Türkiyə polisi külli miqdarda heroin ələ keçirdi
3-08-2018 16:22
Baxış sayı:
3688

Türkiyənin təhlükəsizlik qüvvələri Van vilayətinin Tuşba rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat keçirib.
Yerli mətbuat yazır ki, əməliyyat nəticəsində evdə gizlədilən 384.594 kiloqram heroin aşkar olunub. Ələ keçirən narkotik vasitə 502 paketdə qablaşdırılmış şəkildə tutulub.
Faktla bağlı bir nəfər həbs olunub. Araşdırma aparılır.