Salyanda DAVA: 28 yaşlı gənc bıçaqlandı
30-10-2018 09:49
Baxış sayı:
7330

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Borankənd kəndində baş verib.
Kənd sakini, 1994-cü il təvəllüdlü Zülfüqarlı Röyal Ağasəf oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Əhmədov Elsevər Razim oğlunu şəxsi münasibətlər zəminində bir neçə dəfə bıçaqlayıb.
Faktla bağlı Salyan rayon Polis Şöbəsində Cinayət Məcəlləsini 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində R.Zülfüqarlı şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. /unikal.org/