Axtarış

The search found 105701 results in 0.07 seconds.

Search results

  1. Bakıda səfirliyi partlatmaq istəyən terrorçu dindirildi - VİDEO

    2023-cü ilin iyul ayında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə cinayət işi açılmış Əfqanıstan Respublikasının vətəndaşı Favzan Musa Xanın ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Muxalifet2 - 29-05-2024

  2. GENERAL NƏBİYEV İSTEFAYA GÖNDƏRİLDİ - Səbəbi açıqlandı / FOTO

    Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firuddin Nəbiyev istefaya göndərilib.

    O, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya göndərilib.

    Muxalifet2 - 29-05-2024

  3. “Azərbaycanın itkiləri 20 milyard dollara yaxınlaşır” - “İqtisadi inkişaf 10 ildir yerində sayır, neft gəlirləri isə...”

    Azərbaycanda son illər iqtisadi artımın minimuma enməsi, qeyri-neft sektorunda hər hansı ciddi irəliləyişin əldə edilməməsi, əvəzində isə neft-qaz sektorunun resurslarının ilbəil zəifləməsi ölkə iqtisadiyyatının perspektivlərilə bağlı təcili tədbirlər görülməsini tələb edir. Lakin hökumətin iqtisadi komandasının fəaliyyəti və ümumilikdə baş verənlərə baxış fəlsəfəsi təəssüf ki, yaxşı nəsə gözləməyə əsas vermir.

    Azərbaycanın sabiq Maliyyə naziri, professor Saleh Məmmədov ölkə iqtisadiyyatındakı durumu xarakterizə edən maraqlı paylaşım edib. 

    Muxalifet2 - 29-05-2024

  4. Sumqayıt Travmatalogiya Xəstəxanasının həkimi əməliyyat etdiyi xəstəni şikəst qoydu – ŞOK İDDİA

    Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 13/52-nin qarşısındakı həyət evindən yaşadığını bildirən İsmayılov Asif Cavanşir oğlu tərəfindən redaksiyamıza şikayət daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

    Muxalifet2 - 29-05-2024

  5. ADP CÜMHURİYYƏT ABİDƏSİNİ ZİYARƏT EDİB - Fotolar

    Dünən ADP İdarə Heyəti Azərbaycan Xalq Cumhürriyyətinin 106-cı il dönümü və “Müstəqillik günü” ilə əlaqədar olaraq “İstiqlaliyyət” küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
    Muxalifet.az xəbər verir ki, ziyarət zamanı ADP sədri Sərdar Cəlaloğlu Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər haqqında çıxış edib. Ziyarətin sonunda Cümhuriyyət qurucuların ruhuna dualar oxunub və xatirə şəkli çəkilib.

    Muxalifet2 - 29-05-2024

  6. ​SABİQ NAZİRİNİN OĞLUNA VƏZİFƏ VERİLDİ - Sədr müavini təyin edildi

    Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinə sədr müavini təyin edilib.
    Muxalifet.az 
    "Qaynarinfo" -ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə bir neçə ay əvvəl müvafiq sərəncamla Zaur Əvəz oğlu Ələkbərov təyin olunub.
    Z.Ələkbərov keçmiş Maliyyə naziri Əvəz Ələkbərovun oğludur.

    Muxalifet2 - 29-05-2024

  7. Yaqub Eyyubovun qardaşı qızının səfir işləyən keçmiş ərindən tələbi var - ÇƏKİŞMƏ

    Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov keçmiş həyat yoldaşı Mehriban Eyyubova tərəfindən yenidən məhkəməyə verilib.

    Muxalifet.az xəbər verir ki, gununsesi.info-nun əldə etdiyi məlumata görə, Mehriban Eyyubova məhkəməyə iddia ərizəsində keçmiş həyat yoldaşı Anar Məhərrəmovdan tutulan aliment məbləğinin artırılmasını, həmçinin birgə nigah dövründə əldə olunan əmlakların ədalətli bölünməsini tələb edir.

    Muxalifet2 - 29-05-2024

  8. “İcra başçısı dedi ki, məndən şikayət etmisən, ona görə sənə heç bir köməklik göstərməyəcəm” – QARABAĞ QAZİSİNDƏN PREZİDENTƏ MÜRACİƏT

    Qazax rayon sakini Murğuzov Bəxtiyar Ramiz oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyəvə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:
    “Cənab Prezident!
    Hörmətli Birinci vitse-prezident!

    Muxalifet2 - 30-05-2024

  9. Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı

    Ənənəvi olaraq, sərfəli operator kimi tanınan “Nar” sosial layihələri ilə də cəmiyyətə töhfə verməyə davam edir. Bu layihələr sırasında inklüziv cəmiyyət qurmağa yönələn və beynəlxalq mükafata layiq görülən jestdili.az elektron jest dili lüğəti xüsusi önəm daşıyır.

    Muxalifet2 - 30-05-2024

  10. Əli İnsanov məhkəməyə müraciət edib

    Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov məhkəməyə müraciət edib.

    APA xəbər verir ki, sabiq nazir məhkumluğunun üzərindən götürülməsi ilə bağlı məhkəməyə ərizə verib.

    Yaxın günlərdə onun müraciətinə baxılacaq.

    Muxalifet2 - 30-05-2024

  11. Sabiq nazir də deputat olmağa hazırlaşır – Namizədliyini haradan verəcək?

    Keçmiş səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyası qarışıdakı aylarda keçirilməsi gözlənilən parlament seçkilərinə hazırlaşır.

    Bu barədə partiya rəhbərliyinə daxil olan şəxslərdən biri məlumat verib. Bildirilir ki, İdarə Heyətində bu barədə bir neçə dəfə müzakirələr aparılıb. Partiyanın 30-dan artıq seçki dairəsində namizədləri müəyyənləşdirilib, hazırda proses davam etdirilir.

    Muxalifet2 - 30-05-2024

  12. “Azərbaycan üçün ən böyük problem işsizlik məsələsidir” – VAHİD ƏHMƏDOV

    Vahid Əhmədov: “Büdcənin icrasında şəffaflıq problemi var”

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov “AzPolitika”-ya müsahibəsində büdcə dəyişikliyi ilə bağlı təklif olunan yeni qanun layihəsi, Qarabağa qayıdış planının icrası və ölkədəki mövcud sosial-iqtisadi vəziyyətlə bağlı sualları cavablandırıb.

    Müsahibəni təqdim edirik:

    Muxalifet2 - 30-05-2024

  13. LALƏ ŞÖVKƏT DƏ SİYASƏTƏ QAYIDIR? - Yeni hərəkat yaradıldı

    Mayın 28-də bir qrup siyasətçi və fəal “Qurucular hərəkatı”nın yaradıldığını elan ediblər.

    Bu barədə “Turan”a təşkilatın təşəbbüskarı, müxalif siyasətçi Əvəz Temirxan bildirib.

    O qeyd edib ki, hərəkat əhalinin demokratik maarifləndirilməsi, vətəndaşların siyasi proseslərdə ictimai iştirakının artırılması, ölkədə azad seçkilər keçirilməsinə şərait yaradılması məqsədilə yaradılıb.

    Muxalifet2 - 30-05-2024

  14. “Fərid Mehrəlizadə saxlanılmayıb, sadəcə polisə dəvət olunub" - DİN

    İqtisadçı ekspert Fərid Mehrəlizadə polisə dəvət olunub, araşdırma aparılır.
    Bu barədə Turan-ın sosial şəbəkələrdə Mehrəlizadənin saxlanılması ehtimalı haqqında yayılan məlumatları şərh etmək xahişinə cavabda DİN-in mətbuat xidmətindən bildiriblər.
    Bununla da idarə ekspertin saxlanıldığı haqqında təxminləri təkzib edib.
    Bu zaman DİN Mehrəlizadənin hansı iş üzrə polisə dəvət olunduğunu dəqiqləşdirməyib.

    Muxalifet2 - 30-05-2024

  15. Harvard məzununun 16 milyonluq mənimsəmə işi... - İTTİHAM AĞIRLAŞDIRILDI

    16 milyonluq mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Muxalifet.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, 11 ay davam edən araşdırma bu günlərdə tamamlanıb.

    Muxalifet2 - 30-05-2024

  16. “YAŞAT” Fondu və “Nar” Uşaqların Beynəlxalq Müdafiəsi günündə şəhid övladlarını təbrik edib

    “Nar” 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “YAŞAT” Fondunun təşkilatçılığı ilə keçirilən “Hədiyyə Karvanı” layihəsinin gerçəkləşdirilməsinə dəstək olub.

    Muxalifet2 - 31-05-2024

  17. DƏHŞƏTLİ FACİƏ: Bakıda gəmi təmiri zavodunda 5 nəfər öldü

    Qazdan zəhərlənən daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib

    Muxalifet2 - 3-06-2024

  18. DAHA İKİ VƏZİFƏLİ ŞƏXS HƏBS OLUNDU - Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə ilə bağlı

    Muxalifet2 - 3-06-2024

  19. ​Sabiq nazirin oğlu haqda şok açıqlama

    Həbsdə olan şöbə rəisi bütün tapşırıqları mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovdan aldığını iddia etdi
    "Formula 1”ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin məhkəmə araşdırması davam edir.
    "Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Mehdiyev əvvəl prokurorun suallarını cavablamaqdan imtina edib.

    Muxalifet2 - 3-06-2024

  20. BİR ŞƏHƏRİN QİYMƏTİNƏ İNZİBATİ BİNA!... – Mərkəzi Bank yeni ofisinin smeta dəyərini 320 milyon manat artırıb

    Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binasının tikintisinə ayrılan vəsaitin həcmi 770 milyon manata çatıb. APA xəbər verib ki, binanın inşası üzrə baş podratçı təşkilatla bağlanılmış müqaviləyə əsasən 242,1 milyon manat və tikinti smetalara daxil olmayan digər kapital qoyuluşlarına aid yerinə yetirilmiş işlərə 39,8 milyon manat ayrılıb.

    Muxalifet2 - 5-06-2024

Pages