Axtarış

The search found 105700 results in 0.029 seconds.

Search results

  1. Tanınmış hüquqşünas generalı gülüş obyektinə çevirdi

    Namizəd Səfərov: “Açıqlamasından da görünür ki, onun yumor hissi güclüdür”

    Muxalifet - 23-01-2015

  2. Müəllimə Təhsil Nazirliyi qarşısında intihar anonsu verdi

    Mingəçevir şəhər sakini, ali təhsilli müəllimə Zoya Süleymanova tərəfindən cumhuriyyet.az saytının elektron poçtuna şikayət məktubu daxil olmuşdur. Üzləşdiyi qanunsuzluqlardan bəhs edən Zoya xanımın məktubunda Müəllimlər İnstitutu Mingəçevir filialının sabiq , Zaqatala filialının indiki direktoru Orucəli Rzayev haqqında ilginc faktlar yer alır. Haqsızlıqdan bezən Z.Süleymanova artıq intihar həddinə çatdığını bildirir: "İntihar həddiindəyəm.

    Muxalifet - 23-01-2015

  3. Borçalılar “Borçalı” Cəmiyyətinin sədrinə qarşı

    Zəlimxan Məmmədli Gürcüstanda yaşayan soydaşlarımızla gürcüləri üz-üzə gətirməyə cəhd edir?

    Muxalifet - 24-01-2015

  4. İcra başçısının qəbulunda özünü yandırmaq istəyən şəxs həbs edildi

    İmişli Rayon İcra Hakimiyyətinin (RİH) binasında özünü yandırmağa cəhd edən şəxs 15 sutkalığa həbs edilib.

    Virtualaz.org saytının Şirvan bürosunun müxbirinin əldə etdiyi xəbərə görə, İmişli şəhərinin Talalaltı məhəlləsində yaşayan və hazırda işsiz olan Nazim Qardaşovun özünü yandırmaq cəhdi İmişli Rayon Məhkəməsi tərəfindən xuliqanlıq əməli kimi qiymətləndirilib və yanvarın 23-də müvafiq hökm çıxarılıb.

    İmişli Polis Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən virtualaz.org saytına faktı təsdiqlədilər.

    Muxalifet - 24-01-2015

  5. Çingiz Abdullayev: "MTN-də kurator olmuşam"

    "İndiyə kimi yaşadığım həyata nəzər salanda görürəm ki, bir saatımı belə dəyişmək istəmərəm. Nə yaxşı ki, bu cür ömür yaşamışam. İmkanım olsa, cəmi iki günü dəyişərdim. O da atam və anamın ölüm günləridir.

    Amma naşükürlük də etmək istəməzdim. Çünki anam 87, atam isə 81 yaşında vəfat edib. Bir övlad üçün valideyninin belə uzun ömür yaşaması xoşbəxtlikdir. İstəyərdim ki, özüm də onlara oxşayım, uzun ömür yaşayım".

    Bunu APA TV-nin efirində yayımlanan "Üç dama" verilişinin qonağı, xalq yazıçısı Çingiz Abdullayev deyib.

    Muxalifet - 25-01-2015

  6. Nəqliyyat "qoçuları"nın sürücülərə basqıları artacaq...

    Sənədsiz taksi və avtobus sürücülərinə qarşı mübarizə sərtləşəcək

    Muxalifet - 25-01-2015

  7. Dinmə, danışma, sus hələ!

    (Oxucu koşəsi)

    Bu müəllim tayfasından mənim başım çıxmır, qardaş. Məvaciblərini 10% artırırlar, yenə də deyirlər, azdır ki, azdır. Əşi, Allah prezidentimizin canını sağ eləsin. Axı, prezident neyləsin ki, müəllimin gözü doymur?

    Muxalifet - 26-01-2015

  8. Azərbaycanlı milyonçular Türkiyədən qızıl köynək aldılar - FOTO

    Türkiyəli zərgər indiyədək 10 qızıl libas satdığını açıqlayıb

    Türkiyənin Kahramanmaraş şəhərində yaşayan məşhur zərgər qızıldan libaslar hazırlayır.

    ANS PRESS-in məlumatına görə, Ahmet Atakan hər bir libasın 400 min parça qızıldan hazırlandığını və 3 kq ağırlığında olduğunu bildirib. Qızıl libasların qiyməti 350 min türk lirəsidir. Bu da bizim pulla 116 min manat, dollarla 148 min dollar deməkdir.

    Muxalifet - 26-01-2015

  9. Ay zəlilər, əl çəkin!

    Fırfıradır bu dövran, ay zəlilər, əl çəkin!

    Qalmadı millətdə qan, ay zəlilər, əl çəkin!

    Şişdi tuluq qarnınız, turpa dönüb rənginiz,
    Sahibi-imkansınız, başqadır ahənginiz.
    Şah damarı tutmusuz, qopmadımı ənginiz?
    Gözlərə çökmüş duman, ay zəlilər, əl çəkin!
    Qalmadı millətdə qan, ay zəlilər, əl çəkin!

    Muxalifet - 26-01-2015

  10. Hökumət “paket maaş”ları ləğv edir

    Neftin qiymətinin düşməsi ciddi əndişəyə səbəb olub

    Son günlər ölkə mediasında yayılan məlumatlara görə, Gömrük Komitəsində işçilərə maaşlardan əlavə verilən “paket sistemi” ləğv olunub. Məlumatda bildirilir ki, “paket sistemi”nin ləğvi, əsasən aşağı ranqlı işçilərə tətbiq olunub. Bundan sonra işçilər arasında narazılıq yarandığı da verilən məlumatlar sırasıdadır.

    Muxalifet - 26-01-2015

  11. ŞƏHİDİN MƏKTUBU

    “Şəhidin məktubu”. Bu ekran işinin rejissoru Ramin Eyyubovdur. Gülnarə Sadiqin ssenarisi əsasında çəkilən filmdə bir şəhid balasının ata xiffəti, şəhid xanımının çəkdiyi qürurlu həsrət öz əksini tapır.

    Film qısa olsa da, mahiyyəti çox genişdir. Atasının qəbrini ziyarət etməyə gələn balaca məzarlıqda Mübariz İbrahimovun qəbri ilə rastlaşır və onun məzar daşının üzərində yazılmış son məktubunu oxuyur. Anasının ona verdiyi izah əslində Vətənimizin hər zaman qəhrəman oğullar böyüdən anaların duaları ilə nurlandığını göstərir.

    Muxalifet - 27-01-2015

  12. Sərdar Cəlaloğlu İlham Əliyevə müraciət etdi

    ADP sədri Sərdar Cəlaloğlu Azərbaycan xalqının milli kodlaşdırma probleminin həll olunması ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

    Müraciətdə müstəqillik qazandığımız gündən bu tərəfə Azərbaycan dövlətinin təşəkkülü və xalqımızın formalaşması sahəsində xeyli işlərin görüldüyü qeyd edilməklə, bunlarla yanaşı Azərbaycan xalqının milli kodlaşdırılması probleminin bu günədək həll olunmamış qaldığı vurğulanıb.

    Muxalifet - 27-01-2015

  13. Qaniçən tiranlara

    Sən bir gün  ölməyəcəyinə

    arxayın düşüb,

    bizi indidən öldüyə yazma.

    Dünya özü boyda qəbir yeri,

    qəbir içində

    qəbrimizi qazma.

    Sən məni ha daşla,

    ölərəm, ayağına yatmaram.

    Daha mən uşaq deyiləm

    qurbağaya uşaq vaxtı atdığım

    daşı da sənə atmaram.

    Fərqli adamlarıq səninlə.

    Mən hər gün ölümünə

    hazır olan Allah bəndəsi.

    Sən haqqa kəllə atan,

    haqsızlığa göz yuman,

    içındə şər,

    dilində yalan gəzdirən

    ruhsuz bədənsən.                

    Muxalifet - 28-01-2015

  14. Ronaldo, yoxsa dilənçi? Balaca oğlan gözlərinə inanmır - VİDEO

    Bu hadisə Madridin mərkəzində, şəhəri gəzən turist və yerli sakinlərin gözü qarşısında baş verdi. Onlardan bəziləri onu hətta videokameraya da çəkməyə macal tapırlar. Çəkilən videolar isə internetə yerləşdiriləndən sonta yüz minlərlə adam tərəfdindən izlənib.

    Kiçik oğlanla oynayan dilənçi topla peşəkar futbolçu kimi davranır. Onun bu qabiliyyətinə bəlkə Ronaldo özü də həsəd aparardı. Bir məsələ olmasaydı...

    Bir qədər oynayandan sonra dilənçi özünü təqdim edir. Oğlan gözlərinə inanmır: Bu ki, Christhanio Ronaldonun özüdür!

    Muxalifet - 2-02-2015

  15. Sərdar Cəlaloğlu: “Bəşəriyyətin çox vacib bir problemini həll etdim”

     “Akademiyanın bəzi institutları mənim təklikdə gördüyün elmi tədqiqatlara bərabər fundamental iş görməyib”

    Modern.az saytı Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu ilə bufədəki müsahibədə siyasətdən deyil, sırf elmi fəaliyyəti, əsasını qoyduğu kondinsiologiya elmi barəsində danışıb.

    “Yazdığım əsərə görə birbaşa elmlər doktoru dərəcəsi verilməsi təklif olundu”

    Muxalifet - 4-02-2015

  16. Abel Məhərrəmov professoru “paralel yapı" ilə əlaqədə ittiham edir

    BDU-nun tələbələri hüquq elmləri doktoru Sərvər Süleymanlının müdafiəsinə qalxdı

    Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi, hüquq elmləri doktoru, professor Sərvər Süleymanlının işdən uzaqlaşdırılması ilə bağlı aparılan hazırlıqlara tələbələr kəskin etiraz ediblər.

    Muxalifet - 5-02-2015

  17. Mikayıl Cabbarovla Cavid Qurbanov üz-üzə

    Ağdam təhsil şöbəsinin müdiri iki məmur arasında ziddiyyətlərə səbəb olub

    Muxalifet - 6-02-2015

  18. ““Sınıq körpü”də borçalıları bilərəkdən təhqir edirlər, alçaldırlar”

    Əlibala Əsgərov: “Dünyada başqa bir Azərbaycan yoxdur... Bu dövlət dünyadakı bütün azərbaycanlılarındı, indi əlində səlahiyyət olan 3-5 məmurun yox”

    Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Cəmiyyətinin sədri Əlibala Əsgərov “Yeni Müsavat”a müsahibə verib. Həmin müsahibəni olduğu kimi dərc edirik.

    Qeyd edək ki, Marneulidə yaşayan Əlibala bəy söhbətə Borçalı əhalisinin ən yaralı yeri – “Sınıq körpü” gömrük-keçid məntəqəsinin durumu haqda sual ünvanlanıb.

    Muxalifet - 6-02-2015

  19. Attila və Roma

    (Unudulmuş səhifələr)         

     Katalaun döyüşündən sonra Romanı cəzalandırmağı qərara alan Attila, Hun və German tayfalarından ibarət olan ordusuna yürüş əmrini verdi. Onlar Şimali İtaliyaya üz tutub, bir-birindən alınmaz olan Akvilloy, Mediolan (Milan), Titsi (indiki Paviya), Lenet (Venetsiya), Patavi (Paduya) şəhərlərini fəth edib, xərac aldı. 

    Muxalifet - 9-02-2015

  20. Bazar dolu, ciblər boş...

    “Şərq” bazarında satan da narazıdır, alan da...

    Qərb dövlətlərinin Rusiyaya iqtisadi sanksiyalar istər-istəməz iqtisadiyyatı neft hasilatından asılı olan ölkəmizə də təsir edir. Belə ki, hal-hazırda Respublika ərazisində ən böyük bazarlardan hesab edilən “Sədərək” və “Binə” ticarət mərkəzlərində yaranmış durğunluq, alıcılıq qabiliyyətinin maksimum aşağı enməsi bunu deməyə əsas verir. Bəs görəsən digər bazarlarda vəziyyət necədir?

    Muxalifet - 9-02-2015

Pages