SEPAH İran etirazlarının 100 liderini həbs etdi
23-11-2019 11:56
Baxış sayı:
9937

İrandakı etiraz aksiyalarının təxminən 100 lideri İran İslam İnqilabı Keşikçilər Korpusu tərəfindən saxlanılıb. Muxalifet.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu İran Ali Məhkəməsinin rəsmi nümayəndəsi Qulam Hüseyn İsmayili deyib. “Yalnız SEPAH tərəfindən etiraz aksiyalarının təxminən 100 lideri ölkənin fərqli hissələrində həbs edilib. Digər şübhəlilər, tezliklə, həbs ediləcək, - deyə o bildirib. Muxalifet.az