Axtarış

The search found 105860 results in 0.034 seconds.

Search results

  1. ​Peskov: ABŞ-dakı heyranedici araşdırmalardan yorulduq

    ABŞ-dakı heyranedici araşdırmaları təqib etməkdən yorulduq.
    Muxalifet.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov bildirib.
    Peskov ABŞ-dakı prezident seçkilərində Donald Trampın kampaniya meneceri olan və seçkilərdə Rusiyanın müdaxiləsi iddiası ilə mühakimə edilən Pol Manafort barəsində məlumata sahib olmadıqlarını deyib:
    "Heç bir şərh verə bilmərəm, çünki bu heyranedici araşdırmaları təqib etməkdən artıq çox yorulmuşuq".
     

    Muxalifet3 - 10-12-2018

  2. ​Prezident Rusiya ilə dostluğa son qoydu

    Ukrayna Prezidenti Pyotr Poroşenko Ali Radaya Rusiya ilə dostluq və əməkdaşlıq müqaviləsinin dayandırılması haqqında qanunu imzalayıb.
    Muxalifet.az xəbər verir ki, bu haqda dövlət başçısı Tvitter hesabında bildirib.
    Qeyd edək ki, dekabrın 6-da Ali Rada Rusiya ilə dostluq müqaviləsinin dayandırılması haqqında qanunu qəbul edib. Qanun layihəsinin təşəbbüskarı Ukrayna prezidenti idi. Qanuna əsasən, 2019-cu ili 1 aprel tarixindən dostluq müqaviləsi qüvvədən düşür.

    Muxalifet3 - 10-12-2018

  3. Abadidən şok: Bu vilayət qəsdən İŞİD-ə verildi

    ABŞ-ın eks-prezidenti Barak Obama İraqdan ordunu çəkmək üçün vəzifəni ələ aldı.
    Muxalifet.az xəbər verir ki, bunu İraqın eks-baş naziri Heydər Abadi deyib.
    O bildirib ki, Obama müharibədən yana deyildi və İraqa İŞİD-lə mübarizədə yardım edirdi.
    Abadi vəzifə başına gəldiyi zaman Anbar vilayətinin İŞİD-in nəzarəti altına düşdüyünü deyib:
    "Anbar qəsdən İŞİD-ə təhvil verilib. Bunun detallarını gələcəkdə xatirələrimi qeyd edəcəyim kitabımda açıqlayacam".
     

    Muxalifet3 - 10-12-2018

  4. ​Rusiyada azərbaycanlı iş adamı intihar etdi

    Muxalifet.az-ın verdiyi məlumata görə, 1972-ci ildə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yaşamış Nüsrət Niyaz oğlu Qırtımov özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
    Yaxınlarının report-a verdiyi məlumata görə, N.Qırtımov bu gün yaşadığı Kazan şəhərində torpağa tapşırılıb.
    Qeyd edək ki, N.Qırtımov Kazanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
     

    Muxalifet3 - 10-12-2018

  5. ​Salmanın müəmmalı Tunis səfəri: özü getdi, adamları qaldı

    Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Tunis səfərində bir məqam diqqətdən yayınmayıb.
    Muxalifet.az xəbər verir ki, Salman Tunisi tərk etdikdən sonra onunla bərabər bu ölkəyə səfər edən bəzi şəxslər Tunisdə qalıb.
    Bu barədə danışan tunisli siyasətçi Cövhər Mübarək gizli proqramlarla bağlı səudiyyəli bəzi şəxslərin 3 gün daha Tunisdə qaldığını bəyan edib:

    Muxalifet3 - 10-12-2018

  6. ​Tahir İmanov "Bu Şəhərdə"ni tənqid etdi - VİDEO

    Xalq artisti, "Planet Parni İz Baku” komandasının bədii rəhbəri Tahir İmanov aparıcı Murad Arifin təqdimatında olan "Popumuz var” verilişinin qonağı olub. Muxalifet.az xəbər verir ki, İmanov verilişdə "Bu şəhərdə” komandası haqda da fikirlərini səsləndirib. "Öncə onu deyim ki, Rafael İsgəndərov müasir dövrün ən istedadlı komiklərindəndir. Lakin "Bu şəhərdə” konsertləri müəyyən çərçivədədir. Onların konsertlərində ciddi satira və tənqid yoxdur. Çox gülməli və məzəli səhnəciklər nümayiş etdirsələr də, satiraları iti deyil. Bu onların seçimidir və hörmətlə yanaşıram”.

    Muxalifet3 - 10-12-2018

  7. ​Bu olmasa, Ermənistan hissələrə parçalanacaq

    Ermənistanda əhalinin seçici fəallığının çox aşağı olması xalqın Paşinyana olan ümidinin puç olmasının göstəricisi idi.
    Muxalifet.az xəbər verir ki, bu sözləri “Azərnyus”a açıqlamasında rusiyalı analitik Yevgeni Mixaylov deyib.
    “Seçici aktivliyinin aşağılığı Nikol Paşinyanın simasında yeni Ermənistan rəhbərliyinə göstərdi ki, xalq artıq onun vədlərinə inanmır və Paşinyanın Ermənistanı hara apardığını anlamır”, - Mixaylov deyib.
    Mixaylov Paşinyanın ilk növbədə Rusiya ilə dialoqa başlamasının vacibliyini önə çəkib:

    Muxalifet3 - 10-12-2018

  8. ​Seçki göstərdi ki, İrəvanda heç nə dəyişməyib - Ekspert

    Ermənistanda parlament seçkilərinin nəticələri əhali arasında siyasi əhval-ruhiyyənin nikbin olmadığını açıq büruzə verdi. Siyasi dəyişikliklər zamanı adətən əhalinin fəallığı yüksək olsa da, Ermənistanda bunun tam əksi müşahidə edildi. Seçki hüququna malik olan vətəndaşların yalnız 48,6 faizi səsvermədə iştirak etdi. Bu, onu göstərir ki, Nikol Paşinyanın ölkədə heç bir problemi həll edə bilməməsi, beynəlxalq aləmdə ənənəvi müttəfiqlərlə belə münasibətləri korlaması hər bir erməninin həyatına da mənfi təsirini göstərir.

    Muxalifet3 - 10-12-2018

  9. Terrorçuları titrədəcək açıqlama: “Bu yaz terroru tarixə göməcəyik”

    Türkiyənin Daxili İşlər Nazirliyinin Monitorinq və Qiymətləndirmə Sistemi Layihəsinin (İZDES) növbəti iclasında iştirak edən daxili işlər nazirinin müavini Mehmet Ərso jurnalistlərə açıqlamalar verib.
     
    Ərsoy terrorla mübarəzəyə də toxunub:

    Muxalifet3 - 11-12-2018

  10. Astarada DƏHŞƏTLİ ÖLÜM HADİSƏSİ: 28 yaşlı gənc qatarın altında qaldı

    Astarada qatar yerli sakini vuraraq öldürüb.
    MUxalifet.az
    publika.az-a istinaden xəbər verir ki, hadisə Qamışovka kəndində baş verib.
    1990-cı il təvəllüdlü, Balaca Şahağacı kənd sakini Qəhrəmanov Tahir İbrahimağa oğlunu qatar vurub. T.Qəhrəmanov hadisə yerində ölüb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 11-12-2018

  11. Avropa limanlarını Rusiya gəmilərinin üzünə bağlayır - Maliyyə axınlarının da yolu bağlanır

    Rusiya bankları SWIFT beynəlxalq tranzaksiyalar sistemindən çıxarıla bilər. «AzPolitika.info»-nun xarici KİV-istinadla verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bəyan edib.

    Muxalifet - 11-12-2018

  12. İsveçdə Yəmən DANIŞIQLARI: Müharibə və aclığa son qoymaq üçün SON ŞANS

    Səudiyyə Ərəbistanı, BƏƏ və İranın dəvət edilmədiyi danışıqlar nə vəd edir?

    BMT-nin təşkilatçılığı ilə ötən həftə İsveçdə başlayan Yəmən sülh danışıqları davam edir. Danışıqlar hazırda hakimiyyətə nəzarət edən husilərin Ənsarullah təşkilatının təmsilçiləri ilə Səudiyyə Ərəbistanında mühacirətdə olan devrilmiş prezident Mansur Hadi hökuməti arasında keçirilir.

    Muxalifet - 11-12-2018

  13. ​Lənkəranda DƏHŞƏTLİ HADİSƏ: 18 yaşlı ana bətnindəki 7 aylıq körpəsini öldürdü

    Lənkəranda ana öz körpəsini bətnində öldürüb.
    Muxalifet.az
    Trend-ə istinadən xəbər verir ki, hadisə Lənkəran rayon Mərkəzi Xəstəxanasında baş verib.
    Dekabrın 10-da gecə saat 01 radələrində 2000-ci il təvəllüdlü Bəşirova Xədicə Emil qızı 7 aylıq hamiləliklə xəstəxananın doğum şöbəsinə gətirilib. Qadın uşağı dünyaya gətirəndən dərhal sonra körpə ölüb.

    Muxalifet - 11-12-2018

  14. Hərəkətə keçdilər! Türkiyədə yeni “GƏZİNTİ” TƏXRİBATI

    Fransadakı "Sarı JiletLİlər" qiyamı “gəzinti”, 17/25 dekabr fırıldağı hadisələri və 15 iyul dövlət çevrilişi cəhdi ilə Türkiyəni təslim ala bilməyən beynəlxalq şəbəkəni yenidən hərəkətə keçirib. Bu dəfə daha böyük bir "çətir” yaratmaq, müxtəlif siyasi dairələri də işin içinə qatmaq planları hazırlanır. Koalisiyanın mərkəzində FETÖ və xarici kəşfiyyat xidmətləri də var.
     
    “Sarı Jiletlilər” aksiyası bəzi dairələrdə bu istiqamətdə "ümidlər" yaranmasına yol açıb.
     
    ABŞ-da BİŞİRİLİB
     

    Muxalifet3 - 11-12-2018

  15. “Ermənistan parlamenti Qarabağı Azərbaycana qaytara bilər” - POLİTOLOQ

    Ötən gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi. Hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Pşainyanın “Mənim addımım” bloku ciddi fərqlə rəqiblərini üstələdi və parlamentdə üstünlüyü təmin etmə şansı əldə etdi. Digər rəqiblərin sırada çıxması Paşinyanın yaradacağı hökumətin fövqəladə və geniş səlahiyyətlər əldə etməsinə gətirib çıxaracaq.

    Nikol Paşinyanın hökuməti formalaşdırdıqdan sonra hansı addımları atacağı Ermənistanın və onun havadarlarının gündəm məsələsidir.

    Muxalifet - 11-12-2018

  16. Paşinyandan “Türkiyə” və “Qarabağ” mesajı

    Ermənistandakı erkən parlament seçkisinin qalibi müvəqqəti baş nazir Nikol Paşinyan, “Türkiyə ilə ön şərt olmadan birbaşa əlaqə qurmağa hazırıq. Ümid edirəm ki, Türkiyə də buna hazırdır” deyib.
     
    Paşinyan, bir qrup xarici jurnalist ilə bir araya gələrək sualları cavablandırıb. Paşinyan Anadolu Agentliyinin verdiyi suala, Türkiyə ilə münasibətləri normallaşdırmaq məsələsində yeni bir addım atmayacağına yönəlik fikir bildirib.

    Muxalifet3 - 11-12-2018

  17. ​Masallıda evdə baş verən partlayışın SƏBƏBİ BİLİNDİ: CİNAYƏT İŞİ BAŞLANDI

    Masallı rayonunda evdə azyaşlının ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb.
    Masallı rayon Prokurorluğundan Muxalifet.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlaıq) maddəsilə cinayət işi başlanıb.

    Muxalifet - 11-12-2018

  18. Fransa prezidenti Makron gözlənilən açıqlamanı verdi!

    Fransa prezidenti Makron “Sarı Jiletlilər” qiyamı ilə bağlı açıqlama verib. Makron etdiyi açıqlamada, “Ölkədə dərin və bir xalq qəzəbi var. İqtisadi və sosial yöndə fövqəladə vəziyyət elan edəcəyəm” deyib.
     
    Makronun açıqlamasının əsas sətir başları belədir:
    -Böhrana sürüklənən bir ölkə görmək istəmirik.
    -İqtisadi və sosial yöndə fövqəladə vəziyyət elan edəcəyəm.
    -Ayda 2 min avro-dan az maaş alanların maaşları artırılacaq.
    -Tarixi bir dönüş nöqtəsindəyik, dialoqla həll edəcəyik.
    -Namizəd olarkən dediklərimi unutmamışam.

    Muxalifet3 - 11-12-2018

  19. ​Bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

    Bu gün Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

    Muxalifet - 11-12-2018

  20. Gürcüstandakı prezident seçkisi İvanişvili​yə 180 milyona başa gəldi

    Gürcüstanın “boz kardinal”ı milyarder Bidzina İvanişvilinin sərvəti 180 milyon dollar azalıb.
    Məlumatı “Blumberq” agentliyi yayıb. Məlumata görə, İvanişvili böyük miqdarda itkisinə rəğmən dünyanın ən zəngin insanları reytinqində 25 pillə irəliləyərək 270-ci yerə yüksəlib. Onun sərvətinin hazırda 5,62 milyard dollar təşkil etdiyi bildirilib.

    Muxalifet - 11-12-2018

Pages