Səudiyyə Ərəbistanından şok açıqlama: "Aramco" atılan raket İran istehsalıdır

Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl-Cubeyr, Aramco-ya edilən hücumda istifadə edilən raketlərin İran istehsalı olduğuna inandıqlarını və bütün bölgə üçün dağıdıcı müharibə istəməsələr də davamlı hücumlara göz yummayacalrını söylədi.
Bu barədə muxalifet.az millyet.com-a istinadla məlumat verir. "Raketlərin (Aramco hücumunda istifadə olunan) İran istehsalı olduğuna dair güclü dəlillər var. Buna əminik. Bu raketlərin cənubdan deyil, şimaldan gəldiyinə gəldiyinə əminik. Onlar orta mənzilli raketlərdir və qət etmə məsafəsi cənubdan gəlmələri üçün yetərli deyil." dedi.
"Biz BMT-dən istintaqda bizə köməkçi olmaq üçün ekspertlər istədik. Bu araşdırmalarda bir sıra digər ölkələrdən xeyli mütəxəssislər də iştirak etdi. Şübhəyə yer buraxmayacaq şəkildə raketlərin haradan atıldığını dəqiq bilmək istəyirik" Cubeyr. dedi.
Cubeyr, araşdırmalar davam edərkən bütün variantları masada saxladıqlarını və İngiltərə də daxil olmaqla müttəfiqləri ilə məsləhətləşdiklərini söylədi: “Müharibə bütün bölgə üçün dağıdıcı olduğu üçün müharibə istəmirik. Ancaq oturub iranlıların və ya onların müttəfiqlərinin hücumlarına daim məruz qala bilmərik. "
Cubeyr, İngiltərə, Fransa və Almaniyadan ibarət E3 ölkələrinin keçən ay ictimaiyyət qarşısında, Aramco hücumlarının məsuliyyətinin İrana aid etməsinin əhəmiyyətli bir addım olduğunu vurğuladı.
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun iki zavodunda 14 Sentyabr yerli vaxt ilə 04.00 'də hücum nəticəsində yandırıldığı bildirilmişdi. Yəməndəki Husilər ölən və yaralananların olmadığı hücumu 10 PUA istifadə edərək həyata keçirdiklərini bəyan etmişdilər.
Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı, müəssisələrinə edilən hücum səbəbiylə ölkənin neft hasilatının günlük 5.7 milyon barel azaldığını söyləmişdi.