Axtarış

The search found 105860 results in 0.019 seconds.

Search results

  1. Diqqət çəkən siyahı: Bin Salman çıxdı, Qaşıqçı girdi

    Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən jurnalisti Camal Qaşıqçı Amerikanın “Time” jurnalının hər il seçdiyi "ilin adamı" siyahısında finala qalan şəxslər arasında yer alıb.
     
    “Time” jurnalının redaktor heyəti tərəfindən 1927-ci ildən bu yana hər il, həmin ilə damğa vuran yaxşı, ya da pis hadisələrdə iştirak edən şəxslərdən seçilən "ilin adamı" fəxri adı üçün müəyyən olunan finalçılar açıqlanıb. Siyahıda cinayətə qurban gedən və hələ də cəsədinin harada olduğu bilinməyən jurnalist Qaşıqçı-nın olması diqqəti çəkib.

    Muxalifet3 - 11-12-2018

  2. Türkiyədən Fəratın şərqinə əməliyyat siqnalı!

    Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay, "İdlibdə Rusiya ilə gəldiyimiz və İran tərəfindən də dəstəklənən anlaşma sayəsində çox böyük humanitar böhran yaşanmasının qarşısını aldıq. İndi də gündəmimizdə Fəratın şərqində yaradılmağa çalışılan terror dəhlizini parçalamaq vardır" deyə açıqlama verib.
    Müxalifət.az

    Muxalifet3 - 11-12-2018

  3. ​Fransada ƏMƏLİYYAT: Azərbaycanlıların da yer aldığı qruplaşmaya qarşı - VİDEO

    Fransada xüsusi əməliyyat zamanı gürcü, azərbaycanlı və ermənilərin yer aldığı mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri saxlanılıb.
    Gürcüstan KİV-i xəbər verir ki, VORS 69-01 adı verilmiş xüsusi əməliyyat Lion şəhərində keçirilib.
    Saxlanılan 22 nəfərdən 10 nəfər Gürcüstan vətəndaşıdır. Onların arasında iki “qanuni oğru” var.
    Əməliyyata Fransa, Belçika və Gürcüstan hüquq-mühafizə orqanlarının 300-dək əməkdaşı cəlb olunmub.

    Muxalifet - 11-12-2018

  4. ​Qubada ağır CİNAYƏT: həmkəndlisini öldürdü

    Qubada qətldə şübhəli bilinən şəxs tutulub.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, dekabrın 8-də axşam saatlarında rayonun 2-ci Nügədi kənd sakini Heybət Heybətovun bədənin bir neçə nahiyəsinin daxilə nüfuz edən kəsilmiş deşilmiş yaraları xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunsa da, dünyasını dəyişib. 

    Muxalifet - 11-12-2018

  5. ​Siqaretlə bağlı YENI QADAĞA: Sürücü və sərnişin 50 manat cərimələnəcək

    Tütündən istifadə ilə bağlı bəzi yeni cərimələr bu gündən rəsmən hüquqi qüvvəyə minib.
    Muxalifet.az xəbər verir ki, taksi sürücüləri və taksidən istifadə edənlər bu gündən taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimə edilə bilərlər: “Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə düzəliş hüquqi qüvvəyə minib.
    Belə ki, istər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, 40-50 manat məbləğində cərimə oluna bilər.

    Muxalifet - 11-12-2018

  6. ​İstanbulda GÜCLÜ PARTŞAYIŞ: 5 binanın sakinləri təxliyə edildi

    İstanbulun Bağçılar rayonunda partlayış baş verib.
    Trend-in məlumatına görə, insident səhər saat 04:30-da küçədə qeydə alınıb.
    Bildirilir ki, partlayışa qaz balonunda sızma səbəb olub.
    Partlayış güclü olduğundan dərhal ətrafdakı 5 binanın sakinləri təxliyə edilib.
    Xəsarət alanlar barədə məlumat yoxdur.

    Muxalifet - 11-12-2018

  7. ARMATUR QALMAQALININ PƏRDƏARXASI - “”Bakı Steel Company” qiymətləri diktə etməyə çalışır”

    Ekspert: “”Baku Steel Company”nin özünün keyfiyyətli məhsul istehsal etməsi məsələsi ilə bağlı da problemlər yaşanıb”

    Muxalifet - 11-12-2018

  8. ​Azərbaycanda universitet rektoru 5 il müddətinə təyin ediləcək - PREZİDENTDƏN FƏRMAN

    Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək. 
    Muxalifet.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
    Bu müddəa Fərman qüvvəyə mindikdən sonra həyata keçirilən təyinatlara şamil olunacaq.

    Muxalifet - 11-12-2018

  9. ​“Çalışırlar ki, Azərbaycanda terror hadisəsi törətsinlər” - Ziyafət Əsgərov

    “Azərbaycanda daxili qoşunlarla, ümumiyyətlə digər hərbi və təhlükəsizliklə bağlı qanunlara dəyişikliklər, hətta ola bilsin ki, ayrıca qanunun qəbul edilməsi məsələsini müzakirəyə çıxarmağı nəzərdə tuturuq”.
    Muxalifet.az xəbər verir ki, bunu “Report” müsahibəsində Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

    Muxalifet - 11-12-2018

  10. “Sarı Jiletlilər” tərəddüd edir: İkiyə bölündülər

    Fransa prezidenti Emmanuel Makron, "Sarı Jiletlilər"in aksiyaları barədə uzun sürən səssizliyini pozaraq Fransa xalqına müraciət edib. Makronun minimum maaş artımları və vergilər mövzusunda həyata keçiriləcək yeniliklərə yönəlik açıqlamalarını və təkliflərini məqbul saymayan "Sarı Jiletlilər"in bir qismi etirazlara davam edəcəklərini açıqlayıb.
     
    “QƏRARLAR 3 HƏFTƏ ƏVVƏL VERİLMƏLİ İDİ"

    Muxalifet3 - 11-12-2018

  11. ​Miqrant böhranına görə 30 milyard dollar ayrılacaq

    Meksika federal hökuməti miqrasiya problemini həll etmək üçün ölkənin cənub rayonlarının inkişafına 30 milyard dollar vəsait ayıracaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Marselo Ebrard miqrasiya məsələləri üzrə Mərakeşdə keçirilən BMT hökumətlərarası iclasındakı çıxışında bəyan edib. 
    “Ümid edirəm ki, bu investisiyalar və səylər yaxın 5 il ərzində 30 milyard dolları keçəcək və bu, ölkənin cənubuna yatırılan ən vacib investisiya olacaq” - Ebrard vurğulayıb. 

    Muxalifet - 11-12-2018

  12. ​Bakıda vəzifəli şəxs şirkətdə işləyən arvadını vəhşicəsinə öldürdü - ŞOK FAKTLAR - FOTO

    Bakıda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
    Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də əri tərəfindən 5-ci mərtəbədən atılaraq öldürülən Taxveli Adelya Azər qızı “Atəşgah Sığorta” şirkətinin vəzifəli əməkdaşlarından olub. O, həm də Azərbaycan Sığortaçılar Asosasiyasının Qeyri-həyat komitəsinin üzvü olub.

    Muxalifet - 11-12-2018

  13. ​Sabah bu yollar tam bağlı olacaq

    Sabah bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
    Muxalifet.az xəbər verir ki, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polkovnik Vaqif Əsədov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, mərhum prezident Heydər Əliyevin anım günü ilə əlaqədar mərasimə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 8:00-dan tədbir tam başa çatanadək, Parlament prospektində Fəxri Xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq. 

    Muxalifet - 11-12-2018

  14. Qurbanovdan ŞOK ADDIM: AFFA-nın ona ödəməli olduğu təzminatdan...

    Qurban Qurbanov AFFA-nın ona ödəməli olduğu təzminatdan imtina edib.
    Muxalifet.az xəbər verir ki, Qol.az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"ın çalışdırıcısı bununla bağlı fikrini ötən şənbə günü AFFA İcraiyyə Komitəsinin iclası zamanı federasiya rəhbərliyinə çatdırıb.

    Muxalifet - 11-12-2018

  15. “Türk dilində “Məmur” sözü fərqli məna kəsb etməkdədir” – “Azersun Holding”

    “Azersun Holding” MMC-nin İdarə Heyətinin sədri Abdolbari Goozalın “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin (İmişli Şəkər Zavodunun idarəçisi) səhmlərinin İPO-ya (Initial Public Offering – İlkin Kütləvi Təklif) çıxarılması ilə bağlı verdiyi açıqlama yanlış anlaşılıb.

    “Report” xəbər verir ki, bu barədə holdinqin yaydığı müraciətdə bildirilir.

    Muxalifet - 11-12-2018

  16. Qubada qəsdən yanğın törədən şəxs SAXLANILDI: “Məni buna o vadar etdi” - VİDEO

    Qubada qəsdən yanğın törədən şəxs saxlanılıb.
    Muxalifet.az ARB TV-yə istinadən xəbər verir ki, dekabr ayının 8-də gecə saatlarında Quba Rayon Polis Şöbəsinə rayonun Qorxmazoba kənd sakini Şahbaz Əliverdiyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə yanğın baş verməsi barədə məlumat daxil olub.
    Araşdırmalarla hadisənin qəsdən törədildiyi məlum olub.

    Muxalifet - 11-12-2018

  17. İvanişvilinin anası Çiçino 96 yaşında vəfat etdi

    Gürcüstanın “boz kardinalı” milyarder Bidzina İvanişvilinin anası Çiçino İvanişvili vəfat edib.
    Bu barədə məlumatı Gürcü Arzusu Partiyasının Mətbuat Xidməti yayıb. Onun anasının 96 yaşında vəfat etdiyi bildirilib.
    Qeyd edək ki, Çiçino İvanişvili Gürcüstanın İmereti regionunun Saçxere şəhərində yaşayıb./Axar

    Muxalifet - 11-12-2018

  18. ​Eldar Əzizov ƏMR VERDİ: Məşhur parkdakı OBYEKTLƏR SÖKÜLÜR - Fotolar

    Bakı Şəhər İcra Hakimiyyətinin başçısı  Eldar Əzizovun müvafiq əmri ilə “Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında yenidənqurma işlərinə başlanılıb.
    Muxalifet.az Unikal.org-a istinaden xəbər verir ki, icra başçısının göstərişi  ilə parkda yerləşən bütün  restoranlar, ticarət və ictimai-iaşə obyektlərinin söküntüsü həyata keçirilir.  
    Söküntü işlərininə Bakı şəhər mənzil-kommunal təsərrüfatının texnikası və canlı qüvvəsi cəlb edilib.  Bu isə orada yerləşən obyekt sahiblərinin ciddi narazılığına səbəb olub.

    Muxalifet - 11-12-2018

  19. Кемаль Оксуз признал, что скрыл финансирования SOCAR поездки конгрессменов в Баку

    Кемал Оксуз, считающийся лоббистом властей Азербайджана в США, и обвиненный в организации поездки американских конгрессменов на деньги правительства Азербайджана, признал себя виновным в понедельник.

    Он подтвердил, что был участником схемы для сокрытия факта, что поездка финансируется SOCAR - государственной национальной нефтегазовой компанией Азербайджана. Об этом, как передает корреспондент TURAN в Bашингтоне, сообщило Министерство юстиции США.

    Muxalifet4 - 11-12-2018

  20. "Rus NATO-su" var, "Ərəb NATO-su" yaradılır, "Türk NATO-su" nədən olmasın?

    Ramil Məmmədli: "Hazırkı məqamda türk dövlətləri daha çox mövcud real vəziyyətə uyğun olaraq öz hərbi, siyasi və iqtisadi maraqlarını nəzərə alaraq manevr edirlər"

    "Əgər türk dövlətlərinin vahid hərbi birləşməsinin yaradılması ilə bağlı bir işə başlanılsa, o zaman Türkiyə gərək NATO-nun üzvlüyündən çıxsın"

    Muxalifet - 11-12-2018

Pages