Axtarış
The search found 105844 results in 0.093 seconds.
Search results
BDU-nun kafedra müdirinin polis oğlundan etiraf: “Dələduzluğu qəbul edirəm"
Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin sahə müvəkkili Azər Qasımov dələduzluq və rüşvət verməyə təhrikə görə həbs olunub. O, oğlu həbsdə olan ata və anadan övladının azadlığa buraxılmasına yardım etmək adıyla pul alıb aldatmaqda ittiham edilir. Azər Qasımov Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı olmuş, hazırda isə universitetin Mülki proses, əmək və ekologiya hüququ kafedrasına rəhbərlik edən professor Alış Qasımovun oğludur.
Muxalifet - 5-12-2019
Müxalifət seçkiyə gedəcək? - SİYASİ PARTİYALARDAN AÇIQLAMA
Prezident İlham Əliyev Milli Məclisin buraxılması haqqında sərəncam imzalayıb və növbədənkənar parlament seçkilərinin keçirilməsi 2020-ci ilin doqquz fevral tarixinə təyin edib.
Bir gün əvvəl isə Konstitusiya Məhkəməsi parlamentin buraxılmasını Konstitusiyaya uyğun hesab edib.
Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması ilə bağlı dövlət başçısına müraciət edib.
Bundan öncəki parlament seçkilərini boykot edən müxalifət partiyaları isə bu seçkiyə hansı şərtlər altında gedib-getməyəcəyinin müzakirəsini yekunlaşdırıb.
Muxalifet4 - 5-12-2019
ABŞ İRANA ORDU GÖNDƏRİR - Minlərlə texnika, döyüş gəmiləri və...
ABŞ İrana qarşı 14 min əsgər yollayacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti iddia yayıb.
Qəzet Tramp Administrasiyasının Yaxın Şərqə minlərlə əsgər göndərəcəyini planlaşdırdığını adı açıqlanmayan ali səlahiyyətli rəsmi mənbəyə istinadən xəbər verib. Bildirilib ki, İrana qarşı 10-dan çox döyüş gəmisi, mindən çox hərbi sursat göndəriləcək. Qeyd edilib ki, ordunun göndərilməsi bu ay ərzində olacaq.
İddia reallığa çevrilərsə, ABŞ-ın Yaxın Şərqdəki hərbçi sayı ikiqat artacaq.//PublikaMuxalifet - 5-12-2019
"Oktay Gülalıyevin səhhətində yaxşılığa doğru dəyişiklik yoxdur" - XANIMI DANIŞDI
“Hüquq müdafiəçisi Oktay Gülalıyevin səhhətində yaxşıya doğru dəyişiklik yoxdur, vəziyyəti ağır olaraq qalır”.
Bu barədə “Turan” hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyevaya istinadən məlumat yayıb.
Oktay Gülalıyev İstanuldakı “Amerika klinikası”nda müalicə alır.
Muxalifet4 - 5-12-2019
“Həkim 200 manat artıq qazanmaqdan ötrü qızımı öldürdü” - ŞOK İDDİA
“Həkim onun növbəsinə düşsün, pulu o alsın deyə, qızıma 3 iynə vurub, doğuşu tezləşdirdi. İynələrin təsirindən qızımın damarları partladı. Doğuşdan sağ çıxmadı. Şikayət etmədiyimiz yer qalmayıb, polis işi araşdırmır, pul alıb, susur”.
Muxalifet4 - 5-12-2019
İranda öldürülən etirazçıların sayı azı min nəfər olub - ABŞ İRAN HAKİMİYYƏTİNİ İTTİHAM ETDİ
ABŞ Dövlət Departamenti İran hakimiyyətini etiraz aksiyalarının başlanğıcından uşaqlar da daxil olmaqla, azı 1000 nəfərin qətlində ittiham edib. Bu barədə jurnalistlərə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib. "Biz Tehranda və onun ətraflarında yüzlərlə insanın qətli haqqında xəbərlər eşitdik. Həqiqət ən azı sızır, deyəsən rejim etirazların başlanğıcından mindən çox İran vətəndaşı öldürə bilib", - o deyib. Onun sözlərinə görə, öldürülmüş insanlar arasında uşaqlar da var.
Muxalifet4 - 5-12-2019
Rusiyada futbol matçları zamanı stadionlarda pivə satışına icazə veriləcək
Rusiya Dövlət Dumasının Bədən tərbiyəsi, idman, turizm və gənclər məsələləri komitəsi futbol matçları zamanı stadionlarda pivə satışına qoyulan qadağanı qaldıran qanun layihəsi tövsiyə edib.
"Report"un məlumatına görə, qanun layihəsi birinci oxunuşda nəzərdən keçiriləcək. İkinci oxunuşda digər idman növləri üzrə federasiyaların sorğuya cavabları əsasında düzəlişlər qəbul ediləcək.
Qeyd edək ki, Rusiyada idman obyektlərində pivə satışına qoyulan qadağa 2005-ci il yanvarın 1-dən qüvvədədir.
Muxalifet - 5-12-2019
Pentaqon təkzib etdi: Hərbçilər göndərmirik!
Yaxın Şərqə 14 min amerikalı hərbçinin göndəriləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Axar.az xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Alisa Fərəh deyib. “ABŞ Yaxın Şərqə İrana qarşı 14 min hərbi qüvvə göndərmir”, - deyə Fərəh bildirib. Qeyd edək ki, “Vol Strit” Donald Tramp administrasiyasının regiona İrana qarşı 14 min hərbçi, 10-dan çox döyüş gəmisi və digər texnikalar göndərməyə hazırlaşdığını yazmışdı.
Muxalifet4 - 5-12-2019
YAP MÜXALİFƏTİ SEÇKİYƏ ÇAĞIRIR - "İstənilən halda seçkilərə qatılmaq partiya üçün faydalıdır"
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun növbədənkənar parlament seçkisi ilə bağlı məqalə yazıb. Həmin məqaləni təqdim edirik:
Muxalifet4 - 5-12-2019
Qadın metroda iki kişiyə təcavüz etdi - Kuryoz olay
Metroda əxlaqsızlıq edib, söyüş söyən 24 yaşlı qadın polis tərəfindən saxlanılıb.
Muxalifet.az milli.az-a istinadla xəbər verir ki, London şəhərindən Esseks qraflığına yola düşən sərnişin qatarında maraqlı anlar yaşanıb.
24 yaşlı adı açıqlanmayan qadın iki kişi sərnişinə qarşı əxlaqsızlıq edib, onların intim yerlərinə toxunub və narahatlıq verib.
Yüksək səslə söyüş söyən qadın başqalarını da narahat edib. Digər sərnişinlər həmin anları mobil telefonla kameraya çəkiblər.Muxalifet - 5-12-2019
Çavuşoğlu: "Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun nizamlanmalıdır”
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun olaraq nizamlanmalıdır. Muxalifet.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Slovakiyada ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında deyib. O bildirib ki, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır: "Biz beynəlxalq hüquqa uyğun və ərazi bütövlüyü əsasında həll yolu tapmalıyıq. Türkiyə tezliklə ATƏT-in Əməkdaşlıq və Təhlükəsizlik Forumunun sədri olacaq və biz bütün üzv dövlətlərlə və təşkilatlarla əməkdaşlığa ümid edirik.
Muxalifet - 5-12-2019
Hollandiyada cinayətkar qıtlığı: Həbsxanalar bağlanır
Hollandiyada həbsxanalar və koloniyalar bağlanır.
Ölkədə cinayətkarlar yetərli sayda deyil.
“Businnes Insider”in yazdığına görə, 2013-cü ildə Hollandiyada 19 həbsxana bağlanıb, çünki ölkədə onları doldurmaq üçün cinayətkarlar yetərli sayda deyil.
Boş həbs otaqlarının problemi o qədər aktuallaşıb ki, 2016-cı ildə Hollandiya həbsxanalarını doldurmaq üçün Norveçdən 240 məhkum da gətirilib.
Bununla birlikdə Ədliyyə naziri Ard van der Styur parlamentdə yarısından çoxu boş həbsxanaların olmasının bu qədər kiçik bir ölkə üçün çox yüksək olduğunu söyləyib.
Muxalifet - 5-12-2019
Erməni politoloq: “Qarabağ münaqişəsi ətrafında danışıqları bu andan başlayaraq mənasız hesab edirəm”
“Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqları bu andan başlayaraq mənasız hesab edirəm”. Muxalifet.az xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan öz “Facebook” səhifəsində yazıb. O, Azərbaycan mövqeyi ilə tanış olduğunu və bu andan etibarən danışıqların mənasız olduğunu bildirib. “Bütün qabiliyyətləri ordu ətrafında qruplaşdırmağa çağırış edirəm”,- deyə Sarkisyan qeyd edib. Muxalifet.az
Muxalifet3 - 6-12-2019
Pentaqon hipersəs raketlərindən müdafiə sisteminin prototipini hazırlamaq üçün 4 şirkətlə müqavilə imzalayıb
ABŞ Raketdən Müdafiə Agentliyi hipersəs raketlərindən erkən xəbərdarlıq və aşkarlama sisteminin prototipini hazırlamaq üçün dörd şirkətlə razılaşıb.
Muxalifet.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkətlərlə ümumi dəyəri 20 milyon dollar olan müqavilə imzalayıb.Məlumata görə, “Northrop Grumman”, “Raytheon”, “Harris Corporation” və “Leidos” şirkətləri hipersəs və ballistik raketləri izləmək üçün sensorun protoripini hazırlayacaqlar.
Muxalifet.azMuxalifet3 - 6-12-2019
Makron fransalı hərbi qüvvələrin göndərilməsi üçün Qərbi Afrika liderlərindən təsdiq istəyib
“Qərbi Afrika liderləri Fransanın hərbi varlığını istədiklərini və ehtiyac duyduqlarını açıq şəkildə bildirməlidirlər”.
Muxalifet.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu dünən Fransa prezidenti Emmanuel Makron deyib.Muxalifet3 - 6-12-2019
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - Əmi 11 yaşlı qardaşı qızını... - FOTO
Azərbaycanda əmi 11 yaşlı qardaşı qızını öldürərək basdırıb. Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində axtarılan Nərmin Quliyevanın axtarışları ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Efirə bağlanan tamaşaçı bildirib ki, əmisi Nərmini öldürüb basdırıb. Aparıcı bildirib ki, Nərminin əmisi, əmisi oğlu polislər tərəfindən saxlanılıb: "Nərminin anası Aynurə isə ifadə üçün polis bölməsinə gedib".
Muxalifet - 6-12-2019
Yanacaqdoldurma məntəqəsinə silahlı basqın
Yerevanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. "Report" xəbər verir ki, bu barədə "Shamshyan.com" bildirib. Qeyd edilir ki, təxminən gecə saat 4 radələrində qeydə alınıb. Kanaker-Zeytun rayonunda maskalı şəxslər stansiyanın əməkdaşlarının istirahət otağına soxulublar. Onların yanacaqdoldurma məntəqəsinin əməkdaşlarını tapança, bıçaqla və elektroşokla hədələyərək pul, mobil telefonlar və kompyuteri qarət ediblər. Cinayətkarlar bundan sonra "Opel" avtomobili ilə naməlum istiqamətdə gediblər.
Muxalifet - 6-12-2019
Azərbaycanın müdafiə taktikasında mühüm gəlişmə
İşğalçı tərəf sülhü atəşə tutarkən Bakı cəbhə xəttində mövqeyini gücləndirir; erməni hərbi ekspertdən şok açıqlama; Tofiq Zülfüqarov: “Rusiya rəhbərliyi Lavrovdan narazıdır...”
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son Bratislava görüşü də nəticəsiz bitdi. Əslində heç bir möcüzə gözlənilmirdi də. Çünki rəsmi İrəvan az qala görüş başlayan ana kimi Dağlıq Qarabağla bağlı nisbi və formal irəliləyişin belə mümkünsüz olması üçün əlindən gələni etdi.
Muxalifet - 6-12-2019
SON DƏQİQƏ: Senatdan ermənilərə DAHA BİR ZƏRBƏ - Arzuları yenə ürəklərində qaldı
ABŞ Senatında 1915-ci il hadisələrini formal olaraq "Erməni soyqırımı" kimi tanıyan tanıyan 150 nömrəli qətnamənin səsverməyə çıxarılmasının qarşısı üçüncü dəfə alınıb. Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə senator Kevin Kreymer buna mane olub. Onun Ağ Evin istəyi ilə bu addımı atdığı bildirilir. Kreymer özü isə məsələni bu cür şərh edib: "ABŞ prezidenti Donald Tramp NATO sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən yenicə qayıdıb. Hesab edirəm ki, layihənin səsverməyə çıxarılması üçün doğru zaman deyil.
Muxalifet - 6-12-2019
Azərbaycanda prokurorun ailəsində AĞIR İTKİ
Ağcabədi rayon prokuroru Salman Səmədova ağır itki üz verib.
Publika.az xəbər verir ki, ədliyyə polkovniki S.Səmədəovun atası Səməndər kişi vəfat edib.
Baş Prokurorluğun kollektivi və rəhbərliyi S.Səmədova ağır itki ilə əlaqədar başsağlığı verib.
Allah rəhmət eləsin!Muxalifet - 6-12-2019