Trampın ağıllı telefonlarını dinləyiblər: ABŞ-a qarşı istifadə olunacaq

“New York Times”-ın adlarının açıqlanmasını istəməyən Amerikalı nümayəndələrə əsaslandırdığı xəbərində, Ağ Evdəki sabit telefon xəttindən istifadə etməsi istiqamətində dəfələrlə təkid edilən prezident Donald Trampın İphone-larından əl çəkmədiyi və köhnə dostları ilə hal-əhval tutmaq üçün ağıllı telefonlarını istifadə etməyi davam etdirdiyi qeyd olunub.
Xəbərə görə, ABŞ-ın kəşfiyyat hesabatları, Trampın bu telefon danışıqlarının Çinli və Rus casusların dinləməsinə qoyulduğuna, Çinlilərin bu dinləmələrdən ABŞ prezidenti və Vaşinqton rəhbərliyinə təsir edəcək məlumatlar əldə etdiyinə işarə edir.
Xüsusi xidmət orqanlarının, Rusiya və Çinin, Trampın cib telefonuna xarici hökumətlərdən və rəsmilərdən gələn zənglərə gizlincə qulaq asdığını öyrəndiyi, Çinlilərin bu dinləmələrdən əldə etdikləri məlumatı, ABŞ ilə davam edən ticarət müharibəsinin daha da böyüməməsi üçün istifadə etmək istəyində olduğu qeyd olunub.
Ağ Ev rəsmilərinin ABŞ prezidentinin keçmiş dostları ilə gizli məlumatları bölüşməkdən çəkindiyinə ümid etdiyi də qeyd edilib.
Müxalifət.az