Azərbaycanda fəhlələri daşıyan avtobus aşdı - İÇƏRİSİNDƏ FABRİKƏ İŞƏ GEDƏN QADINLAR OLUB / FOTO
29-09-2019 11:43
Baxış sayı:
3431

Bu gün səhər saatalrında Neftçala rayonunun Qaraqaşlı kəndində yerləşən quşçuluq fabrikinə məxsus “PAZ-672” markalı avtobus kənd ərazisində yoldan çıxaraq aşıb.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, hadisə baş verən zaman avtobus yavaş sürətlə hərəkət etdiyindən fabrikə işə gedən fəhlə qadınlardan yalnız bir nəfər- Salyan şəhər sakini, 48 yaşlı Könül Məmmədhəsən qızı Abdulova xəsarət alıb.
O dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.