Axtarış
The search found 105844 results in 0.089 seconds.
Search results
SON DƏQİQƏ: Məhkəmə deputatın həbsdə olan oğlu ilə bağlı QƏRAR VERDİ
Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərləri barələrində seçilmiş həbs qətimkan tədbiri uzadılıb.
Nəsimi rayon Məhkəməsində prokurorluq tərəfindən verilən təqdimata baxılıb.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə - 2020-ci il martın 15-ə qədər uzadılıb.Muxalifet - 5-12-2019
Saçları tez-tez boyamaq XƏRÇƏNG YARADIR - Mütəxəssislərdən ŞOK
“Saç boyası xərçəngə səbəb olurmu” sualının cavabı milyonlarla qadını maraqlandırır. Mütəxəssislər bu sualın cavabını qismən tapıb.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, son aparılan tədqiqatlar mütəmadi olaraq boyanan və kimyəvi saç düzəldicilərindən istifadə edən qadınlarda döş xərçənginin daha geniş yayıldığını iddia edib. Bu barədə ABŞ Milli Sağlamlıq İnstitutu 46 min 709 qadının iştirak etdiyi araşdırma aparıb. Mütəmadi olaraq saçlarını boyayan qadınlarda döş xərçəngi riskinin boyamayanlardan yüksək olduğu üzə çıxıb.Muxalifet - 5-12-2019
FHN-nin qarşısında intihara cəhd – Vətəndaş özünü yandırmaq istədi - Foto
Ağsu rayon sakini Cahangirov Rəşad Firudin oğlu Fövqəladə Hallar Nazirliyinin binası qarşısında intihara cəhd edib. Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı müstəqil reportyor Fatimə Mövlamlı paylaşıb. Onun sözlərinə görə, Rəşad Cahangirov özünü yandırmaq istəyib. Lakin FHN-nin mühafizəçisi müdaxilə buna imkan verməyib. Vətəndaşın bu addımına səbəb Ağsuda yaşadıqların evin qəzalı olması, müvafiq qurumların, xüsusilə FHN-nin heç bir tədbir görməməsidir.
Muxalifet - 5-12-2019
YAP seçkilərə bu namizədlərlə gedəcək - AÇIQLANDI
Yeni Azərbaycan Partiyası 5 il müddətində öz deputatları ilə bağlı təhlillər aparır.
Muxalifet.az bildirir ki, bu sözləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Müsavat qəzetinin canlı yayımında deyib. O bildirib ki, seçki elan olunandan sonra kimin hansı dairədən namizədliyinin irəli sürüləcəyi müəyyən olunacaq:
"Bizim 71 nəfər deputatımız var idi. Onlardan yeni vəzifələrə təyinat alanlar, dünyasını dəyişənlər oldu. Hazırda 68 nəfər deputatla təmsil olunuruq. Bu deputatlarla bağlı təhlillər aparırıq.Muxalifet - 5-12-2019
Almaniyadan Türkiyəyə qarşı SƏRT ÇIXIŞ: NATO buna cavab verməlidir, əks halda...
NATO Türkiyənin S-400 hava hücumundan müdafiə sistemi almasına cavab verməlidir.
Muxalifet.az xəbər verir ki, bunu Almaniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Nils Şmid deyib.
“Başlanğıcda bu, NATO-nun problemi halına gəldi. Buna görə də alyansdan güclü cavaba ehtiyacımız var. Rusiya silahlarının Türkiyə torpaqlarına yerləşdirilməsi NATO-ya təhdid təşkil edir. Bu səbəbdən Türkiyə torpaqlarının müdafiəsi üçün başqa yol tapmaq lazımdır”, - senator bildirib.Muxalifet - 5-12-2019
Heç bir iş görməyən deputatlar hər ay bu qədər maaş alacaqlar - TAM SİYAHI
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğun olmaması barədə Qərarını elan edib.
Muxalifet - 5-12-2019
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Bratislavada görüşdü - Nəticə necə oldu?
Dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş olub. Üç saat yarımdan çox davam edən görüşdə tərəflər geniş müzakirələr aparıb. Muxalifet.az bu barədə "Amerikanın səsi"-nə istinadla xəbər verir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıb.
Muxalifet3 - 5-12-2019
"Əndamın yansın, Roza" - Aparıcı efirdə özünü saxlaya bilmədi - FOTO
Xarici görünüşü ilə tez-tez dünya ulduzları ilə müqayisə edilən Roza Zərgərli "Hər şey daxil"in efirində qonaq olub. Milli.Az xəbər verir ki, aparıcı Tarix Əliyev (Tolik) xanım ifaçını studiaya dəvət edərkən "Səhər-səhər durublar, indi işdə sənə baxırlar. Bəh-bəh, əndamın yansın, Roza. Qızıl vazalar olur e, ona dönmüsən" ifadələrini işlədib. Rozanın Tolikə cavabı gecikməyib: "Ürəyim, deyirsən e, baxırlar... Hamısı sənə alqış edirlər ki, nə gözəl qız çıxartmısan, nə gözəl müğənnidir. Alqış da sənə düşür".
Muxalifet - 5-12-2019
“Bazarstore”da 18 illik sosis və kolbasalar satılır: Müştərilərin sağlamlığı təhlükə altında - FOTOLAR
Bakının Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən “Bazarstore” mağazasında müştərilər son istifadə tarixi qeyd edilməyən məhsullar aşkarlayıblar. Maraqlısı odur ki, həmin məhsulların üzərində paketlənmə tarixi də səhv göstərilib. Belə ki, sosis və kolbasaların üzərində onların 2001-ci ildə paketləndiyi qeyd olunub. Bir neçə müştəri bu vəziyyətdən narahat olaraq məhsulu almaqdan imtina edib. Market işçiləri isə məhsulların yeni olduğunu bildiriblər. Onların sözlərinə görə, məhsulların üzərindəki rəqəmlər texniki səhvdən qaynaqlanır.
Muxalifet - 5-12-2019
Lukaşenko: Belarus heç vaxt Rusiyaya birləşməyəcək
Belarus heç vaxt digər dövlətin, hətta qardaş Rusiyanın belə tərkibinə daxil olmayacaq.
Virtualaz.org BelTA-ya istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko parlamentarilərlə görüşündə deyib.
O, hazırda Belarus və Rusiyanın vahid parlamentin yaradılmasını müzakirə etmədiklərini bildirib.
A.Lukaşenko qeyd edib ki, Rusiya Belarusun strateji tərəfdaşıdır və iki ölkə arasındakı mehriban qonşuluq münasibətləri zamanın sınağından keçib.
Muxalifet - 5-12-2019
Ermənilərlə anlaşan, pornoya çəkilən, Azərbaycandan imtina edən... – Ölkəmizə calanan xeyirsizlər
Xəbər verdiyimiz kimi, bu gün futbol üzrə Azərbaycan millisinin üzvü Eddi İsrafilovla bağlı İspaniyada qalmaqallı məlumatlar yayılıb. Yarımmüdafiəçi 2015-ci ilin iyulunda "Eybar"da çıxış edərkən komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda suçlanır. Onun 3 il müddətinə azadlıqdan məhrum edilməsi gözlənilir.
Muxalifet - 5-12-2019
Azərbaycanın ən gənc və ən yaşlı 5 nazir müavini – SİYAHI
Son vaxtlar ölkəmizdə aparılan kadr islahatları demək olar ki, bütün sahələri əhatə etməkdədir. Hökumət rəsmilərinin açıqlamarından da bilindiyi kimi, kadr islahatlarının əsas səbəblərindən biri də, vəzifəli şəxslərin əksəriyyətinin yaşlı nəslin nümayəndələri olmasıdır.
Muxalifet - 5-12-2019
SON DƏQİQƏ: növbədənkənar seçkilər bu tarixdə KEÇİRİLƏCƏK - SƏRƏNCAM
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Muxalifet - 5-12-2019
Ərdoğandan SON DƏQİQƏ F-35 və S-400 açıqlaması: "Trampla..."
“Trampla görüşümüz olduqca faydalı keçdi. Bəzi problemləri gündəmə gətirdik. Onları yenidən müzakirə etdik”. Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Londondakı NATO zirvəsindən sonra jurnalistlərə açıqlamasında deyib. Ərdoğan bildirib ki, ikili münasibətlərdə, xüsusilə, 100 milyard dollar həcmində ticarət üzərində işləməyə üstünlük veriləcək. Əlavə olaraq, F-35 və S-400 məsələlərində daha əvvəl səlahiyyət verilmiş şəxslər işlərinə davam edəcəklər. Muxalifet.az
Muxalifet3 - 5-12-2019
Dünyanı nə gözləyir? ABŞ-ın ölüm hökmü - Neftyuan ... - Təhlil
Bu həftənin əvvəlində Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinping Rusiyadan Çinə təbii qazı Sibirdən nəql edəcək qaz kəmərini işə saldılar. İki ölkə arasında enerji sferasında əməkdaşlıq gündəmdə olan bir sıra digər mövzuları gündəmə gətirir.
Çin yuanı çoxdan dolların dünya ehtiyat valyutası statusuna iddia edir. Tədricən güclənən Çin bir zamanlar yalnız investisiya alan bir ölkə idi və indi qlobal güc olmağa iddia edərək müxtəlif layihələrə investisiya qoyur. Çinin böyüyən iştahı özünü daha çox biruzə verir, bu yolda əsas rəqibi ABŞ-dır.Muxalifet3 - 5-12-2019
Türkiyə XİN naziri Çavuşoğlu Bratislavada Qarabağla bağlı açıqlama verdi
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslanaraq həllini tapmalıdır.
Muxalifet.az bildirir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.Muxalifet3 - 5-12-2019
Azərbaycanlı məşhur polkovnikə ABŞ-da YÜKSƏK VƏZİFƏ VERİLDİ
Amerikada yaşayan həmyerlimiz Nəimi Amiral Amerika ordusunda yüksək vəzifəyə təyin olunub. Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Belə ki, Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrində xidmət edən “Con” ləqəbli komandir, həmyerlimiz Nəimi Amiral Pentaqonda ABŞ Dəniz Qüvvələrinin Baş Ofisində Avropa və NATO Əlaqələri şöbəsinə rəhbərlik edəcək. Həmyerlimizin namizədliyi ABŞ Senatı tərəfindən 2019-cu il 22 noyabr tarixində təsdiq olunub.
Muxalifet - 5-12-2019
SON DƏQİQƏ: Fransada həyat durdu, genişmiqyaslı tətil keçirilir /Video
Fransada həmkarlar təşkilatları ölkə ərazisində genişmiqyaslı tətil keçirir.
Muxalifet.az "Trend"-ə istinadla bildirir ki, tətil ölkə prezidenti Emmanuel Makronun təklif etdiyi pensiya islahatları ilə əlaqədardır.
Yeni qaydalara əsasən, pensiya yaşının artırılması, daha tez pensiyaya çıxanların az pensiya alması təklif olunur.
Ümumölkə tətili nəticəsində nəqliyyat sisteminin işində ləngimələr yaranıb. Sürət qatarları və şəhərlərarası qatar reyslərinin 90 faizi təxirə salınıb.Muxalifet3 - 5-12-2019
Nazirlər Kabinetində daha bir təyinat
Nazirlər Kabinetinin (NK) Aparatında yeni təyinatlar olub.
Muxalifet.az-ın "Report"a istinadən xəbərinə görə, NK Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri vəzifəsinə Feyruz Mustafayev təyin edilib.
Baş Nazir Əli Əsədovun digər sərəncamı iilə Fəxri İsmayılov Baş Nazirin köməkçisi təyin olunub.
Muxalifet - 5-12-2019
Almaniyada 6 Azərbaycan vətəndaşı saxlanıldı
Almaniyaya qanunsuz yolla daxil olmağa çalışan 6 Azərbaycan vətəndaşı saxlanılıb. Muxalifet.az bildirir ki, bu barədə “Report” Almaniya Federal Daxili İşlər Nazirliyindən məlumat əldə edib. Belə ki, dekabrın 4-də “Mercedes Vito” markalı avtomobil A17 avtobanında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı məlum olub ki, sürücü Türkiyə, 6 sərnişini isə Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşlarının Latviya vizası ilə Almaniyaya səyahət etdiyi şübhə doğurduğundan araşdırmalara başlanılıb. Ailə polisə ifadəsində Almaniyaya turist kimi gəldiyini bildirib.
Muxalifet3 - 5-12-2019