Qondarma “erməni genosidi” ABŞ Nümayəndələr palatasında səsverməyə çıxarılacaq...

Ermənilərin fürsətçil olduqları, ən kiçik hadisəni öz xeyirləri üçün istifadə etməsi yüz illərdir ki, bütün dünyaya məlumdur.
Türkiyənin “ Barş pınarı” əməliyyatından öz çıxarları üçün istifadə etmək də bu çoxəsrlik xəstə təxəyyülün əlamətlərindən biridir. Bu yaxınlarda Dağlıq Qarabağa qanunsuz səfər edən ABŞ konqressmeni Frenk Palonenin erməni lobbisinin maliyyələşdirməsi nəticəsində anti Azərbaycan və anti Türkiyə mövqeyi geri döndükdən sonra da davam edir.
Alınan məlumata görə növbəti həftədə ABŞ nümayəndələr palatası Palonenin təklifi ilə qondarma erməni genosidini tanımaq haqqında qətnaməni səsverməyə çıxaracaq. Türkiyənin Suriya sərhədlərində antiterror əməliyyatını birmənalı qarşılamayan Qərbin Türkiyəyə olan soyuq münasibətindən yararlanıb, “genosid” oyununu yenidən gündəmə gətirmək Amerika erməni assambleyasının fəaliyyətinin nəticəsi olsa da bu oyunun “alətlərinin” artıq ABŞ qanunvericilik orqanları olması təəssüf doğurur. Həmin Palone öz Tvitter səhifəsində yazır:
”Növbəti həftə ABŞ nümayəndələr palatası erməni soyqırımını rəsmən tanımaq üçün tarixi səsvermə keçirəcək”.
Türkiyəni təzyiq altında saxlamaq üçün “genosid” hər zaman nəinki ABŞ-ın, o cümlədən Avropa ölkələrinin də siyasi təzyiq vasitəsi olduğu çoxdan bəllidir. Amma, bu təzyiqlərin Türkiyədən çox özlərinə zərər gətirəcəyi qeyd olunan ölkələrin siyasi dairələrinə yaxşı məlumdur. Və təsadüfi deyil ki, dünən NATO sammitində Türkiyənin Suriya əməliyyatları müzakirə olunanda Alyans üzvləri Türkiyənin vacib tətəfdaş olduqlarını və hər hansı təzyiqin Türkiyəni Rusiya ilə yaxınlaşdırdığını vurğulayıb.
Erməni nə etsə də “dəyirman bildiyini edir”.//Moderator.az