Ermənistanda müxaliflər özlərini hökumət binasına qandalladılar - VİDEO

Baxış sayı:
907

Ermənistanda “Azataqrum” (“Qurtuluş”) hərəkatından olan bir qrup müxalifət fəalı Baş nazir Nikol Paşinyanın və Nazirlər Kabinetinin digər üzvlərinin hökumət binasına girişinin qarşısını almaq üçün özlərini qapıya qandallayıblar.

TASS-ın məlumatına görə, polis aktivistləri saxlamağa başlayıb.

Etirazçılardan biri “Paşinyan və tərəfdarları binaya girməməlidir”, - deyə bildirib.