“Putinlə yaxşı yola gedirdim, onu bəyəndim” - TRAMP DEYİB

Baxış sayı:
1249

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə arasında qarşılıqlı rəğbət olduğunu bildirib. Bu barədə sabiq prezident “Fox News”a müsahibəsində deyib.

"Prezident Putinlə yaxşı yola gedirdim, mən onu bəyəndim, o da məni bəyəndi".

Tramp bunun pis deyil, yaxşı olduğunu əlavə edib.

Qeyd edək ki, Moskva ilə Vaşinqton arasındakı münasibətlər 2016-cı ilin sonunda Tramp prezident seçildikdən sonra kəskinləşmişdi. O zaman respublikaçıların əleyhdarları Moskvanın ABŞ-dakı seçki proseslərinə mümkün müdaxiləsi ilə bağlı ittihamlar irəli sürmüşdülər.