SON DƏQİQƏ: Bakıda avtobus drenaj xəttinə düşdü - XƏSARƏT ALAN VAR

Baxış sayı:
16570

Bir qədər əvvəl Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.

Bakı Nəqliyyat Agnetliyinin mətbuat katibi Mais ağayev virtualaz.org-a bildirib ki, Agentlik tərəfindən aparılan ilkin araşdırma zamanı hadisənin iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verdiyi məlum olub. Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.