Salyanda bir ailənin 7 üzvü zəhərləndi: 4-ü uşaqdır
24-11-2019 10:30
Baxış sayı:
3289

Salyanda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qızılağac kəndində qeydə alınıb. Fərdi yaşayış evində qaz sobasının nasaz olması ucbatından evə qaz sızıb. Nəticədə 7 nəfər zəhərlənib. Zəhərlənənlər Səfərov Məhi Zeynal oğlu, Səfərova Aygün Bəxtiyar qızı və onların 1 aylıq övladı Mehralıyeva Günül Bəxtiyar qızı və 3 azyaşlı uşağı zəhərlənmə diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.