Axtarış
The search found 105860 results in 0.024 seconds.
Search results
Təcili hökumət iclası - “Brexit” səsverməsi təxirə salınır
Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün təcili hökumət iclası keçirərək 11 dekabrda ölkə parlamentində keçiriləcək “Brexit” sazişi üzə səsvermənin təxirə salınması barədə qərar qəbul edib. Səsvermənin nə zaman keçiriləcəyi isə hələ məlum deyil.
Muxalifet - 10-12-2018
Qubada məktəbdə YANĞIN: Kənd camaatı da yanğını söndürməyə cəlb edildi
Qubanın Amsarqışlaq kənd orta məktəbində yanğın baş verib.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbəri verir ki, yanğın saat 16:50-də başlayıb.
Hadisə nəticəsində məktəbdə olan şagird və müəllim heyətindən heç kim xəsarət almayıb.
Əraziyə FHN-nin Quba Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin 3 avtomobili və təcili tibbi yardım maşınları cəlb edilib.
Hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba rayon Polis Şöbəsinin rəisi, Post Patrul Xidmətinin əməkdaşları gəlib.Muxalifet - 10-12-2018
“Azərsun Holding”in pomidorlarını Rusiyada belə əzdilər - FOTO/VİDEO
Rusiyanın Tomsk şəhərində ilk dəfə çox təhlükəli Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkarlanıb. Özü də Azərbaycandan ixrac edilən pomidorlarda.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu haqda “Rosselxoznadzor”un regional idarəsi məlumat yayıb.
“Tomsk vilayəti üzrə “Rosselxoznadzor”un regional idarəsi Azərbaycandan daxil olan qarantin altındakı yükə-təzə “çerri” pomidorlarına baxış zamanı təhlükəli qarantin obyekti-Cənubi Amerika pomidor güvəsi aşkarlanıb”-məlumatda deyilir.
Muxalifet4 - 10-12-2018
"Porshe" yük maşınına çırpıldı, xəsarət alanlar var
Kürdəmir rayonunda yol qəzası baş verib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Karrar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.Muxalifet - 10-12-2018
Ermənistan müxalifətindən seçkilərlə bağlı - Sərt bəyanat
Ermənistanda növbədənkənar parlament seçkiləri məzmun etibarilə demokratiyadan çox uzaq keçib. Bu təsbit Ermənistan Respublika Partiyasının seçkiqabağı qərargahının səsvermənin yekunlarına dair bəyanatında yer alıb.
Muxalifet.az xəbər verir ki, bəyanatda qeyd olunub: “Seçkilər fərqli düşüncəyə dözümsüzlük, namizədlərə və onların tərəfdarlarına, yerli özünüidarəetmə orqanlarına kobud təzyiqlər və inzibati resurslardan görünməmiş miqyasda istifadə etməklə ksenofobiyanın təbliği şəraitində keçirilib”.Muxalifet3 - 10-12-2018
Ankaradan Qaşıqçı ilə bağlı Ər-Riyadın rədd tələbinə - Cavab
Səudiyyə Ərəbistanı rəhbərliyinin qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayətində adı hallanan şübhəli şəxsləri Türkiyəyə ekstradisiya etməkdən imtina etməsi böyük xəyal qırıqlığıdır.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun çıxış edib.
"Ər-Riyad rəsmilərinin rədd tələbi o deməkdir ki, Qaşıqçı cinayətinin üstünü açmaq niyyətləri azdır", - Altun bildirib.Muxalifet3 - 10-12-2018
Bakıda hava limanı istiqamətində tıxac var - BNA
Bir qədər əvvəl Ramana körpüsünün üzərində yol qəzası baş verdiyindən hazırda Heydər Əliyev Beynəlxalq Aerportu istiqamətində nəqliyyatın sıxlığı müşahidə edilir.
Muxalifet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.
“Sıxlıq səbəbindən ətraf kəndə və qəsəbələrə gedən avtobusların intervalında da gecikmələr yaranıb”, - deyə o, qeyd edib.
Muxalifet3 - 10-12-2018
Rəsmi Tiflisdən Bakıya dəvət: inauqurasiya mərasimi...
Gürcüstanın yeni seçilmiş Prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimində Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani məlumat verib.
Onun sözlərinə görə, nümayəndə heyətinin iştirakı ilə bağlı təsdiq alınıb, lakin heyətə daxil olacaq qonaqların səviyyəsi hələ razılaşdırılmayıb.Muxalifet3 - 10-12-2018
İki həftə ərzində eyni bölgədə ikinci helikopter qəzası
Əfqanıstanın Qəndahar vilayətində hərbi helikopter qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, qəza nəticəsində 5 əsgərin yaralandığı bildirilib.
Vilayətdəki komandanlığın sözçüsü Xoca Yəhya qəzanın texniki nazaslıq ucbatından baş verdiyini bildirib.
Qeyd edək ki, iki həftə əvvəl də sözügedən vilayətdə helikopter qəzası baş verib. Qəzada 2 əsgər həyatını itirib.
Muxalifet3 - 10-12-2018
Poroşenkonun ötən ay aldığı maaş bəlli oldu
Ukrayna Prezidenti Pyotr Poroşenkonun noyabr ayında aldığı maaşın miqdarı bəlli olub.
Muxalifet.az Ukrayna mediasına istinadən xəbər verir ki, Poroşenko ötən ay min dollara (28 min qrivna) yaxın maaş alıb.
Poroşenkonun maaşından 196 dollar vergi tutulub, qalan məbləğ isə prezidentin göstərişi ilə ianə edilib.
Muxalifet3 - 10-12-2018
Qonşuda keçmiş nazir müavini bıçaqlandı
Gürcüstanın ədliyyə nazirinin keçmiş müavini, Xüsusi Penitensiar Xidmətin sabiq rəhbəri Zviad Mixanaşvili bıçaqlanıb.
Muxalifet.az-ın verdiyi xəbərə görə, hadisə ötən gün Tbilisinin Tsxneti qəsəbəsində yerləşən restoranlardan birində qeydə alınıb.
Z.Mixanaşvili ilə yanaşı, iki nəfər də yaralanıb. Hadisənin keçmiş məhbus tərəfindən törədildiyi bildirilir.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətlərinin sabit olduğunu bildiriblər.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.
Muxalifet3 - 10-12-2018
Bir hərbi xuntanın yeni işğalçı ilə əvəz edilməsi... - Millət vəkili
Ermənistanda dekabr ayının 9–da sərgilənən kütləvi–siyasi şounu seçki adlandırmaq ağıla və məntiqə ziddir. Bunun birinci səbəbi onunla izah edilir ki, bu ölkədə cəmi iki milyona yaxın insan yaşadığı halda seçkini keçirən rəsmi qurum – Mərkəzi Seçki Komissiyası 2 milyon 500 mindən çox seçici müəyyən edib və saxta seçici siyahısı tərtib olunub. Təkcə bu fakt işğalçı ölkədə keçirilən seçkilərin saxta olduğunu söyləməyə kifayətdir. Belə olan halda, ümumiyyətlə, olmayan, yaxud sadəcə seçici siyahısında adı olan seçicinin hansısa fəallığından, yaxud qeyri-fəallığından danışmaq da ciddi olmaz.
Muxalifet3 - 10-12-2018
Real siyasətdən uzaq: "təzə klub"un köhnə "libası" - Foto
İrəvanda ermənipərəst mərkəzlərlə şübhəli sövdələşməsi olan bəzi "siyasətçilər"in iştirak etdiyi bir tədbir keçirilib. Onu Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini, MDB ölkələri institutunun direktoru, antiazərbaycan bəyanatları ilə məşhur olan Konstantin Zatulin təşkil edib. Tədbir "Lazarev klubu"nun ilk yığıncağı olub. Bu işə bir sıra erməni və rusiyalı "ekspertlər" də cəlb ediliblər. Onlar əsas olaraq Ermənistana olan təhlükələrə qarşı birgə fəaliyyəti müzakirə ediblər. Təhlükə kimi Azərbaycan və Türkiyə göstərilib.
Muxalifet3 - 10-12-2018
“Nar” gənclərə karyera qurmaqda dəstək olur
“Nar” Gənclər Fondunun təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr edilən “Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı”nda iştirak edib. “Nar” gənclərə dəstək məqsədilə festival çərçivəsində təşkil edilən karyera sərgisində media əlaqələri, məhsulların inkişafı, kiçik və orta müəssisələr üzrə satış mütəxəssisi və digər vakant yerlərə sənəd qəbulu təşkil edib.
Muxalifet4 - 10-12-2018
Meydən "Breksit"lə bağlı yeni xəbər
Böyük Britaniya parlamentində sabah keçirilməsi planlaşdırılan "Breksit" səsverməsi təxirə salınıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniya Baş naziri Tereza Mey məlumat verib.
Mey hazırda səsvermənin keçiriləcəyi təqdirdə, mövcud şərtlərlə Avropa Birliyi ilə əldə edilən razılaşmanın rədd ediləcəyini deyib.
Muxalifet3 - 10-12-2018
Qar ABŞ-ı cənginə aldı: 2 min aviareys təxirə salındı
ABŞ-da qar fırtınası ciddi fəsadlar törədib.
Muxalifet.az xəbər verir ki, qar səbəbi ilə ölkədə 2 min aviareys təxirə salınıb, 276 min vətəndaş isə elektriksiz qalıb.
Muxalifet3 - 10-12-2018
Abadi: Məni vəzifədən İran uzaqlaşdırdı
İraqın keçmiş Baş Naziri Heydər Abadi onu postundan İranın uzaqlaşdırdığını bəyan edib.
Muxalifet.az xəbər verir ki, Abadi İranla İraq arasında yaşanan çəkişmələrdən dolayı ikinci dəfə baş nazir ola bilmədiyini bildirib.
Muxalifet3 - 10-12-2018
Azlıqların Qərbə inteqrasiyaya qarşı olması... - Tsixelaşvili
Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ölkənin müxtəlif bölgələrindən olan azərbaycanlı, erməni və digər milli azlıqların nümayəndələri ilə görüşüb.
Muxalifet.az xəbər verir ki, görüş iştirakçılarına Gürcüstanın Avropa və avroatlantik strukturlara inteqrasiyası ilə bağlı məlumat verilib.
K.Tsixelaşvili bildirib ki, bu gün bəzi milli azlıqların icmaları Gürcüstanın Qərbə inteqrasiyasına qarşı çıxırlar. Bu da ciddi problemlərə yol açır.Muxalifet3 - 10-12-2018
SON DƏQİQƏ: Türkiyənin desant qoşunları Suriyaya YERİDİLİR
Türkiyədəki müxtəlif bölgələrdən göndərilən zirehli maşınlar, desant qoşunları Suriya sərhədinə göndərilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Verilən məlumatda hərbi birliklərin sərhəddəki qoşunlara yardım məqsədi ilə göndərildiyi bildirilib.
Muxalifet3 - 10-12-2018
Gürcüstanda vəziyyət yenidən gərginləşir
Gürcüstanda siyasi vəziyyət yenidən gərginləşir. Ölkə müxalifəti iqtidara qarşı yeni tələblər irəli sürərək prezident seçkilərinin noyabrın 28-də keçirilmiş ikinci turunun nəticələrinin ləğv olunmasını tələb edir.
Muxalifet.az xəbər verir ki, bu barədə müxalifətin vahid namizədi olmuş Qriqol Vaşadze bu gün keçirdiyi brifinqdə bildirib. Birləşmiş müxalifətin bu tələblə bağlı iddiası bu gün saat 15:00-da Tiflis Şəhər Məhkəməsinə təqdim olunub.Muxalifet3 - 10-12-2018