Gürcüstandakı AKSİYADA qarşıdurma

Baxış sayı:
4000

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiyada gərginlik yaşanıb. Muxalifet.az “Report”a istinadən xəbər verir ki, aksiya iştirakçıları ərazidə çadır qurmağa cəhd ediblər.
Polis əməkdaşları onların bu cəhdinin qarşısını alıb.
Aksiya iştirakçıları və polis arasında yaranmış qarşıdurma zamanı bir qadının halı pisləşib. Hadisə yerinə çağırılan "təcili yardım" maşını qadını xəstəxanaya çatdırıb.
Gürcüstanın Daxili İşlər Nazirliyindən aksiyada baş vermiş insident zamanı saxlanılanların olmadığı bildirilib.
Qeyd edək ki,  aksiyaya prezidentliyə iki namizəd də qoşulub. “Güc birlikdədir” müxalif siyasi birliyinin namizədi Qriqol Vaşadze və Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze parlamentin qarşısına gələrək etirazçılarla həmrəy olduqlarını bildiriblər.