​İDDİA: "YEVANGELİSTLƏR TRAMP HÖKUMƏTİNƏ TƏZYİQ GÖSTƏRİR"

Baxış sayı:
2422

“Turkish Heritage Organisation” analitik informasiya mərkəzinin başçısı Ali Çınar deyib; “FƏTÖ məsələsi ilə bağlı heç bir addım atılmadığı halda, başqa bir məhkəmədə iqtisadi təhdid münasibətlərə çox zərər verir. Rahip Branson böhranının daxili siyasət müstəvisi də var”.
Hurriyyet.org xəbər verir ki, analitik deyib: “ABŞ-da din və dini qruplar çox mühümdür. Türkiyəyə təhdid açıqlamaları verən vitse-prezident Mayk Pens və 4 nəfər senator rahib Branson ilə eyni kilsə qrupuna bağlıdırlar. O səbəbdən əvvəlcədən dövlətin ən yüksək səviyyəsində bu məsələ çox həssas şəkildə dilə gətirildi. Bundan başqa, rahib Branson məsələsindən hər bir sahədə istifadə eləmək istəyən qruplar meydana çıxdılar. Rahip Branson böhranının daxili siyasət müstəvisi də var. Tramp iqtidarının Rahib Branson məsələsini seçkidən əvvəl daxili siyasət materialı kimi istifadə elədiyini deyənlər də var. Həmçinin, prezident Tramp başqa ölkələrdə həbsdə olan amerikalıların ABŞ-a gətirilməsinə çöx böyük əhəmiyyət verir. Belə bir hadisə son dəfə Şimali Koreyada baş verdi və siyasi şouya çevrildiyi üçün etirazını bildirənlər çox oldu. Xüsusilə də demokratlar Trampın təyyarə qapısındakı qarşılanmasını tamamilə daxili siyasət naminə edildiyini vurğuladılar. Məncə, Trapm hökuməti rahib Bransonun qayıdışını da şouya çevirəcəkdi. İstədiklərini əldə etməyincə çox əsəbiləşdilər”.
“Yvangelist kəlməsi “Xristinalıq barəsində vəz edən, yayan adam” mənasını bildirir. Lüterçi protestantlıq ilə başlanan; puritanizm ilə təkmilləşən; Cimmi Karter, Ronald Reyqan və ata Corc Buşun prezidentlikləri dövründə addım-addın inkişaf edən yevangelizm 11 sentyabrdan sonra oğul Buş ilə qlobal imperializmi idarə edən əsas gücə çevrildi. Və son dövrdə prezident Tramp ilə Ağ Ev idarəçiliyində nüfuzlu yevangelistlər işləyirlər. Kabinet iclasları dualarla başlayır. Yevangelist qruplar ABŞ iqtidarı üçün ciddi bir təzyiq ünsürüdürlər. Onların sayları təkcə Amerikada 70 milyon nəfərə çatır. İncildəki kəhanətləri həyata keçirmək üçün çalışıdlar. Bu xristianlara görə qiyamət Yaxın Şərqdə qopacaq və onlar da İsa Məsih sayəsində dünyaya hakim olacaqlar. Dünyadakı bir çox insan Amerika siyasətinim artıq İncildəki kəhanətlərə görə formalaşdığına inanırlar. Bu baxımdan yanaşanda yevangelistlərin təzyiqi altındakı ABŞ iqtidarının sərt açıqlamalarının səbəbi də anlaşılır”.