Axtarış

The search found 105701 results in 0.066 seconds.

Search results

  1. NAXÇIVANDA VƏTƏNƏ XƏYANƏT EDƏN CASUSA HÖKM OXUNDU - Ağır cəza

    Məhkəmə Naxçıvan barədə məlumatlar toplayan casusa cəza təyin edib.
     
    APA xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etmiş Füzuli Əsədov dövlətə xəyanətdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.
     
    Füzuli Əsədov 15 sentyabr 2023-cü il tarixində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat-istintaq tədbirləri ilə həbs edilib.
     

    Muxalifet2 - 5-06-2024

  2. Milli Məclis “özünü buraxır”, bəs Prokurorluq?.. – MƏĞRUR BƏDƏLSOY YAZIR

    İyunun 7-də Milli Məclisin növbədənkənar sessiyasının keçiriləcəyi bildirilir. Deyilənə görə, başlıca məsələ yenə də “özünü buraxma” olacaq. Deputatlar artıq bu “özünü buraxma”dan geninə-boluna yararlanır, vətəndaş seçicilərini qəbul etməkdən belə imtina edirlər. Amma pozitivlər daim qalır. MM-in Aparatı müraciətləri yüksək peşəkarlıqla qəbul edib cavablandırmaqdadır.

    Muxalifet2 - 5-06-2024

  3. YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ - Abiddin Hüseynov kimdir? + DOSYE

    Ədliyyə naziri Fərid Əhmədova yeni müavin təyin edilib.
     
    Bununla bağlı müvafiq sərəncam imzalanıb.
     
    Yeni nazir müavini Ali Məhkəmənin hakimi Abiddin Hüseynov olub. Təyinatla bağlı Məhkəmə-Hüquq Şurası onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.
     
    Qeyd edək ki, Abiddin Hüseynov 1977- ci ildə anadan olub.
     

    Muxalifet2 - 5-06-2024

  4. 24 il nazir müavini olan Musayev işdən çıxarıldı

    Ədliyyə nazirinin müavini Toğrul Musayev vəzifəsindən azad edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.
    Sərəncama əsasən, ikinci dərəcəli dövlət ədliyyə müşaviri T.Musayev tutduğu vəzifədən azad edilib.
    Qeyd edək ki, Toğrul Musayev 24 ildir ədliyyə nazirinin müavini idi.
     

    Muxalifet2 - 5-06-2024

  5. General təhlükəli planla Türkiyə sərhədində – “Qarşısını ala bilməsək...”

    PKK terror təşkilatının uzantısı PYD/YPG-nin Suriyanın bəzi bölgələrində iyunun 11-nə planlaşdırdığı qondarma seçkilərlə bağlı müzakirələr davam edir. ABŞ-nin dəstəklədiyi terror təşkilatı Fərat çayının şərqində “legitimlik” qazanmaq üçün səylərini sürətləndirərkən, Türkiyə bu addıma sərt reaksiya verib.
    Teleqraf.com xəbər verir ki, türkiyəli jurnalist Abdulkadir Selvi baş verənlərlə bağlı önəmli məqamlara diqqət çəkib.

    Muxalifet2 - 5-06-2024

  6. “Nar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi

    “Nar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) 2 iyunda keçirilən tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib. Mərasim ölkə daxilində fəaliyyət göstərən müxtəlif sektorlardan olan özəl şirkətlərin və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib.

    Muxalifet2 - 5-06-2024

  7. ​“Nar”ın “Balloon Festival” müsabiqəsində göydən hədiyyələr yağacaq!

    Sərfəli təklifləri ilə regionlara daha yaxın olmaq üçün “Nar” bu yayın ən çox gözlənilən tədbirlərindən biri olan “Balloon Festival”ın əsas tərəfdaşıdır. İyunun 8-9-da Şamaxı rayonunda keçiriləcək festivalla əlaqədar olaraq, “Nar” dəyərli hədiyyələrlə dolu “Balloon Festival” müsabiqəsini elan edir.
     

    Muxalifet2 - 6-06-2024

  8. “RUSİYANIN İTKİLƏRİ DƏHŞƏTLİ MİQYAS ALIB” – “ABŞ müharibənin bu şəkildə davam etməsində maraqlıdır”

    "Putin deyib ki, ABŞ Ukraynaya silah verməsə, müharibə 2-3 aya bitər. Halbuki, ABŞ 2-3 ay yox, yarım il Ukraynaya silah vermədi".

    Bunu siyasi şərhçi Şahin Cəfərli yazıb.

    Onun sözlərinə görə, Rusiya üçün çox ciddi fürsət pəncərəsi açılmışdı və Moskva ləngimədən bu fürsətdən faydalanmaq istədi.

    "600 minlik ordu ilə bütün cəbhə boyu vəhşicəsinə (itkilərə məhəl qoymadan) hücuma keçdilər. Məqsəd Ukraynanın müqavimətini qırıb, onu təslimçi sülhə məcbur etmək və 2024-cü ildə məsələni bitirmək idi", - o əlavə edib.

    Muxalifet2 - 6-06-2024

  9. BAŞ DİREKTOR VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Ramiz Mehdiyev təyin etmişdi / FOTO

    Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş “Yüksək Texnologiyalar Parkı” MMC-nin (YTP) baş direktoru Vasif Abbasov vəzifəsindən azad olunub.

    Muxalifet.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

    Muxalifet2 - 6-06-2024

  10. Bu gün 38 dərəcə isti olacaq - XƏBƏRDARLIQ

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi muxtar respublika ərazisində isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.

    Nazirlikdən APA-nın Naxçıvan bürosu bildirilib ki, 6-7 iyun tarixlərində Naxçıvan şəhərində və Şərur rayonunun Arazboyu düzənlik ərazilərində havanın temperaturunun 34-38 dərəcə isti olacağı gözlənilir.

    Muxalifet2 - 6-06-2024

  11. ASTARI ÜZÜNDƏN BAHA... – Dövləti borca salan ABB-nin rəhbərliyinin fantastik gəlirləri

    Bir müddət əvvəl Maliyyə naziri Samir Şərifov parlamentdəki müzakirələr zamanı hökumətin daxili borclanmasının kəskin şəkildə artırılmasını dövlətin "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin toksik aktivlərini alması ilə əlaqələndirdi: “İndi onları bazar qiymətinə uyğun qaytarırıq və nəticədə borc yaranır. Biz də bu borcu daxili dövlət borcunun təkibinə daxil etdik”.

    Muxalifet2 - 7-06-2024

  12. “Nar” Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır

    Sərfəli qiymətləri və sosial layihələri ilə bölgələrə xüsusi diqqət göstərən “Nar” bu dəfə Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində yüksək səviyyəli görüş keçirərək universitetlə ilk əməkdaşlıq layihəsinə start verdi.

    Muxalifet2 - 7-06-2024

  13. BAŞÇI OĞLUNUN QƏTL İŞİ İLƏ BAĞLI YENİ QƏRAR – Vəkildən sensasiyalı açıqlamalar

    Avropa İnsan Hüquqları Məhkəməsi Qobustan həbsxanasının məhbusu Vüqar Əliyevin şikayətini təmin edib.

    “AzPolitika” xəbər verir ki, bu barədə məhkəmənin saytında məlumat yerləşdirilib.

    Muxalifet2 - 7-06-2024

  14. PREZİDENT İCRA BAŞÇISINI VƏZİFƏDƏN AZAD ETDİ - Sərəncam / DOSYE

    Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Əzizağa oğlu Ağayev vəzifəsindən azad edilib.

    Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da Sərəncam imzalayıb.

    Qeyd edək ki, Asif Ağayev 2018-ci il oktyabrın 30-da bu vəzifəyə təyin edilmişdi.

    Qeyd edək ki, Ağayev Asif 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. 1988-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirin.

    Muxalifet2 - 6-06-2024

  15. Mətbuat Şurasını şantaj edən məmur kimdir? - BƏYANAT

    “Bəzi məmurlar, dövlət qurumlarının rəsmiləri elə bilir ki, Mətbuat Şurası cəza maşınıdır. O qafayla da durub bizə şikayətlər göndərirlər...”

    Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

    Onun sözlərinə görə, bəzən vəzifəli şəxslər şuraya təhdid və şantaj məktubları belə göndərirlər:

    Muxalifet2 - 7-06-2024

  16. AXCP sədrinin müavini Şirvanda saxlanılıb - DİN aydınlıq gətirib

    AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.

    DİN-in Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 6-da saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.

    Muxalifet2 - 7-06-2024

  17. 12 TENDERƏ 41 MİLYON! - “Qaçqınkom”un Mustafazadənin şirkətinə marağı nədən irəli gəlir?

    Əli Həsənov 2018-ci ildə “Qaçqınkom”-un sədri vəzifəsindən çıxarılandan sonra bu qurumun fəaliyyətində korrupsiyanın qarşısının alınması, şəffaflıq və s. sarıdan ciddi dəyişikliklərin olacağı gözlənilirdi. Artıq həmin vaxtdan 6 il keçib. Dəyişən nəsə varmı?

    Bu suala cavab vermək üçün Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun tenderlərinə diqqət yetirmək yerinə düşər. Çünki məhz tenderlər hələ də Azərbaycan büdcəsinin, ölkə iqtisadiyyatının korrupsiya baxımından ən yaralı yeri olaraq qalır...

    Muxalifet2 - 7-06-2024

  18. “Nar” satış və xidmət şəbəkəsi Ağstafa şəhərində!

    Azərbaycanın sərfəli mobil operatoru “Nar” yenilənmiş mağazasını bu dəfə Ağstafa şəhərində təqdim etdi. Yeni konseptli mağaza “Nar”ın bütün ölkə boyunca xidmətlərinin əlçatanlığını və müştəri məmnuniyyətini yüksəltmək siyasətini nümayiş etdirir.
    Göz oxşayan xarici görünüşü ilə Heydər Əliyev prospekti 40 ünvanında yerləşən yeni konseptli mağazanın peşəkar heyəti hər bir müştəriyə fərdi yanaşma göstərərək onların istəklərinə uyğun xidmətlər təqdim etməyə hazırdır. Mağaza “Nar” xidmətləri ilə yanaşı, mobil telefon və aksessuar satışı da həyata keçirir.

    Muxalifet2 - 10-06-2024

  19. Şəhid mayor icra başçısının əmisi oğludur

    Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat edib.

    Musavat.com xəbər verir ki, mayor Baxış Baxışlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun əmisi oğludur.

    O, əslən Tərtər rayonundandır. Atası da Tərtər Rayon İcra Hakimiyyətinin məsləhətçisidir. Mərhum mayor nişanlı imiş.

    Muxalifet2 - 10-06-2024

  20. Əlil, şəhid ailələrinə mənzillərin rüşvətlə verilməsi CİNAYƏT deyil? - MƏĞRUR BƏDƏLSOY YAZIR

    11 ildir Nərimanov RİH başçısının 26.07.2013 tarixli, 358 saylı sərəncamı ilə mənzil növbəsindəyik, 10 nəfərlik , 4 ayrı ailədən ibarət ailəm kirayələrdə yaşayır. Bakı İnzibati Məhkəməsinin 20.06.2016 tarixli, 2-1(81)-1095/16 saylı Qərarı ilə mənzillə təmin olunmağımız öhdəliyi borclu ƏƏSMN tabeliyində Dövlət Sosial Təminat Xidmətinin (hazırda Sosial Xidmətlər Agentliyi ( SXA) üzərinə qoyulub.

    Muxalifet2 - 10-06-2024

Pages