“Terrorçular Atatürkün köşkündən istifadə edirlər” – PKK üzvündən açıqlama - VIDEO

Baxış sayı:
10939

Terror təşkilatı olan PKK-nın dağlarda fəaliyyət göstərən qrupunda həkim olaraq yer alan P.S. adlı qadın təşkilatın iç üzünü gördükdən sonra qaçıb polisə təslim olub. O, orada gördüklərini və yaşadıqlarını isə mediaya vasitəsilə ictimaiyyətə çatdırıb. Musavat.com bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir. P.S. universitetdə oxuduğu illərdə terror təşkilatı üzvləri ilə tanış olub. Yeni tanıdığı insanlar vasitəsilə HDP üzvləri və terror təşkilatının digər yüksək rütbəli şəxslərini tanıyıb. Həkim olduğu üçün dərman təminatı və yaralanmış terrorçuların müalicəsini öz üzərinə götürdüyünü açıqlayan P.S. bəzən onların müalicəsini kənd mərkəzlərində davam etdirdiyini bildirib. P.S. terror təşkilatında yer aldığı müddətdə kənd mərkəzlərində onlar üçün kirayə tutulan evlərdə qaldığını söyləyib. “Bəzən HDP-nin binasında qalırdıq. Diyarbəkirdə yerləşən Qazi köşkündə (Atatürk 1917-ci ilə qədər bu köşkdə yaşayıb) xüsusilə təşkilatın sadiq üzvləri yerləşdirilmişdi”. Təşkilata üzv olması üçün gətirilən azyaşlı uşaqları müayinə etdikdən sonra onların dağlara göndərildiklərini bildirən P.S. PKK-ya üzv olmadan öncə bir neçə mərhələdən keçdiklərini qeyd etdi. "HDP-nin yerləşdiyi binanın ən üst qatında gənclərlə işləyən qruplar var, azyaşlı uşaqlar əvvəlcə ora yönləndirilir. Onlar burada yetişdikdən sonra HDP-yə yönləndirilirlər. HDP üzvləri onların tam yetişdiyini təsdiq etdikdən sonra gəncləri terrorçuların dağdakı düşərgələrinə göndərirlər". HDP və DBP-də PKK ilə əlaqəsi olmayan şəxslərin yer almadığını israrla bildirən P.S. HDP və DBP arasındakı əlaqəni belə ifadə edib: "Millət vəkilləri, bələdiyyə üzvləri, bələdiyyə rəhbərləri, bunların hamısı KCK-da(Koma Civaken Kurdistan, yəni kürd birliyi ) müəyyən fəaliyyət göstərmiş insanlardır. Yoxsa bunlar heç vaxt bu vəzifələrə gələ bilməzdilər. Terror təşkilatının böyükləri yalnız güvəndikləri insanları yüksək vəzifələrə gətirirlər. Bu təşkilat içərisində bir qanundur. KCK-lı deyilsinizsə, heç bir vəzifə sahibi ola bilməzsiniz". Musavat.com