Axtarış
The search found 105844 results in 0.081 seconds.
Search results
Rafael Cəbrayılov həbs oluna bilər – Baş Prokurorluğa şikayət edəcək
Keçmiş deputat Rafael Cəbrayılov həbs oluna bilər.
Yenisabah.az-a daxil olan məlumata görə, keçmiş deputatın borclu olduğu şəxslər artıq Baş Prokurorluğa şikayət etmək niyyətindədirlər. Məlumatda deyilir ki, Rafael Cəbrayılovun borclu olduğu şəxslər dünən bu qərara gəliblər. Bu həftə içində onların Baş Prokurorluğa müraciət edəcəyi gözlənilir.
Muxalifet - 4-12-2019
“Forbes” azərbaycanlı milyarderlə bağlı sensasiyalı yazını niyə çıxardı?
Dekabrın 1-də nüfuzlu “Forbes” jurnalında Azərbaycan əsilli iş adamı, milyarder İlqar Hacıyevin uğurları haqda material dərc olunub. Lakin yazı bir gün sonra saytdan çıxarılıb.
Muxalifet.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, sözügedən yazının müəllifi afrikalı jurnalist Mfonobonq Nsehe isə “former contributer” (keçmiş kənar müəllif) olaraq adlandırılıb.
Mfonobonq Nsehe
Muxalifet - 4-12-2019
Nazir müavini: "Azərbaycanda hər 100 nəfərə 112 mobil telefon düşür"
“Hazırda Azərbaycan əhalisinin 80%-dən çoxunun yüksəksürətli internetə çıxışı var”.
Bunu Bakıda keçirilən “Xəzər İnnovasiya Konfransı”nda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, həmin göstərici ev təsərrüfatları üzrə 72,2% təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən daha çoxdur: “Dünyadakı ev təsərrüfatının 57%-nin, o cümlədən inkişaf etməkdə olan ölkələrdəki ev təsərrüfatlarının 46,7%-nin yüksəksürətli internetə çıxışı var”.
Muxalifet - 4-12-2019
"TƏLƏBƏNİN ÖLÜMÜNƏ SƏBƏB TOKSİK ZƏHƏRLƏNMƏDİR" - AQTA sədrindən sensasiyalı açıqlama
"Bakı Dövlət Universitetin yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb".
Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentiyinin sədri Qoşqar Təhməzli Bakı Dövlət Universitetində zəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Muxalifet - 4-12-2019
Sabahın HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında dekabrın 5-də havanın buludlu olacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.Muxalifet - 4-12-2019
"Ölkəni ticarət sahəsində əlaqələri inkişaf edir" - İnam Kərimov
Azərbaycan kənd təsərrüfatına dövlət dəstəyi sahəsində dünyada aparıcı ölkələrdən biridir. Muxalifet.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrinin kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən iclasında deyib. Nazir bildirib ki, Azərbaycan hökuməti kənd təsərrüfatı sektorunun investisiyalar üçün cəlbediciliyini artırmaq üçün çoxlu səy göstərir. İ.Kərimovun sözlərinə görə, Azərbaycanda əlverişli investisiya mühiti var, ölkəni ticarət sahəsində əlaqələri inkişaf edir.
Muxalifet - 4-12-2019
ABŞ Konqresindən Rusiyaya "sürpriz" - Kremlin G7-yə yolu bağlandı
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanı G7-yə (əvvəllər format G8 adlanırdı) daxil etməməyə çağıran qətnaməni səs çoxluğu ilə qəbul edib. 339 konqresmen lehinə, 71-i əleyhinə səs verib. Bu barədə Palatanın veb saytında məlumat verilib. Sənəd hələ avqustun 30-u təqdim edilib. Qətnamədə deyilir ki, Rusiya qonşularının ərazi bütövlüyünə hörmət etməyincə, beynəlxalq hüquq normalarına və demokratik cəmiyyətlərin standartlarına riayət etməyincə onun G7-nin gələcək sammitlərində iştirakına icazə verilməməlidir.
Muxalifet - 4-12-2019
Konstitusiya Məhkəməsi müşavirəyə gedib
İclasda Milli Məclisin qərarı barədə danışan sorğu verən tərəfin nümayəndəsi - Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov çıxış edib. Muxalifet.az report-a istinadən xəbər verir ki, o deyib ki, həmin qərarda Azərbaycan Prezidentindən Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi xahiş edilib.
Muxalifet - 4-12-2019
KONSTİTUSİYA MƏHKƏMƏSİ QƏRAR VERDİ - Milli Məclisin buraxılması...
Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. Trend-in məlumatına görə, iclasda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılıb və Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olduğu barədə qərar qəbul edilib. Qeyd edək ki, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib.
Muxalifet4 - 4-12-2019
Pensiya və maaşlar artacaq - BU TARİXDƏN
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə 20 milyon vəsait ayrılıb.Muxalifet - 4-12-2019
Azərbaycanda hotellərlə bağlı YENİ TƏLƏBLƏR
Azərbaycanda ilk dəfə hotellər üçün minimal nömrə tələbi qoyulacaq.
Bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) Hüquq və daxili nəzarət sektorunun müdiri Qiyafət Xeyirxəbərli deyib.
Onun sözlərinə görə, bu məsələ yeni hazırlanan "Turizm haqqında" yeni qanun layihəsində öz əksini tapıb.
DTA rəsmisinin sözlərinə görə, mehmanxana açmaq istəyən hər bir sahibkar bilməlidir ki, burada ən azı 11 yer olmalıdır. Əks halda həmin obyekt yerləşdirmə vasitəsi kimi qəbul edilməyəcək.Muxalifet - 4-12-2019
İnam Kərimova yeni VƏZİFƏ VERİLDİ
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sədri seçilib.
Muxalifet.az xəbər verir kİ. bu, İƏT kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən 6-cı iclası zamanı baş verib.
Bundan başqa, iclas zamanı Kənd təsərrüfatı ilə bağlı Bakı bəyannaməsi və İƏT kənd təsərrüfatı nazirlərinin 6-cı iclasının hesabatı qəbul edilib.Muxalifet - 4-12-2019
Azərbaycandan Gürcüstana bu il səfər edənlərin sayı açıqlanıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 404 028 nəfər təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Adminstrasiyasının hesabatında bildirilib.
İllik müqayisədə qonşu ölkəyə yollanan azərbaycanlı ziyarətçilərin sayı 92 121 nəfər və ya 7% artıb. Bu göstərici ilə Azərbaycan hesabat dövründə Gürcüstana gedən əcnəbilərin sayı baxımından ikinci yeri tutub.
Birinci yerdə 1 406 255 nəfərlə Rusiya, üçüncü yerdə isə 1 230 834 nəfərlə Ermənistandır.
Muxalifet - 4-12-2019
Şimali Koreya lideri yeni şəhərin açılışını etdi
Şimali Koreya lideri Kim Conq Un çərşənbə günü yeni Samciyon şəhərinin açılışında iştirak edib. Minlərlə insan Kim Conq Unun şəhərin açılışı mərasimində qırmızı lenti kəsməsini izləmək üçün əraziyə toplaşıb. Muxalifet.az bildirir ki, "KCNA" xəbər agentliyinin verdiyi məlumata görə, yeni Samciyon şəhəri Kim Conq Unun komandası tərəfindən dizayn və inşa edilib. Xəbər agentliyi bunun "müasir sivilizasiyanı təcəssüm etdirdiyini" və hökumət tərəfindən sosialist utopiya olaraq təqdim edildiyini bildirib.
Muxalifet3 - 4-12-2019
Paşinyanın həyat yoldaşı Bakıya gəlmək istəyir
Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akobyan Bakıya gəlmək istəyir. Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə o, BMT Təhlükəsizlik Şurasının “Qadınlar, sülh və təhlükəsizlik”ə dair qətnaməsinə həsr edilmiş konfransda çıxışı zamanı deyib. “Əgər dəvət olarsa, Bakıya getməyə hazıram”, - deyə Akobyan əlavə edib.
Muxalifet - 4-12-2019
Kəşfiyyat komitəsi Trampın impiçment araşdırması ilə bağlı hesabatını açıqladı
ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsi çərşənbə axşamı günü prezident Donald Trampın impiçment araşdırması ilə bağlı nəticələr və tövsiyələrdən ibarət hesabatını açıqlayıb. Komitənin sədri Adam Şiff hesabatın Ədliyyə komitəsinə təqdim edilməsi üçün çərşənbə axşamı günü səsvermə keçiriləcəyini bildirib. Ədliyyə komitəsinin üzvləri Trampa qarşı impiçment maddələrinin hazırlanıb-hazırlanmamasını müəyyən edəcək. Muxalifet.az bu barədə "Amerikanın səsi"nə istinadla bildirir. Çərşənbə günü Ədliyyə komitəsinin özündə impiçment dinləmələri başlamalıdır.
Muxalifet3 - 4-12-2019
Yevlaxda qoşulub qaçan qızla bağlı RƏSMİ MƏLUMAT
Daxili İşlər Nazirliyi Yevlaxda polisin qohumunun qız qaçırması məsələsinə münasibət bildirib.
Muxalifet.az DİN-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdəki səhifələrin birində - “Yevlaxın Rüstəmli kəndində iki gün öncə bir qızı zorla qaçırıblar. Polisə müraciət ediblər, oğlanın qohumu polisdə işləyir deyə işə baxmırlar”, - qeyd edilən status həqiqəti əks etdirmir və polisin nüfuzunu ləkələmə məqsədi daşıyır:Muxalifet - 4-12-2019
İran çökür, milyardlarla dollar büdcə kəsiri var - Ekspert ŞOK FAKTLARI açıqladı
İranda benzinin bahalaşmasının səbəbi büdcə kəsiridir. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri iranlı iqtisadçı Navid Cəmşidi bildirib. “Hökumət əsas istehlak maddələrini bahalaşdıraraq və vergiləri artıraraq büdcə kəsirini xalqın cibindən qarşılamağa çalışır. Benzinin bahalaşması bu məqsədlə aparıldı. Keçmişdə də büdcə kəsiri vardı, lakin bu dəfə kuliminasiya oldu. Dövlətdə pul qalmayıb. Əvvəl əlavə valyuta çap edərək dövriyyəyə buraxırdılar. Amma bu dəfə büdcədəki kəsirin bağlanmasında bu yollar fayda verməyib” - Cəmşidi deyib.
Muxalifet - 4-12-2019
OPEC ölkələri neft hasilatını azaltdı
Neft hasilatının ixtisarı ilə bağlı razılaşmada iştirak edən OPEC+ ölkələri oktyabrda planı 142% yerinə yetirib.
TASS xəbər verir ki, Vyanada OPEC+ texniki komitəsinin iclasının nəticələri məlum olub.
Razılaşmaya imza atan ölkələr neft hasilatını gündə 1,2 milyon barel əvəzinə 1,7 milyon barel azaldıb. Beləliklə də, nef hasilatının miqdarı baza üçün qəbul edilmiş səviyyəyə çatıb.
Oktyabrda OPEC ölkələri sazişin şərtlərini 142%, qeyri-OPEC ölkələri isə 141% icra ediblər.
Muxalifet.azMuxalifet3 - 4-12-2019
ŞOK: Azərbaycanda gənc oğlan doğum günündə öldü - SƏBƏB
Bu gün Novxanı qəsəbəsində dəniz sahilində gənc oğlanın meyiti tapılıb.
Muxalifet.az xəbər verir ki, Sahil küçəsi yaxınlığında 1996-cı il təvəllüdlü Ağayev Nicat Adil oğlunun meyiti aşkarlanıb və dərhal hüquq-mühafizə orqanlarına, eləcə də təcili yardıma məlumat verilib. Məlum olub ki, bu gün doğum gününü qeyd edən N.Ağayev kəskin toksik zəhərlənmə səbəbindən dünyasını dəyişib.
23 yaşlı gəncin meyiti ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.//PublikaMuxalifet - 4-12-2019