Axtarış

The search found 105844 results in 0.088 seconds.

Search results

  1. Bakıda taksi sürücüsünə qarşı QULDURLUQ

    Bakıda quldurluq hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət edən Ağsu rayon sakini İ.Şirəliyev dekabrın 5-də idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində minən şəxsin onu bıçaqla hədələyib içərisində 100 manat olan pulqabısını aldığını və Yasamal rayonu ərazisində yerləşən “Qələbə” dairəsinin yaxınlığına sürdürərək orada düşərək getdiyini bildirib.

    Muxalifet - 6-12-2019

  2. Elmar Vəliyevi güllələyən şəxsdən XƏBƏR VAR

    2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və

    Muxalifet - 6-12-2019

  3. “Misli görünməmiş miqdarda silah almışıq...” - HANSI PULLA?

    2018-ci ilin mayından 2020-ci ilə qədər (2020-ci il büdcəsi hesaba alınmaqla) Ermənistanın müdafiə xərcləri 66 milyard dram və ya 28 faiz artıb. Bu haqda baş nazir Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı deyib. Əlavə edib ki, 2018-ci ilin mayından, yəni o hakimiyyətə gələndən bəri Ermənistan “misli görünməmiş miqdarda silah, texnika və sursat” əldə edib. “Ermənistan regionda hərbi balansın bərpasına yönəlmiş siyasətini davam etdirəcək”,-Paşinyan bildirib.

    Muxalifet - 6-12-2019

  4. Kirayə evlər üçün nə qədər rüsum ödəniləck? - MƏBLƏĞ AÇIQLANDI

    Xəbər verdiyimiz kimi, bu ayın ikinci yarısından kirayə mənzillərə müraciət başalayacaq. Muxalifet.az xəbər verir ki, dövlət tərəfindən mənzillərin kirayə üsulu ilə necə satılacağı və bu zaman vətəndaşın nə qədər dövlət rüsumu ödəyəcəyi dəqiqləşib. Qeyd edək ki, kirayə evlərin satılması prosesi barədə aşağıdakı linkə daxil olaraq ətraflı məlumat ala bilərsiniz: Bu yazıda isə vətəndaşın nə qədər dövlət rüsumu ödəyəcəyi barədə məlumatları diqqətinizə çatdırırıq://Yeniavaz

    Muxalifet - 6-12-2019

  5. Məhkəmə həbsdə olan baş redaktorla bağlı QƏRAR VERDİ – FOTO

    “Gündəlik Bakı” qəzetinin həbsdə olan baş redaktoru Habil Vəliyev azadlığa buraxılıb.

    Nərimanov Rayon Məhkəməsi onun cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə qərar çıxarıb.

    H.Vəliyev saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

    Muxalifet - 6-12-2019

  6. 54 yaşlı Tacir yenidən ata olacaq?

    Müğənni Tacir Şahmalığlu yenidən ata olmaq istəyir. BiG.AZ xəbər verir ki, müğənninin həyat yoldaşına ünvanladığı sual maraq doğurub. O həyat yoldaşına "Görəsən mən bundan sonra uşaq istəyəcəm," sualını verib. Tacirinin bu sualına həyat yoldaşı "Niyə istəmirsən ki?” cavabını verib. Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu 54 yaşında üçüncü dəfə ata olub. Onun 22 yaşında oğlu və qızı var.

    Muxalifet - 6-12-2019

  7. “Əməllərinin cəzasını çəkir” – Serbiyalı legioner klubunu şikayət etdiyi Cahangir Hacıyevdən danışdı

    2013-2015-ci illərdə hazırda fəaliyyətini dayandırmış Zaqatalanın “Simurq” klubunda çıxış etmiş serbiyalı hücumçu Draqan Çeranın “Yeni Sabah” saytına müsahibəsi: 

    - Hazırda Özbəkistanın “Paxtakor” klubunda çıxış edirsiniz. Həmin klubdakı karyeranızla bağlınə deyə bilərsiniz? Orada olmaqdan məmnunsunuz?

    - Bəli. Mən ötən mövsüm ərzində 33 qol vurdum. Buna bütün yarışlarda nail oldum. Bu mövsüm mənim üçün ən yaxşı oldu.

    Muxalifet - 6-12-2019

  8. Hüquq müdafiəçisi “Ləziz” kafesində DÖYÜLDÜ

    Bakıda döyülmə hadisəsi baş verib. Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu S.Əsgərova küçəsi 77 ünvanda yerləşən “Ləziz” kafesində qeydə alınıb. Hacıyev Səbuhi Səxavət oğlu kafedə tanıdığı şəxslə mühabisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı Azər adlı şəxs S. Hacıyevin sifət nahiyyəsinə yumruqla vuraraq onun dişini sındırıb. Faktla bağlı Yasamal rayonu Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, S. Hacıyev hüquqşünasdır. O, hüquq müdafiəçisi kimi fəaliyyət göstərir.

    Muxalifet - 6-12-2019

  9. Putin Rusiya ordusunun bu silahlarla təchiz olunmasını tələb etdi: ABŞ-a qarşı

    Rusiya Yeni Strateji Silahları Azaltma Müqaviləsinin (New START) uzadılması üçün ABŞ ilə şərtsiz razılaşmaya hazırdır.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin danışıb.
    Putin, Müdafiə naziri Sergey Şoyqu və Baş qərargah rəisi Valeri Gerasimovun iştirakı ilə Soçidə xüsusi toplantıya qatılıb və ölkənin müdafiə, hərbi potensialı haqqında fikir mübadiləsi aparıb. Rusiya ordusunun süni intellektə istiqamətlənməsini istəyən prezident, bu sistemdə sabitlənmiş silahlara üstünlük verilməsinin vacib olduğunu vurğulayıb.

    Muxalifet - 6-12-2019

  10. Türkiyənin “Altay” hərbi planı: Suriyadan sonra Ermənistan?.. - Akara şok müraciət

    Türkiyə parlamentinin erməni əsilli deputatı Karo Paylyan Müdafiə naziri Hulusi Akara məktub göndərərək, İsveç mediasında Ermənistana qarşı hərbi əməliyyat planı ilə bağlı yayılmış məlumatla bağlı bir sıra suallarını cavablandırmasını istəyib.
    Muxalifet.az
    teleqraf.com-a istinadən xəbər verir ki, İsveçdə fəaliyyət göstərən “Nordic Monitor” saytında Türkiyənin Ermənistanda “Altay” adlı hərbi əməliyyat planı hazırladığı iddia olunub.
    Öz müraciətində Paylyan Türkiyənin müdafiə nazirindən bu suallara cavab verməsini xahiş edir:

    Muxalifet - 6-12-2019

  11. Milli Məclisin deputatları Tbilisiyə gedir

    Milli Məclisin deputatları Tahir Mirkişili və Rasim Musabəyov Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak etmək üçün dekabrın 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcəklər.

    Muxalifet - 6-12-2019

  12. Vaqif Əliyevin 385 milyon dollar pulu var - SÜRƏTLƏ VARLANIR...

    Kiyevdə kommersiya daşınmaz əmlak biznesi ilə məşğul olan developer Vaqif Əliyev daha da varlanaraq Ukraynanın ən varlı adamları siyahısında 18-ci yerə qalxıb. Muxalifet.az virtualaz.org-a isttinadən xəbər verir ki, bu haqda Ukraynanın “Novoe Vremya” (NV.ua) jurnalının hazırladığı reytinqdə göstərilir. Reytinqdə oliqarx Rinat Axmetov lider olaraq qalır və onun sərvətinin həcmi  9 milyard dollara yaxındır.

    Muxalifet - 6-12-2019

  13. ABŞ-dan İrana qarşı daha bir həmlə

    ABŞ Yaxın Şərqə əlavə 4-7 min hərbçi göndərməyi nəzərdən keçirir. Muxalifet.az "CNN"ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyi (Pentaqon) bölgədə İranın fəaliyyətinə qarşısının alınması üçün bu addımı atma haqqında düşünür. ABŞ bölgədə mövqelərini gücləndirmək üçün quru, hava və dəniz qüvvələrindən istifadə edə bilər. Qeyd edək ki, daha əvvəl ABŞ mediası Pentaqonun 12 min əsgər göndərəcəyini yazmışdı.

    Muxalifet - 6-12-2019

  14. Faiq Ağayev deputat seçkilərində iştirak edəcək? - Özündən AÇIQLAMA

    Sosial şəbəkədə bir neçə xalq artistinin adı Parlament seçkilərində hallanır. Ən çox adı hallanan ifaçılardan biri də Faiq Ağayevdir. 
    Muxalifet.az xəbər verir ki, sənətçi bu haqda Azxəbər.com-a açıqlama verib.
    O deyib ki, sosial şəbəkədə adının hallandığından xəbərdardır:
    "Bu mənim üçün böyük bir etibar və inamdır. 31 ildir ki, səhnədəyəm, bu etibarı qazanmışamsa, nə xoş mənə. İnşallah seçkilər fevralda olacaq, hələ ki, zaman var. Qəti qərara gələndən sonra fikirlərimi bildirəcəm".

    Muxalifet - 6-12-2019

  15. Bu baş verərsə... - Yeni devalvasiya dalğası gəlir?

    Xəbər verdiyimiz kimi "Fitch Ratings" beynəlxalq reytinq agentliyi neftin qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb. Agentliyin 2020-2021-ci illərdə neft qiymətləri üzrə proqnozları dəyişməyib. 2020-ci ildə Brent və WTI markalı neft üzrə qiymətlərin müvafiq olaraq 62,5 dollar və 57,5 dollar, 2021-ci ildə isə 60 dollar və 55 dollar olacağı proqnozlaşdırılıb.

    “Yeni Sabah”a məsələ ilə bağlı münasibətini bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, gələn il neftin qiyməti 40 dollara düşə bilər:

    Muxalifet - 6-12-2019

  16. Türklər S-400-ü sınaqdan keçirdi və .../ Video

    Türkiyə Rusiyadan aldığı S-400-ləri sınaqdan keçirdi. Sınaq çərçivəsində müdafiə sisteminin hansı hündürlükdə, məsafədə və əhatə dairəsində uçan obyektlərin bu və ya başqa rejimdə aşkar edilməsi və məlumatların alınması dəqiqləşdirildi. Türk ordusu, S-400 zenit-raket sisteminin standart və verilmiş radar vasitələri-91N6E radar kompleksinin sistem komanda hissəsi, 92N6E zenit-raket diviziyası çoxfunksiyalı radiolokasiya stansiyası və 24 metr yüksəkliyə yerləşdirilən 96L6E yüksəklik detektoru olaraq həyata keçirdi.

    Muxalifet3 - 6-12-2019

  17. "Relax"dakı davada Vergilər Nazirliyinin bu əməkdaşları döyülüb - VİDEO

    Bu ilin avqust ayında Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində dövlət məmurlarının döyülməsinə görə həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid, qardaşı oğlu Orxan, bacısı oğlu Pərviz və onların dostlarının istintaqı davam etdirilir.

    Muxalifet - 6-12-2019

  18. Türkiyəyə hücumun qarşısı belə alındı: NATO toplantısının ŞOK DETALLARI

    NATO-nun 70-ci ildönümü münasibətləri Londonda keçirilən Zirvə görüşü əvvəlki zirvələrdən ciddi fərqləndi. Muxalifet.az xəbər verir ki, türkiyəli yazar Mehmet Acet NATO zirvəsi ilə bağlı yazıb. M.Acet yazır ki, Londonda keçirilən NATO zirvəsini fərqləndirən iki səbəb var: Birincisi, NATO-nun gələcəyi və hədəfləri ilə bağlı son dövrlər fikir ayrılıqlarının dərinləşməsi: Fransa prezidenti Emmanuel Makronun “Economics” jurnalında dərc olunan məqaləsində hərbi ittifaqla bağlı “beyin ölümü” ifadəsini işlətməsi də bunu açıq göstərir.

    Muxalifet - 6-12-2019

  19. Dünya bu fotodan danışır: Trampın kürəyinə “silah” dirədilər

    Avropa Xalq Partiyasının lideri, Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Donald Tuskun ABŞ Prezidenti Donald Trampın kürəyinə “silah” dirədiyi foto bütün dünyada gündəmə çevrilib. “CNN Türk” xəbər verir ki, sözügedən fotonu Tusk “Twitter” hesabında paylaşıb. Fotoda Tusk iki barmağını ABŞ Prezidenti Donald Trampın kürəyinə silahabənzər şəkildə tutub Tusk fotonu “dövri turbulentliklərə baxmayaraq, transatlantik dostluğumuz davam etməlidir” başlığı ilə paylaşıb. Rəsmilərin geyimləri nəzərə alınaraq fotonun ötən il Kanadada təşkil olunan G7 zirvəsində çəkildiyi bəlli olub.

    Muxalifet - 6-12-2019

  20. Türkiyənin məşhur geyim markası Azərbaycandakı mağazalarını bağlayır

    Türkiyənin məşhur mağazalar şəbəkəsinin - "Koton"un Azərbaycandakı şöbələri bağlanır.
    Yeniavaz.com açqılanan rəsmi məlumata istinadən bildirir ki, "Koton Mağazacılık" MMC ləğv olunduğunu elan edib.
    Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 87, mənzil 63 ünvanına bildirə bilərlər.
    Nizamnamə kapitalı 7850 manat olan "Koton Mağazacılık" MMC 19.02.2013-cü il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Şeyh Şamil Çağlardır.

    Muxalifet - 6-12-2019

Pages