Rus hərbi ekspertdən xəbərdarlıq: BU BÖLGƏLƏRDƏ III DÜNYA MÜHARİBƏSİ BAŞLAYA BİLƏR

Rus VPK qəzetinin xəbərinə görə, Rus Hərbi Raket və Artilleriya Elmlər Akademiyasının vitse-prezidenti Konstantiv Sivkov, 3-ci Dünya Müharibəsinin potensial olaraq başlaya biləcəyi əsas hərbi təhdid və yerləri sadalayıb.
Ekspertə görə, hərbi təhdidlər ümumiyyətlə zəifləmir, əksinə, "beynəlxalq elita tərəfindən dəstəklənən regional ziddiyyətlərin gərginləşdirilməsi üçün daha da böyüyür. Məsələn, cənubda, hərbi təhlükənin əsas mənbələri, Müstəqil Dövlətlər Birliyinin (MDB) Orta Asiya ölkələrindəki qeyri-sabitlik, Suriya, İraq və Əfqanıstandakı müharibələr, Hindistan və Pakistan arasındakı problemlər və ABŞ ilə İran arasında artan gərginlik.
KÜRD DÖVLƏTİNİN MEYDANA ÇIXMASI, YA DA İRANIN HÜCUMA MƏRUZ QALMASI
İraq və Suriya torpaqlarının bir hissəsinin bölünməsi ilə birlikdə bir Kürd dövlətinin meydana çıxması, həmçinin, İranın ABŞ, İsrail, NATO ölkələri və Körfəzdəki müttəfiqləri tərəfindən təcavüzə məruz qalma ehtimalı Yaxın Şərq regionunda hərbi münaqişəyə rəvac verə bilər.
KOREYA, MÜBAHİSƏLİ ADALAR VƏ TAYVAN PROBLEMİ
Şərqdə, orta müddətdə əsas hərbi gərginlik mənbələri olaraq Koreya Yarımadasındakı gərginlik, mübahisəli adalar səbəbiylə Yaponiya və Çin arasındakı problem, Kuril adaları üzündən Yaponiya və Rusiya arasındakı ziddiyyətlər və Tayvan problemi sayıla bilər.
Müxalifət.az