Axtarış
The search found 105844 results in 0.136 seconds.
Search results
Paşinyan Ter-Petrosyanın planını reallaşdırır - Erməni ekspertdən ŞOK QARABAĞ ÇAĞIRIŞI
“Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın proqramını reallaşdırır”. Muxalifet.az xəbər verir ki, bu barədə İrəvan Ağsaqqallar Şurasının keçmiş üzvü, ekspert Marina Xaçatryan deyib. Onun sözlərinə görə, buna hərbi xidmətin 10 milyon dram ödənişlə əvəzlənməsi və bir çox şeylər nümunədir. Qeyd edək ki, Paşinyanın rəhbəri olduğu “Mənim Addımım” fraksiyasının deputatı Hayk Sarkisyanın 10 milyon dram ödəyərək bir ay orduda xidmət etməklə hərbi xidmətin əvəzlənməsini özündə əks etdirən qanun layihəsi ilə çıxış edib.
Muxalifet - 5-12-2019
Nurlana Əliyevaya yüksək VƏZİFƏ VERİLDİ - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 5-də Nurlana Əliyevanın “Naxçıvan” Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Muxalifet.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Nurlana Sabir qızı Əliyeva “Naxçıvan” Universitetinin rektoru təyin edilsin. Qeyd edək ki, Nurlana Əliyeva bundan əvvəl “Naxçıvan” Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb.
Muxalifet - 5-12-2019
Parisdə Makronun islatahlarına etiraz edilir
Prezident Emmanuel Makronun pensiya sistemini dəyişdirmək planları ölkədə ümummilli tətillərə səbəb olub. Paris şəhərində həyat tamamilə dayanıb.
Müxtəlif həmkarlar ittifaqları üzvləri, müəllimlərdən tutmuş yük maşını sürücülərinə qədər cümə axşamı işlərindən çıxıb Fransa paytaxtının küçələrinə axın ediblər.
Polis bu etirazların baş qaldırdığı küçələrdə yerləşən dükan, kafe və restoranlara bir günlük bağlanma göstərişi verib. Eyni zamanda prezident sarayının ətrafı bloklanıb.Muxalifet3 - 5-12-2019
Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı - 20 min manata - FOTOLAR
Baş nazirin keçmiş müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Əli Həsənovun qalmaqallı nəvəsi gözlənilməz addım atıb. Sabiq məmurun nəvəsi bahalı avtomobil nömrələrini satışa çıxarıb. Belə ki, Nail Allahverdiyev elan saytlarından birində nömrələri satışa çıxarıb. O, 10-PP-203, 10-YY-203 və 10-OO-203 seriyalı 3 nömrəyə 20 min manat qiymət qoyub. Elan Nail Allahverdiyevin yaşadığı Sumqayıt şəhərindən yerləşdirilib.
Muxalifet - 5-12-2019
Bakı metrosu ilə bağlı gözlənilməz xəbər yayıldı - Həmin ərazidə nə baş verir? - AÇIQLAMA
Sosial mediada Bakıda metro tikintisində problem yarandığı, işlərin dayandırıldığı haqda məlumat yayılıb.
Muxalifet.az redaktor.az-a istinadən xəbər verir ki, söhbət Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, "Papanin" kimi tanınan ərazidə illərdir tikilməkdə olan metro stansiyadan gedir. İddia olunur ki, həmin ərazidə tunel inşası zamanı həddindən artıq qrunt suları çıxıb. Nəticədə tikinti işləri dayandırılıb.
Məsələ ilə bağlı açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyilənlərin həqiqət olmadığını bildirib:Muxalifet - 5-12-2019
"Omba sümüyümdə problem var" - Roza Zərgərli
“Fevral ayında ağır əməliyyata girəcəyəm. Omba sümüyümdə problem var”. Muxalifet.az-ın xəbərinə görə, bunu müğənni Roza Zərgərli deyib. Müğənni bildirib k, o, sağlamlığımda problem olduğu üçün xoşbəxt deyil: “İnsan sağlam olmayanda xoşbəxt olmur. Ona görə də mən tam xoşbəxt deyiləm. Çünki sağlamlığımda problemlər var. “Endoprotez” qoyduracağam. Mənim kimi bir yerdə durmayan, hər zaman fəaliyyətdə olan insan üçün “endoprotez”i qoydurmaq şikəst olmaq kimi bir şeydir”. Əməliyyatdan sonra iki ay efirlərə çıxmayacağam. Fəaliyyətimə bir az ara verəcəyəm. Bu da mənə xoşbəxtlik gətirmir.
Muxalifet - 5-12-2019
Zelenskinin "B" planı üzə çıxdı - Dekabrın 9-da işə düşəcək
Ukrayna prezidenti Vladimir Zelenskinin köməkçisi rəsmi Kiyevin Donbasla bağlı "B" planı barədə danışıb.
Andrey Yermak bildirib ki, "B" planı "Normand formatı" çərçivəsində Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin görüşündə irəliləyiş əldə edilməyəcəyi halda işə düşəcək:
"Prezident Parisə açıq mövqe ilə gedir. Ukrayna müharibənin dayanması və diplomatik danışıqlar üçün hər şeyə hazırdır. Lakin bizim "B" planımız da ehtiyatdadır. Plan Donbas divarının izolyasiyasını nəzərdə tutur".Muxalifet - 5-12-2019
Yunanıstan Türkiyəni TƏHDİD ETDİ: Hər cür silahı istifadə edəcəyik
Türkiyə ilə Liviya arasında imzalanan Aralıq dənizində sərhəd sahələrinin məhdudlaşdırılması haqqında razılaşma, İsrail rəhbərliyində narahatlığa səbəb oldu. Gələn son dəqiqə məlumatına görə Yunanıstan rəhbərliyi, Türkiyənin qazma işlərini səbəb gətirərək guya "Aralıq dənizidəki şərqindəki təbii resursları qoruma altına almaq" üçün Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdi və "hər cür qanuni silahdan istifadə edəcəyik" dedi. Muxalifet.az
Muxalifet3 - 5-12-2019
Hansı hallarda yollar bağlana bilər? – EKSPERTƏN AÇIQLAMA
Azərbaycanda avtomobil yollarının bağlanması və bu səbəblə yaranan iri tıxaclar sürücülərin başlıca problemlərindəndir. Belə ki, dövlət əhəmiyyəli tədbirlər zamanı yolların bağlanması başadüşüləndir. Amma eyni tədbir səbəbilə şəhərin iki və ya daha artıq yerində yolların bağlanması insanda sual doğurur. Belə olan halda bu, sürücülərlə yanaşı ictimai nəqliyyat vasitələrindən istifadə edən insanların müəyyən problemlər yaşamasına səbəb olur. Aydın məsələdir ki, belə tıxaclar, böyüklərin işə, məktəblilərin isə təhsil müəssisələrinə yubanmalarına səbəb olur.
Muxalifet - 5-12-2019
Səhiyyə sistemi icbari tibbi sığorta öncəsi “sinifdə qaldı”
"Gələn il icbari tibbi sığorta sistemi işə düşəcək. Vətəndaş səhiyyə sistemində özü ilə bağlı olan məlumatları onlayn formada əldə edə bilirmi? SMS məlumatlandırma varmı? Hansı xidmətləri elektron fromada əldə edə bilir? Həkim qəbuluna yazılma üzrə e-növbə sistemi varmı?” Bu barədə tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz açıqlama verib. Səhiyyə sisteminin nə dərəcədə rəqəmsallaşmasını şərh edən O.Gündüz tənqidi fikirlər səsləndirib: "MyGov-a daxil olarkən ümumiyyətlə burada Səhiyyə Nazirliyinin adına rast gəlmək mümkün deyil.
Muxalifet - 5-12-2019
Meyxanaçı Ağamirzə illər əvvəl - FOTO
Meyxanaçı Ağamirzə arxiv fotosunu paylaşıb. Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, o, mərhum meyxanaçı Ağasəlim Çıldaq və Kərimlə olan fotosunu "İnstagram" səhifəsində yayımlayıb. Sənətçi paylaşımını belə şərh edib: "Allah Ağasəlim Çıldağa rəhmət etsin, qardaşım Kərimə şəfa versin". Qeyd edək ki, foto 1995-ci ildə çəkilib.
Muxalifet - 5-12-2019
QARABAĞ DANIŞIQLARINDA NƏ BAŞ VERİR? – “Rusiya Qarabağa ordu yerləşdirmək istəyir”
Dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan Xarici Işlər nazirlərinin növbəti görüşü baş tutub. Sonuncu dəfə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov erməni həmkarı Zöhrab Mnatsakanyanla sentyabrın 24-də ABŞ-ın Nyu-York şəhərində görüşmüşdülər. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Bratislavada keçirilən görüş 3 saat yarımdan çox davam edib.
Muxalifet - 5-12-2019
"İkisi də ölməli idi, çünki namussuzluq idi" - Əmisi oğlunun arvadı ilə qaçan...
Qubada qohumunun arvadını qaçıran şəxsi döyərək öldürməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb. Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Şahmar Əsədov, Sadıq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə məhkəmə iclası baş tutub. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə prosesi başlamazdan əvvəl təqsirləndirilən şəxslərdən Mətləb Muradov məhkəməyə etiraz edib. O bildirib ki, ona qarşı irəli sürülən ittiham əsassızdır.
Muxalifet - 5-12-2019
Azərbaycanlı kolbasa sexinin rəhbərinin DƏBDƏBƏLİ VİLLASI - VİDEO / FOTOLAR
“CF” və “KRİSTAL” əmtəə nişanlı ət məhsulları istehsal edən “Kristal CF” MMC şirkətinin rəhbəri Cəfər və Fəxrəddin adlı iş adamları tərəfindən qurulub.
BiG.AZ xəbər verir ki, şirkət rəhbərlərindən biri olan Fəxrəddin bəyin qızı instaqramda cütlük səhifəsi kimi fəaliyyət göstərir. Elmira və Tural adlı səhvlərində tez-tez paylaşım edən cütlüyün instagram üzərində 300 minə yaxın izləyicisi var. Cütlük tez-tez dəbdəbəli məclisləri və görüntüləri ilə diqqətdədir. Fəxrəddin bəyə məxsus olan villanı izləyicilər hətta otel və istirahət mərkəzinə bənzədiblər.Muxalifet - 5-12-2019
SON DƏQİQƏ: Yüksək vəzifəyə təyin olunan Fəxri İsmayılov kimdir? - DOSYE/FOTO
Bu gün Fəxri İsmayılov Baş nazir Əli Əsədovun köməkçisi təyin olunub. Publika.az Fəxri İsmayılovun tərcümeyi-halını təqdim edir: Fəxri İsmayılov 1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit” fakültəsinin bakalavr, 1998-2000-ci illərdə isə həmin fakültənin magistr pilləsini bitirmişdir. 2001-2004-cü illərdə Maliyyə kafedrasının aspirantı olmuşdur. 2008-ci ildə ABŞ-ın J.Kennedi adına Harvard Universitetinin "Dövlət Maliyyəsinin Menecmenti" ixtisasartıma proqramını bitirmişdir.
Muxalifet - 5-12-2019
Pakistanın baş nazirindən bu türk serialı ilə bağlı TƏLƏB: Dövlət televiziyasında - FOTO
Pakistanın Baş naziri İmran Xan Türkiyə istehsalı olan “Diriliş Ertuğrul” serialının yerli dövlət televiziyası PTV-də yayımlanmasını tələb edib. Bu barədə İnformasiya naziri Firdevs Aşık Avan açıqlama verib. Onun sözlərinə görə, serial islam tarixinin gənclərə aşılanmasına müsbət təsir edəcək. Nazirin sözlərinə görə, serialın yayım hüququ artıq alınıb, hazırda tərcüməsi həyata keçirilir.//redaktor.az
Muxalifet - 5-12-2019
SON DƏQİQƏ: Nazirdən gözlənilməz əmr - Yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. Muxalifet.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə görə, DİN-in Mətbuat xidmətinin rəis müavini, “Mübariz Keşikdə” qəzetinin redaktoru, polis polkovniki Cavid Xaspoladov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Qeyd edək ki, C.Xaspoladov xidmətləri fəaliyyəti dövründə DİN-in bir çox mükafatlarına layiq görülüb, “İgidliyə görə” medalı ilə təltif olunub.
Muxalifet - 5-12-2019
Məktəblərdə “həyəcan” düyməsi olacaq - Yeni qərar
Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə” qərar qəbul edib. Muxalifet.az xəbər verir ki, qərara əsasən dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi üçün hər bir dövlət ümumi təhsil müəssisəsi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında “həyəcan” düyməsi ilə təmin ediləcək.
Muxalifet - 5-12-2019
“BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan!
Ölkənin ən gənc mobil operatoru “Nar”, “BakuTel-2019” - 25-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak edir. Hər zaman müştəriyönümlü addımları və yenilikləri ilə seçilən “Nar” yubiley sərgisində interaktiv stendi ilə ziyarətçiləri qarşılayır.
Muxalifet4 - 5-12-2019
Türkiyə millisinin baş məşqçisi azərbaycanlılara SƏSLƏNDİ: Hər kəsi orada gözləyirəm
Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Bakıya səfəri zamanı azərbaycanlı azarkeşlərə müraciət edib. Muxalifet.az xəbər verir ki, AFFA-nın rəsmi "Facebook" səhifəsində 67 yaşlı mütəxəssisin müraciəti paylaşılıb. Təcrübəli məşqçi 2020-ci ildə keçiriləcək Avropa çempionatı üçün bütün azarkeşləri Bakı Olimpiya Stadionunda gözlədiklərini vurğulayıb: "Türkiyədəki futbolsevərlərlə, eyni zamanda Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik. Gözəl matçlar bizi gözləyir. Hər kəs biletini alsın və bizimlə bərabər olsun".
Muxalifet - 5-12-2019