Paşinyanın həyat yoldaşı Bakıya gəlmək istəyir
4-12-2019 14:28
Baxış sayı:
5551

Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akobyan Bakıya gəlmək istəyir. Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə o, BMT Təhlükəsizlik Şurasının “Qadınlar, sülh və təhlükəsizlik”ə dair qətnaməsinə həsr edilmiş konfransda çıxışı zamanı deyib. “Əgər dəvət olarsa, Bakıya getməyə hazıram”, - deyə Akobyan əlavə edib.