Axtarış
The search found 105844 results in 0.097 seconds.
Search results
Erməni polkovnikdən SENSASİON SÖZLƏR: Azərbaycan hücum etsə...
Ehtiyatda olan erməni polkovniki, Dağlıq Qarabağı işğal edən erməni hərbi birləşmələrinin komandiri olmuş Arkadi Karapetyan erməni mətbuatına açıqlama verərək, müharibənin bərpa olunmasından qorxduğunu etiraf edib.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan oğullarının şücaətinin canlı şahidi olmuş erməni hərbçi müharibənin bərpa olunma ehtimalının nə Ermənistandan, nə də onun siyasətindən asılı olduğunu qeyd edib.Muxalifet - 6-12-2019
Tələbələri daşıyan mikroavtobus qəza törədib - FOTO
Antalyada əlil tələbələri daşıyan mikroavtobus qəza törədib.
Muxalifet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəzada yaralanan 4 tələbə yoxlama məqsədi ilə xəstəxanaya aparılıb. Kəsişməyə yaxınlaşdıqda bir avtomobil mikroavtobusun qarşısına çıxaraq onunla toqquşub.
Qəzadan sonra mikroavtobus elektrik dirəyinə çırpılaraq dayana bilib.Muxalifet - 6-12-2019
Mikayıl Cabbarov erməni nazir müavinini BELƏ SUSDURDU - Möhtəşəm cavab
İqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyanın bu gün Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında “Fəxri Xiyabana səfər nəyə görə proqrama salınmalıdır” sözlərinə cavab verib. “Report”un məlumatına görə, azərbaycanlı nazir erməni tərəfinin reaksiyasını başa düşdüyünü deyib: “TRACECA-nın məzmunu aydındır.
Muxalifet - 6-12-2019
SSRİ-dən qaçan KQB mayoru ABŞ-da öldü
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 8-ci idarəsinin (rabitə və şifrələmə) keçmiş mayoru Viktor Şeymov ABŞ-da ölüb. Bu barədə məlumatı “Komsomolski Pravda” yayıb. Məlumata görə, Şeymov 73 yaşında ciyərlərindəki xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Viktor Şeymov 1980-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin vasitəçiliyi ilə SSRİ-dən qaçıb. O, SSRİ rəhbəri Yuri Andropovun əsas kriptoqrafı olub. Şeymov ABŞ-da1979-cu ildən özünün istəyi əsasında çalışmağa başlayıb.
Muxalifet - 6-12-2019
NATO-nun əsas düşməni Rusiya deyil - İDDİA
NATO-nun əsas düşməni artıq Rusiya yox, Çindir.
Muxalifet.az xəbər verir ki, bu iddia ilə Almaniyanın “Die Welt” qəzeti çıxış edib.
Alyansın gələcəyi ilə bağlı narahatlıqları dərc edən qəzet bildirir ki, hərbi-siyasi blokda Çinin rolu haqqında vahid fikir yoxdur.Muxalifet - 6-12-2019
Gürcüstanda yaşayan azərbaycanlılara ŞAD XƏBƏR: bundan sonra...
Azərbaycan hökuməti Gürcüstan vətəndaşları olan azərbaycanlıların Azərbaycanın ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil almaları üçün kvota ayırıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.
Muxalifet - 6-12-2019
Rusiyadan yeni S-400 BƏYANATI
Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidmətinin sədri Dmitri Şuqayev, Türkiyə və Rusiyanın, yeni S-400 satışına dair razılaşma üzərində çalışdığını açıqladı. Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir. Şuqayev Rusiya və Türkiyənin 2020-ci ildə əlavə S-400 sistemlərinin çatdırılması üzrə müqavilə imzalamasının mümkün olduğunu ifadə etdi. O, ayrıca Rusiyanın Türkiyəyə münasib qiymətlərlə təyyarə tədarük etməyə hazır olduğunu söylədi. Muxalifet.az
Muxalifet3 - 6-12-2019
ABŞ DÖVLƏT DEPARTAMENTİ DƏHŞƏTLİ RƏQƏM AÇIQLADI - İranda etirazlar: rejim 1000-dən çox adam öldürüb?
İranda benzinin bahalaşmasına etiraz olaraq bu günlərdə baş qaldıran və bütün ölkəni bürüyən etirazların yatırılması zamanı təhlükəsizlik qüvvələri, bəzi məlumatlara görə, mindən çox adam öldürüb. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib.
Muxalifet - 6-12-2019
Efirdə meyxanaçı ilə aparıcı arasında QALMAQAL: "Tolik, sənin padruqaların..." - FOTO
"Aqşinə görə mənimlə düşmən olan insanlar var. Duetimizdən sonra məni gözü götürməyən insanlar çoxdur". Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, bunu "Hər şey daxil"də aparıcı Tarix Əliyevin (Tolik) sualını cavablandırarkən Aqşin Fatehin duet ortağı Nəfəs deyib. Aqşin onunla duetindən sonra bəzi məşhurların Nəfəslə düşmənçilik etməsinin səbəbini izah edib: "Tolik, bilirsən niyə Nəfəsdən xoşları gəlmir? - Çünkü, Nəfəs xanımı artıq TREND-də 30 milyona yaxın insanlar izləyiblər. İllərin sənətçiləri var ki, çalışırlar vuruşurlar, bu uğuru əldə edə bilmirlər.
Muxalifet - 6-12-2019
Suriyada 5 türk hərbçisi həlak oldu
Suriyanın sərhədində yerləşən Cerablus şəhərindəki Baldak keçid məntəqəsində 5 türk əsgəri öldü, daha on iki nəfər yaralandı. Muxalifet.az bildirir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb. Hadisə türk hərbi karvanı Baldak keçid məntəqəsindən keçərkən partlayıcı yüklənmiş avtomobilin partlayışı zaman baş verib. Partlayıcı maddə olan avtomobil qəza bəhanəsi ilə buraxılış məntəqəsinin yaxınlığında dayandı. Bütün zərərçəkənlər Türkiyədəki xəstəxanaya təxliyə edildi.
Muxalifet3 - 6-12-2019
Azərbaycanı gələn il “Eurovision”da kim təmsil edəcək?
Murad Arif gələn il Azərbaycanı “Eurovision”da təmsil etmək niyyətindədir. Muxalifet.az xəbər verir ki, aparıcı-müğənni bu barədə sosial şəbəkədə elan edib: “Elektra Hall konsertimdən sonra, bəyan etmək istəyirəm və hər birinizdən bu bəyanata dəstək gözləyirəm... “Eurovision 2020” üçün namizədliyimi rəsmi olaraq təklif edirəm! Mən buna hazıram! Mən bunu arzulayıram! Bizə 3 dəqiqəlik HIT lazımdır! Özümüz yazaq, öz uşaqlarımızla, öz nəğməmizlə oraları partladaq!” Müğənni özünə əmin olduğunu və təşkilatçılardan bu yolda dəstək gözlədiyini gizlətməyib.
Muxalifet - 6-12-2019
Baş nazirin müavinindən əhaliyə ŞAD XƏBƏR
Azərbaycanda həyata keçirilən siyasətdə sosial yönümlülük qabarıq şəkildə özünü göstərir. Ölkənin iqtisadi inkişafının artması bunu gerçəkləşdirməyə ciddi imkanlar yaradır.
Muxalifet.az Trend-ə istinadla məlumat verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.
Muxalifet - 6-12-2019
SON DƏQİQƏ: Zəlzələ oldu
Yunanıstanda zəlzələ olub.
Publika.az xəbər verir ki, Girit adasının Hanya şəhərinə 34 km məsafədə 4,9 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Xəbəri Avropa-Aralıq dənizi Seysmoloji Xidmət Mərkəzi yayıb.Muxalifet - 6-12-2019
Türkiyə qaz yataqları kəşfiyyat işlərini başlayacaq
Ankara 2020-ci ildə Kipr şelfinə yaxın Şərqi Aralıq dənizində karbohidrogen resurları sahəsində beş quyu açmağı planlaşdırır.
Muxalifet.az bildirir ki, bu barədə çərşənbə günü kipr - türk teleradio yayım korporasiyası olan Bayrak kanalı, Türkiyə Enerji və Təbii Qaynaqlar Nazirliyinin Türkiyə Böyük Millət Məclisində (TBMM) səsləndirdiyi məlumatlara istinadən bildirib.Muxalifet3 - 6-12-2019
Kürdəmirdə dəhşətli hadisə - Ölən və yaralananlar var
Dekabrın 5-də saat 1 radələrində Kürdəmir rayonunda ağır yol qəzası baş verib. Sığırlı kəndi ərazisində Mingəçevir şəhər sakini Ayxan Cabbarlı idarə etdiyi “Ford” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub. Nəticədə A.Cabbarlının sərnişinlərindən Rəşad Şıxıyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Muxalifet - 6-12-2019
Müşfiq Əmirova yeni vəzifə verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi olub. Muxalifet.az oxu.az-a istinadla xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov yeni vəzifəyə təyin edilib. O, qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri təyin edilib.
Muxalifet - 6-12-2019
Azərbaycanda dəfn qaydaları dəyişir - Yas mərasimləri ilə bağlı ŞOK FAKTLAR - VİDEO
Azərbaycanda dəfn qaydaları dəyişir...
Muxalifet.az Sonxeber.az-a istinadən xəbər verir ki, Publika.az-ın videolayihəsinin budəfəki qonağı, Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəylidir.
C.Əzimbəyli ilə yas və dəfn mərasimləri, habelə israfçılıqla bağlı müzakirələr aparmışıq:Muxalifet - 6-12-2019
Sarkisyana büdcə oğurluğu ittihamı verilib – Ölkədən çıxışı qadağan olunub
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub. “Exo Kavkaza” xəbər verir ki, ölkənin Xüsusi İstintaq Komitəsi Sarkisyana qarşı müvafiq ittiham irəli sürüb.
Sarkisyan 9 aprel 2008-ci ildən 9 aprel 2018-ci ilədək davam edən hakimiyyət müddətində rəsmi vəzifəsindən istifadə edərək, 2013-cü ilin 25 yanvar-7 fevral tarixləri arasında dövlət büdcəsindən xərcləmə yolu ilə böyük məbləğdə dövlət vəsaitini mənimsəyib. Dövlətə dəyən ziyanın ümumi məbləği 489,16 milyon dram (1 milyon dollardan çox) göstərilir.
Muxalifet - 6-12-2019
Bu şəxslər millət vəkili OLA BİLMƏYƏCƏK - VACİB XƏBƏR
9 fevral 2020-ci il tarixində Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Publika.az növbəti seçkilərə namizədliklərini irəli sürməkdə iddialı olan şəxslərin qeyri-rəsmi say çoxluğunu nəzərə alaraq Milli Məclisin üzvü olmaq üçün lazımi proseduru təqdim edir. Kim deputat ola bilər? Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilə bilər. Kim Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməz?
Muxalifet - 6-12-2019
ABŞ Qara dənizdə NATO-nun əliylə...-Təhlil
Ortaya rəsmi “NATO: gələcəyə hazırdır. Alyansın adaptasiyası (NATO: READY FOR FUTURE Adapting the Alliance 2018-2019)" sənədi çıxdı. Sənəddə NATO-nun gözlənilməz təhlükə durumunda vəziyyətin öhdəsindən necə gələcəyi ətraflı təsvir edilir. Muxalifet.az bu barədə "Odatv"-yə istinadla xəbər verir.
Muxalifet3 - 6-12-2019