Axtarış
The search found 105844 results in 0.089 seconds.
Search results
Türkiyədə azərbaycanlılardan ibarət oğru dəstəsi yaxalandı - LALƏZAR, TAMELLA, KƏMALƏ, GÜLƏR VƏ DİGƏRLƏRİ... - FOTO
Türkiyənin Samsun şəhərində oğurluqla məşğul olan azərbaycanlılardan ibarət dəstə ifşa edilib. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəstə üzvləri Canik və İlkadım ilçələrində yerləşən iki alış-veriş mərkəzinin mağazalarından oğurluq ediblər. Polis əməkdaşları mağaza sahiblərinin şikayətləri əsasında hərəkətə keçib, ticarət mərkəzlərinin təhlükəsizlik kameraları araşdırılıb. 5-i qadın olmaqla, 7 nəfərlik dəstə üzvləri –Laləzar L., Bayram L., Tamella H., Kəmalə A., Gülər A., Nazim Y. saxlanılıblar.
Muxalifet - 5-12-2019
Bakıya qarşı yeni erməni qarayaxma kampaniyası - Paşinyan Azərbaycanı İŞİD-lə...
İrəvanda erməni baş nazir Paşinyan Azərbaycanın Qarabağ uğrunda mübarizəsini qaralamaq, ləkələmək üçün Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın öz torpaqları uğrunda müharibə kimi deyil, İŞİD-lə qarşıdurma kimi təqdim etməyə cəhd edir və bununla Qərbin, ABŞ-ın onsuz da var olan dəstəyini artırmağa çalışır. Azərbaycanın milli qürur məsələsini dini kontekstə gətirməyə çalışır. Mediyada yayılan məlumatlardan gördüyümüz kimi, İŞİD-in Qərbin Yaxın Şərqin işğalına haqq qazandırmaq üçün səhnəyə gətirildiyi sirr deyil.
Muxalifet3 - 5-12-2019
Yağış, qar yağacaq, külək əsəcək - Sabahın HAVASI
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 6-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 9-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq.Muxalifet - 5-12-2019
Azərbaycanda 16 icra başçısı vəzifəsindən azad edilib
2019-cu il ölkəmizdə bir çox hadisələrlə yadda qaldı.
Muxalifet.az xəbər verir ki, ölkədəki islahatlar bəzi məmurların işini itirməsi, bəzilərinin isə iş yerlərinin dəyişdirilməsi ilə nəticələndi.
Bu il Prezident İlham Əliyevin barələrində işdən azad edilməklə və iş yerlərinin dəyişdirilməsi ilə bağlı Sərəncam imzaladığı icra başçılarını təqdim edirik:
Əhməd Kərəm oğlu Muxtarov - Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı
Şahin Kərim oğlu Məmmədov - Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı
Muxalifet - 5-12-2019
Vaqif Əsədovdan təcili yardıma yol verməyən xanım sürücüyə: "Könüllü gəlsəniz..." - VİDEO
Tbilisi prospektində təcili tibbi yardım maşınına yol verməyən sürücü barədə yeni məlumatlar ortaya çıxıb.
Muxalifet.az BAKU.WS-ə istinadən xəbər verir ki, "Hər şey daxil" verilişinə telefon vasitəsi ilə qoşulan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bəzi məqamları açıqlayıb.Muxalifet - 5-12-2019
Dövlət Komitəsinin sədri: "Soydaşlar və diaspor təşkilatları haqqında" qanun layihəsi hazırdır"
"Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi, demək olar ki, hazırdır”. Muxalifet.az "Report"-a istinadən xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbayacan Partiyasının (YAP) keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, qanun layihəsi müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunacaq: “Ümid edirik ki, yeni parlament formalaşdıqdan sonra "Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq.
Muxalifet - 5-12-2019
Hökumətdən “7 gün istirahət” qərarı ilə bağlı açıqlama
Nazirlər Kabineti (NK) iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərarına dair açıqlama yayıb.
Qaynarinfo-nun xəbərinə görə, izahda bildirilib ki, bu qərara əsasən vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar:Muxalifet - 5-12-2019
400 minlik toyu ilə gündəmə gələn keçmiş məmur qızının əri ilə şıdırğı rəqsi - VİDEO
Xəbər verdiyimiz kimi, Bakı Lift İdarəsinin keçmiş rəisi Qüdrət Şükürovun qızı blogger Aysel Şükürovadan xəbər var.
BiG.AZ xəbər verir ki, Oktay adlı şəxslə ikinci dəfə ailə quran Ayselin əri ilə şıdırğı rəqsi sosial şəbəkələrdə yayılıb. Fenomeninin görüntüləri marağa səbəb olub.
Qeyd edək ki, Aysel 400 minlik toyu olması xəbəri ilə gündəmə gəlmişdi. Onun ilk evliliyindən Uğur adlı bir oğlan övladı var. İkinci evliliyindən isə Onur və Adlan adında əkiz övladı var.Muxalifet - 5-12-2019
"Onu dördüncü sırada görəndə utandım” - Messi
“Barselona”nın futbolçusu Lionel Messi “Liverpul”un hücumçusu Sadio Mane haqda fikirlərini bildirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Messi, seneqallı futbolçunun “qızıl top” üçün səsvermədə 4-cü yeri tutmasına münasibət bildirib:
“Qızıl top”un səsverməsində Maneni dördüncü sırada görəndə utandım. Ancaq düşünürəm ki, bu mövsüm namizədlər həddindən artıq çox idi. Buna görə də, konkret oyunçu seçmək çətin oldu. Xüsusilə, Manenin adını çəkdim, çünki o, futbolçu kimi çox sevdiyim biridir”.
Muxalifet - 5-12-2019
Cəbhəboyu zonada Azərbaycan Ordusu üçün yeni hərbi obyektlər tikilir - VİDEO
Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektdə olublar.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə nazirinə məruzə edilib ki, istifadəyə verilməsi planlaşdırılan bu hərbi şəhərciklər su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə tam təmin olunacaq, hərbi obyektlərdə ən müasir qurğular quraşdırılacaqdır.
Muxalifet - 5-12-2019
"Bizim Suriya torpaqlarında gözümüz yoxdur, gözü olanlara...” - Ərdoğandan SƏRT MESAJ
Suriyada nə işiniz var?", "Nə zaman çıxacaqsınız?” deyə hər kəs bizə ağıl verir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Londonda türklərlə görüşündə deyib.Muxalifet3 - 5-12-2019
Mağazalarda “Siqaret çəkən kolbasa”lar satılır – FOTO
Bakıda “siqaret çəkən kolbasa” satırlar. Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı alıcılar BAKU.WS-in “qaynar xətti”nə göndəriblər. Bildirilir ki, mağazalardan alınan Belarusda istehsal olunan kolbasanın üzərindəki Azərbaycan dilindəki tərcümə düzgün edilməyib. Çünki Belarus istehsalı olan “Белорусская традиция”, yarlıqlı “Замковая” adlı kolbasanın adı düzgün tərcümə edilməyib. Məhsulun adını “Saray” kimi tərcümə ediblər. Qeyd edək ki, məhsulun adı tərcümə edilmir. Sadəcə əcnəbi adlar Azərbaycan dilinə uyğunlaşdırılır. Təbii ki, ilk baxışdan bu gülməli görünə bilər.
Muxalifet - 5-12-2019
Gürcüstan, Ukrayna və Moldovanın XİN rəhbərləri Avropa İttifaqı ilə əlaqədar birgə bəyanata qol çəkdilər
Gürcüstan, Ukrayna və Moldovanın Xarici İşlər nazirləri Avropa İttifaqına inteqrasiya ilə əlaqədar birgə bəyanat imzalayıblar. Muxalifet.az xəbər verir ki, imzalanan bəyanat "Şərq Tərəfadaşlığı"nın 10 illiyində Avropa İttifaqı ilə assosiasiyası sazişi imzalamış hər üç ölkənin (Gürcüstan, Ukrayna, Moldova) İttifaq inteqrasiya sahəsində gündəmini ifadə edir. Hər üç ölkənin ərazi bütövlüyünün pozulması halını qətiyyətlə qınayaraq Avropa İttifaqını bu məsələdə səylərini daha da artırmağa dəvət edirik.
Muxalifet3 - 5-12-2019
İranın ABŞ-a qarşı ŞOK PLANI: Prezident seçkilərindən sonra Çinlə...
İran neft ixrac etmək üçün ABŞ-da keçiriləcək prezident seçkilərini gözləyir.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu İran Araşdırmalar Mərkəzinin iqtisadiyyat araşdırmaçısı Əhməd Nəbizadə deyib.
Ekspert bildirib ki, ABŞ-ın sanksiyaları, iqtisadi gəlirinin 80%-i neftdən daxil olan İran üçün böyük sıxıntı yaradır: “2020-ci ildə keçiriləcək prezident seçkilərinə ümid edirik. İran neft ixracatına davam etmək və iqtisadiyyatını düzəltmək üçün seçkilərə qədər ruhdan düşməməyə çalışır”.Muxalifet - 5-12-2019
Minlərlə işçi ixtisara düşəcək - Bank sektorundakı xaosdan necə sağ çıxmaq olar?
2019-cu ildə dünyada 73 400 bank işçisi ixtisara düşüb. İxtisarların 86%-i Avropa banklarını əhatə edib.
Son illər Azərbaycanda da bir neçə bank bağlanıb. Bəs karyerasını bank sahəsində planşlaşdıranlar gələcəkdə işsiz qalmamaq üçün nə etməlidirlər?
Bununla bağlı “Yeni Sabah”a danışan iqtisadçı Rəşad Həsənov qeyd edib ki, bu qədər çox ixtisarın səbəbi əsasən yüksək inkişaf etmiş informasiya texnologiyalarıdır:
Muxalifet - 5-12-2019
Tağıyevin villası SATIŞA ÇIXARILDI - REKORD QİYMƏT
Azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin İstanbul sahillərindəki Böyükadada yerləşən tarixi villası satışa çıxarılıb.
Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, rekord məbləğ-17 milyon lirə dəyərləndirilən 300 illik malikanəyə xeyli müştəri çıxıb.Muxalifet - 5-12-2019
MİDA-ya yeni aparat rəhbəri təyin edildi
Mənzil İnşaat Dövlət Agentliyində (MİDA) aparat rəhbəri vəzifəsinə təyinat olub.
Qurumdan verilən məlumata görə, bu vəzifə Fərman Vahid oğlu Qurbanlıya həvalə edilib.
O, indiyə qədər MİDA-nın Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifəsini tutub, Agentlikdən əvvəl isə “Bank BTB”, “PAŞA Bank” və "Yelo Bank" ASC-lərdə müxtəlif vəzifələrdə çalışıb.
F.Qurbanlı İngiltərənin Lankaster Universitetində Pul, Bankçılıq və Maliyyə üzrə magistr dərəcəsi alıb. //report
Muxalifet - 5-12-2019
“Ermənilərin bu hərəkəti axmaqlıqdır, məhz Qriboyedovun sayəsində onlar Qafqazda məskunlaşıblar” - YEVGENİ MİXAYLOV
Erməni faşisti və türklərin qanına susamış qəddar cani Qaregin Njdenin Ermənistanda qəhrəman obrazının yaradılması məsələsinin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən gündəm gətirilməsi Rusiya ictimaiyyətini də hərəkətə gətirib. Xəbər verdiyimiz kimi, Krasnodar vilayətinin Armavir şəhərində erməni kilsəsinin həyətində Njdeyə qoyulmuş xatirə lövhəsi əvvəlcə yerli dumanın deputatı tərəfindən qara boya ilə boyanıb. Daha sonra xatirə lövhəsi yerli ictimaiyyətin və əhalinin tələbi ilə sökülüb.
Muxalifet - 5-12-2019
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili işlər orqanlarında yeni təyinat olub.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, Quba Regional Pasport Qeydiyyat İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Hidayət Babayev vəzifəsindən azad edilərək Qusar Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, H.Babayev 2017-ci ilə qədər Qusar Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.Muxalifet - 5-12-2019
Fransa Alp dağlarında Rusiyanın bazasını... - Alman nəşri “Deutsche Welle” -dən açıqlama
Fransanın Le Monde qəzeti yazdığına görə, Qərb xüsusi xidmət orqanları Rusiyanın Dövlət Kəşfiyyat İdarəsinin (DKİ) 15 zabitinin, Fransanın Alp dağlarını Avropadakı əməliyyatlar üçün baza olaraq istifadə etdiklərini bəyan etdi.
Muxalifet.az bu barədə "vzqlyad.ru"-ya istinadla xəbər verir.Muxalifet3 - 5-12-2019