Hamamda narkotik qəbul edən qadın öldü - BAKIDA
29-10-2019 23:43
Baxış sayı:
3248

Bakıda qadın narkotikin təsirindən ölüb.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.
Yasamal rayonu, H. Zərdabi küçəsi ev 78, mənzil 220-də yaşayan Məmmədova Mehriban Fərrux qızının meyiti yaşadığı evin hamamında aşkar edilib.
Hüquq-mühafizə orqanları əməkdaşları meyitə baxış keçirərkən üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Meyitin yanında içərisində narkotik vasitə hesab edilən maye olan şpris aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.