“OĞLUMUN 17 İL İSTİFADƏ ETDİYİ TORPAĞA DAİR İCARƏ MÜQAVİLƏSİ YENİLƏNMƏDİ” - Şuşa şəhidinin atasından prezidentə müraciət

Baxış sayı:
1609

Şuşa uğrunda şəhid olan Roman Pənahovun atası Sərkər Pənahov Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisin sədri Sahibə Qafarovaya və ədliyyə naziri sədri Fikrət Məmmədova mətbuat vasitəsilə müraciət edib.
Muxalifet.az xəbər verir ki, şəhid atası oğlunun kənd təsərrüfatı məqsədi ilə istifadə etdiyi torpağın icarə müqaviləsinin yenilənməsinə “qanuni əsas”nın olmadığı barədə Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) qüvvəyə minməmiş qərarı üzrə işə 3 -cü şəxs qismində cəlb edilməsi haqqında vəsatətinin nəzarətə götürülməsini xahiş edib. Müraciətdə deyilir :

“Cənab Ali Baş Komandan!
Hörmətli 1-ci vitse-prezident!
Hörmətli Milli Məclis sədri!
Cənab nazir!

Mənim oğlum Roman Pənahov Şuşa uğrunda Daşaltıda şəhid olub. Oğlumun Vətən uğrunda şəhid olmasından qürur duyuram. Balam şəhid olmamışdan qabaq iş ortağı Firuz Maarif oğlu ilə kənd təsərrüfatı məqsədi ilə istifadə etdikləri torpaqda arıçılıqla məşğul olurdu. Bizim dolanışığımız torpaqdan çıxır, əlimizin zəhməti ilə dolanırıq . Həmin torpaq sahəsi ilə bağlanmış icarə müqaviləsi bələdiyyə tərəfindən uzadılmadığından, bir il qabaq Şəki İnzibati Məhkəməsinə müraciət edilib. Bu arada Qarabağ Vətən savaşına qatılan oğlumdan xəbər gəlmədi və dostu (m) Firuz igid balamı Daşaltıdan tapıb gətirdi.
Şəki İnzibati Məhkəməsinin qanunsuz qərar qəbul etməyəcəyinə arxayın olduq. Məhkəmə isə bizə xəbər etmədən cavabdehin teleqramı “əsasında” qərara alıb ki, iddia tərəfinin 17 ildir istifadə etdiyi torpağa dair icarə müqaviləsi bağlanılmasına heç bir qanuni əsası yoxdur. Bu  24.02.2021 tarixli 2-1 (116)-103/21 nömrəli qərar qüvvəyə minmədiyindən məhkəməyə vəsatət verib, marağıma toxunduğuna görə, 3-cü şəxs qismində işə cəlb edilməyimi xahiş etmişəm. Sizdən işin nəzarətə götürülməsini təmin etməyinizi, Şuşa şəhidinin Ağsudakı torpağının “işğaldan azad edilməsi” üçün “Dəmir yomruğu” işə salmağınızı xahiş edirəm”.
Muxalifet.az