Bakıda mağazadan 1250 manatlıq enerji içkisi oğurlandı
16-09-2019 22:47
Baxış sayı:
8349

Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
APA xəbər verir ki, M.Rəsulzadə qəsəbəsində yerləşən mağazadan naməlum şəxslər oğurluq edib.
Belə ki, Nağı Abidinova məxsus mağazadan naməlum şəxslər ümumi dəyəri 1250 manat olan enerji içkisi “Hell” və 1500 manatlıq siqaret oğurlayıblar.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədənləri axtarır.