Badamdar sürüşmə zonasında SON VƏZİYYƏT: çoxlu yeni çatlar yaranıb
22-10-2018 09:47
Baxış sayı:
3412

Bakının Səbail rayonunda, Badamdar sürüşmə zonasında çoxlu yeni çatlar yaranıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsinin üzərində çoxlu sayda yeni çatlar müşahidə edilir.
Sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir.
Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb.