Axtarış

The search found 105844 results in 0.108 seconds.

Search results

  1. SON DƏQİQƏ: Miqrantların düşərgəsinə qumbara atdılar - Xəsarət alanlar...

    İspaniyanın paytaxtı Madridin Ortalesa rayonunda yetkinlik yaşına çatmayan miqrantların qaldığı mərkəzə qumbara atılıb. Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb, binaya da ziyan dəyməyib. Partlayıcı qurğu TEDAX adlı bölmənin mütəxəssisləri tərəfindən zərərsizləşdirilib. Hadisəni törədənin kimliyi bəlli deyil.//publika

    Muxalifet - 4-12-2019

  2. KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ: “Mən İsgəndər Mulikov, vicdansız, satqın və rüşvətxoram...” - VİDEO

    Türkmənistanın keçmiş daxili işlər naziri İsgəndər Mulikov hakimiyyətdən sui-istifadə və korrupsiyada təqsirli bilinib. Prezident Qurbanqulu Berdıməhəmmədov onu oktyabrda işdən çıxarmışdı. Lakin nazirin sonrakı taleyi haqda məlumat yox idi. İndi isə məlum olur ki, o həbs olunub, üstəlik barəsində uzunmüddətli həbsxana cəzası kəsilib. Dekabrın 3-də əliqandallı Mulikov qara həbsxana geyimində televiziyada xəbər proqramında göstərilib, özünü təqsirli bildiyini deyib. Mulikovun həbsi barədə təhlükəsizlik şurasının iclasında baş prokuror Batır Atdayev prezidentə məlumat verib.

    Muxalifet - 4-12-2019

  3. Əli Əsədov gömrüklə bağlı qərar imzaladı

    Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Baş Nazir Əli Əsədov dekabrın 5-də bununla bağlı qərar imzalayıb. Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilir: 1.

    Muxalifet - 4-12-2019

  4. Azərbaycana idxal olunan kərə yağı ilə bağlı YENİ QƏRAR

    Azərbaycana idxal olunan kərə yağı və süddən hazırlanmış digər piylər və yağlar, südlü pastalar üçün aşağı gömrük rüsum həddinin müddəti daha iki il uzadılıb. 
    Muxalifet.az
    xəbər verir ki, Baş Nazir Əli Əsədov dekabrın 5-də “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsini nəzərdə tutan qərarı imzalayıb.

    Muxalifet - 4-12-2019

  5. Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olundu

    Ermənistanın sabiq prezidenti Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub.

    Trend-in məlumatına görə, ölkənin Xüsusi İstintaq Komitəsi S.Sarkisyana qarşı müvafiq ittiham irəli sürüb.

    Komitənin məlumatında deyilir ki, sabiq prezident 2013-cü il 25 yanvar-7 fevral tarixləri arasında dövlət büdcəsindən xərcləmə yolu ilə 1 milyon dollardan çox vəsaiti mənimsəyib.

    Qeyd edək ki, S.Sarkisyan 2018-ci ilin aprelində baş nazir seçildikdən qısa müddət sonra etiraz aksiyaları nəticəsində istefa vermişdi.

    Muxalifet - 4-12-2019

  6. SON DƏQİQƏ: Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - FOTO

    Nəsimi və Qaradağ rayonlarının icra başçılarının neqativ əməlləri ilə bağlı indiyədək mətbuatda xeyli yazılar dərc edilib Prezident İlham Əliyev 2019-cu ildə xeyli sayda icra başçısını ya vəzifəsindən azad edib, ya da yerlərini dəyişib. Aparılan bu struktur dəyişikliyi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə də gənclərin icra başçısı vəzifəsinə çəkilməsi, yerlərdə idarəetmədə olan boşluqların aradan qalxacağı ümidini yaradıb. Bu il baş verən bir neçə dəyişikliyə nəzər salaq. Belə ki, prezident bu il ilk olaraq Bakının Xəzər rayonuna yeni icra başçısı təyin etdi.

    Muxalifet - 4-12-2019

  7. Afət Flora Kərimovaya səsləndi: "Öl, canımız səndən qurtarsın, sənə nifrət edirəm"

    Mənə əxlaqsız deyir. Əxlaqsız özünsən. Öl, canımız səndən qurtarsın. Sənə nifrət edirəm".
    BiG.AZ-ın məlumatına görə, bu sözləri müğənni Afət Fərmanqızı öz instaqram hesabında yaydığı videoda bildirib.
    Müğənni bunu bir müddətdir ifasına görə qalmaqal yaşadığı xalq artisti Flora Kərimova haqqında deyib:
    "Dediyin təhqirlərə hamısına məhkəmədə cavab verəcəksən. Sənin tərəfini tutanlar səhv məlumatlandırılıblar. Onlar bilmirlər ki, əvvəlcə təhqiri sən etdin. Belə Nəsimi dərdi çəkənsənsə yıxdığın evlərin, dağıtdığın ailələrin, gözü yaşlı qalan balaların dərdini çəkərdin".

    Muxalifet - 4-12-2019

  8. Ermənilərin hücumuna məruz qalan azərbaycanlı jurnalist danışdı - ŞOK TƏFƏRRÜAT

    Rusiyanın Krasnodar diyarının Armavir şəhərində AzTV-nin əməkdaşına hücum edilməsi barədə xəbər verimişdik. Hadisə erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi zamanı baş verib. Belə ki, Armavirdə yaşayan ermənilərin bir qrupu Azərbaycan Televiziyasının məsələ ilə bağlı burada çəkiliş aparan əməkdaşlarına hücum çəkərək onlara xəsarət yetirib, kameranı sındırıblar. Xüsusi müxbir Zakir Musayev bildirir ki, hadisə canlı bağlantıdan sonra baş verib: “Səhər saat 10 radələri idi. Canlını bitirdim, çəkilmiş materialı efirə göndərmək üçün interneti olan kafeyə girdik.

    Muxalifet - 4-12-2019

  9. Bu yollarda sürət həddi endirildi - havaya görə...

    "Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir".

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

    Muxalifet - 4-12-2019

  10. Bakıda avtobus sürücüsü sərnişini döydü

    Bakıda döyülmə hadisəsi baş verib. "Report" xəbər verir ki,1994-cü il təvəllüdlü Zeyniyev Elton Oktay oğlu 166 nömrəli sərnişin avtobusunun sürücüsü tərəfindən döyülüb. Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona burun sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 5-12-2019

  11. 8 aylıq hamilə qadın hamamda öldü - İSMAYILLIDA

    İsmayıllıda ana olmağa hazırlaşan qadın dünyasını dəyişib. Hadisə axşam saatlarında rayonun Talış kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü İbrahimova Nərminə Arif qızı yaşadığı evin hamam otağında çimərkən qəfildən halı pisləşib və yerə yıxılıb. Ailə üzvləri onu halsız vəziyyətdə təcili tibbi yardım xidməti ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 8 aylıq hamilə olan Nərminə İbrahimovanın ölümünün səbəbləri ilə bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

    Muxalifet4 - 5-12-2019

  12. Instagram istifadəçilərə yeni tələb qoydu

    Instagram yeni qaydalara başlayıb.

    “Qafqazinfo” xəbər verir ki, bundan sonra sosial şəbəkədə qeydiyyatdan keçən hər kəsdən yaşı soruşulacaq. Qaydalara əsasən, yalnız 13 yaşdan yuxarı istifadəçilər hesab aça biləcəklər.

    Bu məlumatlar sosial şəbəkədən istifadə edənin təhlükəsizliyini qorumaq və tətbiqetmənin işini onun yaşına uyğun təmin etmək məqsədilə qeydə alınacaq.

    Muxalifet4 - 5-12-2019

  13. Paytaxtda 25 yaşlı qadın qətlə yetirildi - NAMƏLUM ŞƏXS TƏRƏFİNDƏN BIÇAQLANIB

    Abşeron rayonunda qətl hadisəsi törədilib.

    Muxalifet.az xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsindəki evlərdən birində baş verib. Evə keçirilən baxış zamanı 1994-cü il təvəllüdlü Verdiyeva Firuzə Kamandar qızının meyiti aşkarlanıb. Meyitə baxış zamanı onun bıçaqlanaraq öldürüldüyü məlum olub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, F. Verdiyeva Goranboy rayon sakinidir.

    Faktla bağlı araşdırma aparılır. /APA

    Muxalifet4 - 5-12-2019

  14. AAAF Park yenə qaranlığa qərq oldu - SAKİNLƏR ETİRAZA QALXDI

    Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksində 12 saatdır ki, elektrik enerjisi verilmir. Sakinlərdən “Qafqazinfo”ya daxil olan şikayətlərə əsasən, ötən ayın əvvəllərindən davam edən problem hələ də həllini tapmayıb. Bu səbəbdən sakinlər kompleksin önünə toplaşaraq etirazlarını bildirirlər. Dünən saat 00:00-dan binaların bəzilərində kəsilən elektrik enerjisi gecə yarısı qısa müddətlik bərpa edilsə də, bu gün səhər saatlarından işıqlar yenidən sönüb. Sakinlərin sözlərinə görə, binalara istilik və qaz verilmədiyindən evlərdə yaşayış mümkün deyil.

    Muxalifet4 - 5-12-2019

  15. ​SON DƏQİQƏ: Hərbi hissəyə SİLAHLI HÜCUM - Müdafiə Nazirliyinin əməkdaşları öldü

    ABŞ-ın Havay ştatındakı Perl-Harbor limanında silahlı hücum baş verib.
    Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
    Ölənlər Müdafiə Nazirliyinin əməkdaşları olub.
    Təhlükəsizlik Qüvvələri dərhal hərəkətə keçib. Lakin cinayətkar özünü öldürüb.
    Liman ABŞ Hərbi Hava Qüvvələri və donanma qoşunlarının ortaq istifadəsindədir.
    Qeyd edək ki, Perl-Harbor 7 dekabr 1941-ci ildə Yaponiya tərəfindən hücuma məruz qalmış, ABŞ-ın II Dünya Müharibəsinə girməsinə səbəb olmuşdu.

    Muxalifet - 5-12-2019

  16. Tanınmış azərbaycanlı generalın ailəsində AĞIR İTKİ

    Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi, general-leytenant Mürsəl Vəliyevə ağır itki üz verib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, dövlət agentliyinin rəisinin qardaşı Cəfər Vəliyev vəfat edib. XDMX rəhbərliyi və kollektiv general-leytenanta C.Vəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib. Allah rəhmət eləsin.

    Muxalifet - 5-12-2019

  17. İqbal Məmmədovun daha bir şirkəti haqda qalmaqal

    "Lerik Broyler" MMC-yə məxsus Lebro Quşçuluq Kompleksi Lerikin Piran kəndi ətrafında ekoloji cinayətlər törədir. 

    Bu barədə “Ecofront” səhifəsi məlumat yayıb. Məlumatda deyilir ki, müəssisə illərdir təsərrüfat və məişət tullantılarını meşə ərazilərinə atır, quşların qanını isə çaylara axıdır. Ölmüş və xəstə quşlar, yarasız yumurtalar meşə ərazilərinə atıldığı vaxtlar isə üfünət iyi ən pik həddə çatır. Yerli sakinlərin dediklərinə görə ev heyvanlarına xəstəlik yayılıb və onlarla iri buynuzlu və çox saylı digər ev heyvanları kütləvi tələf olub.

    Muxalifet - 5-12-2019

  18. Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq

    İrəvanın məkrli “3 tərəf” konsepsiyası rəsmən sıfırlandı; Paşinyanın Xankəndindəki eyforik çıxışına Avropadan sərt cavab verildi - “Yalnız iki icmanın özünüidarə statusu...”

    Muxalifet - 5-12-2019

  19. SON DƏQİQƏ: Bakıda bu yollar TAM BAĞLANDI

    Hazırda Bakının ən böyük prospekt və yolları tam bağlanıb.

    Şəhərin Qara Qarayev prospektindən Ziya Bünyadov prospektinə və Babək prospektindən Yusif Səfərov küçəsinə və Heydər Əliyev prospektinə çıxış məhdudlaşdırılıb.

    Nəticədə nəqliyyatın hərəkəti iflic olub.

    Bundan başqa, hazırda Q.Qarayev, Babək və Nobel prospektlərində böyük tixac müşahidə olunur.//axar

    Muxalifet - 5-12-2019

  20. DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Rus qırıcıları körpələrin olduğu xəstəxananı bombaladı - ANBAAN VİDEO

    "New York Times" rus pilotların Suriyada yaralıların saxlandığı xəstəxananı bombaladığı görüntüləri yayımlayıb. Muxalifet.az nytimes.com-a istinadla xəbər verir ki, Rusiya qırıcıları Suriyada xəstəxanaları bombalamağa davam edir. Bir müddət əvvəl "Newyorktimes" rus pilotların səs yazıları və görüntüləri ilə birgə Suriyada mülki şəxslərin qaldığı xəstəxanaların darmadağın edildiyi xəbərini yayımlamışdı. Həmin hadisədən qısa müddət sonra rus qırıcıları yenə xəstəxanalara hücum edib.

    Muxalifet - 5-12-2019

Pages