıdakı kolleclərinin birinin tələbəsi, V.S qrup yoldaşı, 2003-cü il təvəllüdlü Ə.N-ni axşam saatlarında kafeyə dəvət edib. O, kafedə qıza qarşı zor tətbiq edərək seksual xarakterli hərəkətlər edib.
Qızın valideynləri bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Muxalifet - 4-12-2019
Donald Tramp vəzifədən azad edilə bilər - TƏFƏRRÜAT
ABŞ prezidenti Donald Trampın vəzifəsini sui-istifadə etməsi ilə bağlı güclü faktlar ortaya çıxıb.
Muxalifet - 4-12-2019
Hava ilə bağlı vətəndaşlara MÜHÜM XƏBƏRDARLIQ - Axşam saatlarından...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün axşam saatlarından etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir. Muxalifet.az xəbər verir ki, yol polisi gözlənilən hava şəraiti ilə bağlı müraciət yayıb. "Yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini hava şəraitinə uyğun seçsinlər, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər.
Muxalifet - 4-12-2019
"68 DAHA QURTARIB DA, BİTDİ!..." - "Bir çoxlarının həmin qrafada qabağı boşdur”
"Mən çoxlu müşavirələrdə iştirak etmişəm. Bir qrup var idi, bir kəlmə deyəndə qayıdırdı ki, 1968-ci ildə biz bunu belə edirdik. 68 daha qurtarıb da, bitdi!" Muxalifet.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibəsində bildirib. O qeyd edib ki, bütün strukturlarda islahatlar mütləq lazım idi: "Biz gərək müəyyən məsələlərə aydınlıq gətirək. İcra strukturunda çox ciddi dəyişikliklər gedir. Əslində bunun əsası 2018-ci ilin aprel ayında, prezident seçkilərindən sonra qoyulmuşdu, addım-addım yol gəlirdi.
Muxalifet - 4-12-2019
"Seçkini boykot etmək həmin partiyalara nə verəcək? - DEPUTAT
Azərbaycanda bəzi müxalif siyasi partiyalar və bir qrup ictimai-siyasi fəal növbədənkənar parlament seçkisinə qatılmaq və onu boykot etmək dilemması qarşısında qalıb. Dekabrın 3-də Müsavat Partiyasının qərargahında keçirilən dəyirmi masada müxalifət təmsilçiləri bu sual ətrafında müzakirələr aparıb. Bəzi müxalif təmsilçilər seçkidə iştiraka müsbət yanaşsalar da, digərləri seçkiləri boykot etməyi təklif edib.
“Meydanda verilən fürsəti dəyərləndirmək lazımdır”
Muxalifet - 4-12-2019
Milli Məclislə bağlı QƏRAR VERİLİR - İclas başladı (YENİLƏNİR)
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.
İclasda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılır.
İclasda məruzəçi - hakim Rafael Qvaladze, iclas katibi isə Fəraid Əliyevdir.
Konstitusiya Məhkəmə icraatında iştirak edən tərəflər isə aşağıdakılardır:
Sorğu verən tərəfin nümayəndəsi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov,
Muxalifet - 4-12-2019