​SON DƏQQƏ: Bakıda metronun bu stansiyaları BAĞLANDI

Baxış sayı:
7047

“Bakı Metropoliteni” QSC səhər saatlarında metroda baş vermiş texniki problemlə əlaqədar məlumat yayıb. Muxalifet.az Bakı Metropoliteni QSC-yə istinadən xəbər verir ki, "Neftçilər-Qara Qarayev" mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əks istiqamətdə aparılır. "Hazırda "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür. İctimaiyyətə əlavə məlumat veriləcək", - deyə QSC-dən bildirilib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, nasazlıq sərnişinlər metropolitenə daxil olmamışdan, saat 05:40-da baş verib: "Hazırda təxirəsalınmaz işlər görülməkdədir. Qısa müddətdə mövcud problem həllini tapacaq. Hadisə araşdırılır, əlavə məlumat veriləcək".