Parlamentdə terror və... - Köçəryandan sonra həbs növbəsi Serj Sərkisyana çatıb?

Baxış sayı:
3295

Ermənistan faktiki olaraq son 20 ildə antikonstitusion rejimdə və kriminal oliqarxiyanın cəngində yaşayıb.
Muxalifet.az avropa.info-ya istinadən xəbər verir ki, bu fikirlər Ermənistanın 1in.am xəbər portalı ölkənin ikinci preizdenti Robert Köçəryanın və onun sələfi Serj Sərkisyanın hakimiyyət illərini şərh edən yazısında qeyd edib.
Erməni saytı yazır ki, R. Köçəryanın həbsi faktiki olaraq Ermənistanda yeni situasiya yaradıb.
"Köçəryan 2008-ci ildə 1 mart iğtişaşları konteksində, yəni ölkədə konstitusion quruluşu dəyişərək hakimiyyət çevrilişi etməkdə ittiham olunaraq həbs edilib. 1 mart hadisələri araşdırılarsa, o zaman bu ssenariyə uyğun olara qanlı iğtişaşlar nəticəsində hakimiyyətə gələn Serj Sərkisyan da ölkəni 10 il ərzində qeyri-legitim formada idarə edib. Çünki Köçəryan 1 mart iğtişaşlarından sonra hakimiyyəti çevrilişi yolu ilə məhz Serj Sərkisyana təhvil verib. Ona görə də üçüncü president Serj Sərkisyanın da 1 mart hadisələrinə görə məsuuliyyətə cəlb edilməsi qaçılmazdır. Ən azından S.Sərkisyan o dövrdə Ermənistanın baş naziri vəzifəsini daşıyırdı.”
Sayt qeyd edir ki, Ermənistanda antikonstitusion hakimiyyət təkcə S. Sərkisyan dövründə deyil, R.Köçəryanın birinci və ikinci prezidentliyi dövrünü də əhatə edir.
"Hələ 1998-ci ildə Ermənistanda keçirilən prezident seçkilərində R.Köçəryanın seçkilərdə iştirak etmək hüququ yox idi. Onun seçkilərdə iştirakı ölkə konstitusiyasının tələblərinə zidd idi. Buna görə də 1998-ci il seçkilərini legitim hesab etmək olmaz. Bütün bunlar deməyə əsas verir ki, Köçəryan 20 il bundan öncə hakimiyyəti qəsb edib. 2003-cü ildə Köçəryan ikinci dəfə prezident seçilməsinə baxmayaraq, Konstitusiya məhkəməsi onun qələbəsini müəyyən şərtlər daxilində qəbul etdi. Konstitusiya məhkəməsinin qərarına əsasən, 2004-cü ildə Ermənistanda Köçəryan hakimiyyətinə etimad göstərilməsi ilə bağlı referendum keçirilməsi nəzərdə tutulurdu. 2004-cü ildə Köçəryan nəinki referendum keçirdi, əksinə 12 aprel aksiyasında polis dinc nümayişçilərə qarşı zor tətbiq etdi və aksiyanın təşkilatçısı olan 3 siyasi partiyanın ofislərini zəbt etdi. Dinc aksiya keçirdiyinə görə onlarla müxalifətçi həbs edildi. Bununla da Köçəryan hakimiyyəti tamamilə özünün siyasi və hüquqi legitimliyini itirmiş oldu.”
Sayt Köçəryanın 29 oktyabr 1999-cu il parlamentdəki terror hadisələrində əli olduğunu iddia edib.
"Bununla da Köçəryan terror yolu ilə hakimiyyəti tamamilə ələ keçirdi. Bütün bunlar deməyə əsas verir ki, Ermənistan son 20 ildə antikonstitusion rejimdə və cinayətkar oliqarxların caynaqları arasında yaşayıb” – erməni saytı belə yazıb.